Psixologiya elminin inkişafının dördüncü mərhələsi. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
Psixologiya elminin başqa elmlərlə əlaqəsi.
İnsan haqqında elmlər kompleksində psixologiya elmi mühüm yer tutur. Məşhur rus filosofu akademik B.M.Kederovelmlərin təsnifatını öyrənərkən elmlər sistemində psixologiyanın roluna xüsusi diqqət yetirmişdir.B.M.Kederovun təsnifatında elmlər üçbucaq şəklində təşkil olunmuşdur. O elmləri 3 böyük qrupa bölmüşdür: fəlsəfi elmlər, humanitar elmlər və təbii elmlər. B.M.Kederovun təsnifatında başlıca cəhət ondan ibarətdir ki, burada psixologiya “elmlər üçbucağının” lap mərkəzində yerləşdirilmişdir. Bu o deməkdir ki, psixologiya fəlsəfə, humanitar və təbii elmləri bir-biri ilə əlaqələndirən vəsilə rolunu oynayır. Elmi biliklərin ümumi sistemində psixologiyanın ən başlıca funksiyası ondan ibarətdir ki, psixologiya bir çox elm sahələrinin nailiyyətlərini sintez edərək insanı öyrənən elmlərin bəlkə də hamsının inteqrasiya vasitəsi kimi özünü göstərir. Psixologiyanın öyrəndiyi məsələlər müxtəlif elmləri maraqlandırır. Həmin elmlərin tam olmayan siyahısı belədir: sosiologiya, demoqrafiya, estetika, etika, siyasi, hüquqi, iqtisadi, tarix, pedaqogika, dilçilik, terminologiya, etnoqrafiya, antropologiya və s.
Psixologiyanın başqa elmlərlə əlaqəsi o qədər çoxcəhətlidir ki, onların hüdudunda ayrıca psixoloji bilik sahələri formalaşmışdır. Məsələn,
ictimai elmlərdə(sosiologiya, iqtisadiyyat, hüquq və s.), eləcə də, onlarla bilavasitə bağlı olan tarixi, iqtisadi, etnik, hüquqi, siyasi, pedaqoji və s. psixologiya, psixolinqivistika, incəsənət psixologiyası və s. formalaşmışdır.
Dostları ilə paylaş: |