113
verilməlidir. Payızlıq buğdanın qışadavamlılığını artırmaq üçün səpin zamanı cərgələrə lokal üsulu
ilə (cərgəyə yaxın müəyyən hüdudda) təsiredici maddə hesabı ilə 20 kq fosfor gübrəsi verilməlidir.
Cərgəyə verilən hər bir kq fosfor 15-16 kq dən artımı verir. Səpinlə birlikdə cərgələrə
mikroelementlərdən bor, manqan, sink, molibden və kobaltın verilməsi cücərtilərin qida elementləri
ilə təmin olunmasına şərait yaradır və onlar tez kök sistemi əmələ gətirərək yaxşı inkişaf edirlər.
Payızda kollanma fazasında superfosfatla yemləmə verdikdə bitkinin kök sistemi və yarpağı yaxşı
əmələ gəlir və qışın əlverişsiz şəraitinə daha davamlı olurlar.
Azot gübrəsi hissə-hissə verilməlidir. Payızlıq buğda təmiz herikdən, dənli-paxlalı bitkilərdən,
çoxillik paxlalı yem otlarından, sonra yerləşdirildikdə payızda azot gübrəsi
verilmir, ancaq ondan
yazda yemləmə şəklində istifadə olunur. Azotun illik normasının 20%-i səpinqabağı torpaq
becərilərkən kultivasiya altına, 50-60%-i erkən
yazda yemləmə gübrəsi kimi, 20-30%-i isə
boruyaçıxma-sünbülləmə fazasında verilməlidir. Bundan əlavə dəndə zülalın və kleykovinanın
miqdarını artırmaq və qüvvəli buğda almaq üçün sünbülləmə – dəndolma fazasında kökdənkənar
yemləmə formasında hektara 25-30 kq təsiredici maddə hesabı ilə karbamid [CO(NH
2
)
2
]
gübrəsi
verilməlidir.
Azot elementi payızlıq buğda tərəfindən daha çox kollanma və boruya çıxma fazasında
udulur. Yaxşı inkişaf etmiş və qışlamanı əlverişli şəraitdə keçirmiş əkinlərdə azotun ümumi
normasının 40-50%-i kollanmanın sonu, boruya çıxmanın başlanğıcında
birinci yemləmə kimi
verilir. Bu müddətdə azotla qidalanma normal olduqda kollanma daha yaxşı olur, sünbül yaxşı
inkişaf edir və sünbüldə məhsuldar sünbülcüklərin miqdarı çoxalır. Azot elementinə bitki əsasən
daha çox yazda tələbat göstərdiyindən təminat olduqda inkişaf tez başlayır və məhsuldar gövdələrin
miqdarı da artır.
Birinci yaz yemləməsində əkinlərdə bitki sıxlığının nəzərə alınması zəruridir. Seyrək
əkinlərdə (1 m
2
-də 300 ədəd bitki) azotun dozası hektara 10-20 kq artırılır, lakin sıx əkinlərdə (1
m
2
-də 400 ədəddən artıq bitki) azotun dozası hektara 10-20 kq azaldılır.
İkinci yemləmə boruya çıxma fazasında ümumi normanın 40-50%-i qədər verilir.
Yemləmə zamanı azot gübrəsinin dozası torpaq, yarpaq və toxuma diaqnostikası
nəzərə
alınmaqla düzəldilir. Yarpaq diaqnostikası kollanma, boruya çıxma və sünbülləmə fazasında həyata
keçirilir. Kollanma fazasında nümunə kimi tam bitki, sünbülləmə fazasında isə 3 ədəd yuxarıdakı
yarpaqlar götürülür. Aqrokimyəvi laboratoriyalarda nümunələr analiz (təhlil) edilir, ümumi azotun
və kaliumun miqdarı müəyyənləşdirilir.
Yarpaq diaqnostikasında
yemləmə dozası (kq/ha) aşağıdakı
formula ilə hesablanır.
burada: N
1
- yemləmə zamanı hesablama dozası, kq/ha;
N
optim
/N
fakti
– müvafiq olaraq azotun optimal və faktiki miqdarı, %.
Toxuma diaqnostikası
OAP-1 ekspress-laboratoriyanın köməyi ilə aparılır. Gövdədən şirə
sıxılır və üzərinə bir damcı 1%-li difenilamin məhlulu əlavə edilir, alınmış
rəngli məhlul rəngli
etalon şkalası ilə müqayisə edilir və yemləmə gübrəsi verilməsinin zəruriliyi və azotun dozası
müəyyən olunur.
Payızda azot gübrəsinin 20-25%-ni paxlalı olmayan sələflərdən sonra vermək olar.
Payızlıq buğda fosfor gübrəsini inkişafının ilk 4-5 həftəsində (28-35 gün) şiddətli istifadə edir
fosfor kök sisteminin inkişafına güclü təsir göstərir. Kökün həcmi və kütləsi artır.
Kalium elementi bitkinin inkişafının ilk dövrlərindən başlayaraq çiçəkləmə fazasına qədər
bitki orqanizminə daha intensiv daxil olur.
Dostları ilə paylaş: