111
Torpağın becərilməsi zonal xarakterdə olub, torpağı eroziyadan qorumalı, nəmliyin
toplanmasına və qorunub saxlanmasına yönəldilməlidir. Torpağın keyfiyyətli
üsulla becərilməsi
əkin qatının nəmliyinə, alaqlarla zibillənməsinə təsir edir ki, bu da çıxışların yaxşı alınmasına və
məhsuldarlığın yüksəlməsinə öz təsirini göstərir.
Bitkili herikdə, yazlıq və payızlıq birillik paxlalı bitkiləri, qarğıdalını, kartofu, çuğunduru,
tütünü, pambığı və s. becərmək olar. Belə herikdə becərilən hər bir bitkiyə yüksək aqrotexniki
qulluq edilməli, onların məhsulu tez yığılmalı və sahə təxminən payızlıq buğda səpininə 35-40 gün
qalana qədər şum edilib səpinə hazırlanmalıdır.
Bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən buğda səpilir. Belə olduqda
sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Əgər sələf bitkisi yığıldığı
dövrdə torpaqda nəmlik kifayət qədərdirsə və sahə alaq otlarından təmizdirsə, məhsulu yığarkən
kombaynın arxasınca sahədə 28-30 sm dərinlikdə şum aparmaq, dərhal malalamaq və hamarlamaq
lazımdır. Bundan sonra səpinə qədər sahədə əmələ gələn alaq otlarını məhv etmək üçün kultivasiya
çəkmək və malalama aparmaq zəruridir. Şumdan əvvəl hektara 10-15 ton yarımçürümüş peyin və
1,5-2 sentner superfosfat verilməlidir. Əgər sahədə çoxlu alaq otlarının
cücərtiləri varsa və torpaq
qurudursa, sələf bitkisi olan buğda yaxud arpa yığılan kimi kövşən yeri LDQ-10 və LDQ-15
markalı diskli, yaxud laydırlı üzləyicilərlə dərhal kombaynın arxasınca 5-7 sm dərinliyində üzləmə
aparılması məsləhət görülür. Tarlada köküpöhrəli və kökümsovgövdəli alaqlarla zibillənmə çox
olduqda üzləmənin 10-12 sm dərinliyində PPL-5-25, PPL-10-25 markalı gavahınlı üzləyicilərlə
aparılması zəruridir. Alaq otlarının cücərməsinə yaxşı şərait yaratmaq və keyfiyyətli şum
aparılmasını təmin etmək üçün üzləmədən sonra hektara 500-600 m
3
hesabı ilə suvarma (aldadıcı
suvarma) aparılmasının böyük əhəmiyyəti vardır. Üzləmədən 3-4 həftə sonra, alaq otları cücərdikdə
PLN-6-35, PTK-9-35 markalı ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şum aparılır.
Yazda herik tarlasında nəmlik itkisinin qarşısını almaq üçün BZTS-1,0 markalı aqreqatla
malalama aparılır, sonra bütün yay ərzində alaq otları əmələ gəldikcə 3-5 dəfəyə qədər KŞP-8,
KPS-4 markalı aqreqatlarla kultivasiya aparılır. Birinci kultivasiya 10-12 sm dərinliyində,
hər bir
növbətilər isə biri-birindən dayaz, axırıncı səpin qabağı kultivasiya 5-6 sm dərinliyində aparılır. Bu
cür becərilmə torpaqda nəmliyin saxlanması və tarlanın alaq otlarından təmiz qalmasını təmin edir.
Səpinqabağı becərilmənin daha keyfiyyətli aparılması üçün RVK-3,6, RVK-5,4, VİP-5,6 kombinə
edilmiş aqreqatlardan istifadə edilir. Aqreqatın bir gedişində torpaq yumşaldılır, kəltənlər xırdalanır,
torpaq tapanlanır və mikrorelyefi hamarlanır. Bütün yay ərzində herik altından çıxmış tarla alaq
otlarından təmiz və yumşaq vəziyyətdə olmalıdır.
Yaz və payız quraq keçən illərdə tarla alaq otlarından təmiz olduqda əsas becərmə üzləyici
mala və ya laydırsız mala ilə aparılır.
Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30
sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm
dərinlikdə laydırsız kotanlarla aparıla bilər.
Respublikamızda yonca və xaşa altından çıxmış sahələri payızlıq buğda səpini üçün istifadə
etmək mümkündür. Bunun üçün otun sahədən yığımı ilə taxıl səpini arasındakı müddətin bir aydan
az olmaması nəzərdə saxlanmalıdır. Sələf bitkilərinin yeni pöhrə verməməsi üçün kotanın ön
kotancığının qabağında gəvahinin və bütün kotanın engötürümü qədər 5-6 sm dərinlikdə kök
boğazını kəsmək üçün bıçaq (ülgüc) qondarmq lazımdır. Bundan başqa yoncalıqlar şumdan əvvəl
ağır diskli mala ilə disklənərsə çoxillik otların kökboğazının qurumasına şərait yaradılar. İmkan
olarsa, çimliyə herbisidlərdən biri çilənməlidir. Diskləmədən sonra ön kotancıqlı kotanla 28-30 sm
dərinlikdə şum qaldırılmalıdır. Buğdanın səpininə qədər şum disklənməli, malalanmalı və
ütülənməlidir.
Ağır qranulometrik tərkibli torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun
isə 80-90%-ni vermək məsləhətdir. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək
alaq otları məhv edilir. Əgər sahə alaqsızdırsa nəmlik itkisinin qarşısını
almaq üçün şumun
köndələn istiqamətində sahə 1-2 iz 6-8 sm dərinliyində malalanır. Səpinqabağı becərmədə isə
yenidən 6-7 sm dərinliyində kultivasiya çəkilərək malalama aparılır.
112
Bir dəfə biçilmiş çoxillik otlar, dənli-paxlalı bitkilər, birilliklərlə məşğullu, başdan-başa
becərilən bitkilər altından çıxmış herik tarlasının becərilməsinə kövşənliyin üzlənməsindən (vaxt
imkan verərsə), ön kotancıqlı kotanla dərin şumun qaldırılması və malalamadan başlanılır. Bundan
sonra payızlıq buğdanın səpininə qədər tarla herik formasında becərilir, yəni alaq otları
əmələ
gəldikcə malalama ilə birlikdə kultivasiya çəkilir. Şumdan əvvəl, xüsusən çoxillik otların
yığımından sonra, nəmliyin yaxşı saxlanmasına və torpağın hissələrə ayrılmasına köməklik məqsədi
ilə torpağı hökmən diskli malalarla iki istiqamətdə malalamaq zəruridir. Herik tarlasındakı başdan-
başa becərilən bitkilərin yığımından sonra, əgər sahə alaq otlarından təmizdirsə, 10-12 sm
dərinliyində malalama ilə birlikdə kultivasiya aparılması kifayətdir, lakin sonrakı becərmə herik
formasında olduğu kimi aparılır. Torpağın daha yaxşı yatması üçün malalama ilə tapanlama gözəl
nəticə verir, kifayət qədər nəmliyi olan torpaqlarda APK-2,5, APK-5,0 markalı kombinə edilmiş
(halqa
şəkilli tapan və mala, kotan, traktor,) şumlayıcı aqreqatlardan istifadə edilməsi səmərəlidir.
Sələflərin yığımından sonra adətən payızlıqların səpininə qədər az müddət (vaxt) qalır, ona
görə də payızlıqlar üçün torpağın becərilməsi sistemini düşünərək seçmək lazımdır. Əgər sələf
bitkisinin yığımından sonra səpinə qədər bir aydan daha çox vaxt qalarsa, onda tarla dərhal üzlənir
və tezliklə malalama ilə birlikdə şumlanır, yaxud üzləmə aparılmadan şumlanır. Əgər sələf
bitkisinin yığımından sonra bir aydan az vaxt qalırsa, onda quru hava və alaqlardan təmiz tarlalarda
torpağın səthi becərilməsi - 10-12 sm dərinliyində üzləmə və malalama tətbiq edilir.
Tarla alaqlı, torpaq quru olduqda kövşənlik diskli mala ilə 5-6 sm dərinlikdə üzlənir. Sonra
500-600 m
3
/ha normasında tarla suvarılır. Taxılın və alaq otlarının toxumları cücərdildikdən sonra
yenidən üzləmə aparılır və şum qaldırılır. Səpinə qədər lazım gələrsə tarlaya kultivasiya və mala
çəkilir. Tarla arat edilir, səpinqabağı becərmədən sonra dərhal səpin keçirilir. Arat edilməyən
sahələrdə səpindən sonra şırımla suvarma aparılır.
Dostları ilə paylaş: