Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə101/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   97   98   99   100   101   102   103   104   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması.
Yüksək məhsul götürülməsini təmin edən vacib tədbirlərdən 
biri də toxumluq materialın keyfiyyətli olmasıdır. Səpin üçün sağlam və iri dənli toxumlar 
götürülməlidir. İri toxumlardan əmələ gələn cücərtilərdə kollanma buğumu daha dərində yerləşir. 
Onların kök sistemləri və gövdələri güclü olur. 
Bir qayda olaraq səpin üçün toxum materialı yüksək məhsul alınmış sahədən götürülməlidir. 
Д = Н
1
Н
оптим

факти


114 
Belə ki, yüksək məhsul götürülmüş sahədə dənlər iri, sağlam rüşeymli, tərkibində qida maddələri
yüksək və cücərmə qabiliyyəti yaxşı olur. Məhz buna görə də toxumluq sahələrdə aqrotexnika 
yüksək səviyyədə tətbiq edilir ki, yüksək və keyfiyyətli toxum əldə edilsin.
Çalışmaq lazımdır ki, səpin üçün təmizlənmiş toxumlar iri və ölçülərinə görə bir bərabərdə 
olsun. Səpiləcək dən başqa qarışıqlardan təmiz, yüksək tarla cücərmə qabiliyyətinə malik, natura 
kütləsi yüksək olmaqla bir bərabərdə olmalıdır. Səpiləcək toxum xəstəlik və ziyanvericilər 
tərəfindən zədələnməmiş olmalıdır.
Xüsusi toxumtəmizləyən maşınlardan əlavə, toxum materialını dənlərinin xüsusi kütləsinə 
görə də (ammonium şorasının və başqa duzların doymuş məhlulları vasitəsilə) ayırmaq olur. Bu 
üsulla seçilmiş iri, ağır, sağlam rüşeymli və endospermli dənlər səpin üçün daha yararlı sayılır. 
Bunun üçün doymuş ammonium şorası məhlulu hazırlanır. Məhlulda olan ammonium şorası tam 
həll olana qədər qarışdırılır və dən məhlula dibi torlu qabda salınır. Bu zaman zəif, xırda dənlər və 
s. qarışıqlar həmin qabda məhlulun təsiri ilə üstə çıxacaq, xüsusi çəkisi 1,34-dən aşağı olmayan 
ağır dənlər isə qabın dibində qalacaqdır. Belə dənlər qurudulub səpin üçün istifadə edilir. Dənlərin 
üzərində qalan ammonium şorası zərrəcikləri toxumun cücərməsində gübrə mənbəyi kimi istifadə 
edilir. Toxumların belə təmizlənməsi xırda dənlərlə bərabər, toxumdan sürməni, yulafı və s. alaq 
otları toxumlarını da ayırır.
Səpin üçün götürülmüş toxumlar səpindən əvvəl dərmanlanmalıdır. Dərmanlamada məqsəd 
səpinə qədər toxumda qalan ziyanverici və xəstəlik törədicilərinin məhv edilməsindən ibarətdir. 
Dərman toxumun səthinə bərabər paylanmalıdır. Dərmanlamaq üçün aşağıdakı preparatlardan biri 
işlədilə bilər: 
Baytan
– bəpk və toz sürməni, qar kifi, kök çürüməsi, toxumun kiflənməsi və başqa 
xəstəlikləri bütün payız dövründə tamamilə məhv edir. Bir ton toxuma 2 kq preparat işlədilir.
Fundazol
– qar kifini çıxmaq şərti ilə qalan bütün xəstəlikləri payız dövründə məhv edir. Bir 
ton toxuma 2-3 kq preparat işlədilməlidir.
Vitovaks
– təsiri fundazolda olduğu kimidir. Bir ton toxuma 2,5-3,0 kq preparat işlədilməlidir.
Panoram 
– təsiri vitovaksda olduğu kimidir. Bir ton toxuma 2-3 kq preparat işlədilməlidir.
Vitatiuram 
– helmintosporiozu, toz və bərk sürməni, toxumun kiflənməsini tamamilə, 
fuzarioz xəstəliyini qismən müalicə edir. Bir ton toxuma 3 kq preparat işlədilir.
Qranozan 
– helmintasporiozu, fuzariozu, bərk sürməni və toxumun kiflənməsi xəstəliklərini 
tam müalicə edir. Bir ton toxuma 1-2 kq preparat işlədilir. 
Raksil -
kök
 
çürüməsinə qprşı 1 ton toxuma 2 kq işlədilir. 
Bayer firmasının verdiyi məlumata görə 19,5%-li

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin