Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə115/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   111   112   113   114   115   116   117   118   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Payızlıq buğdaya nisbətən payızlıq çovdar istiliyə az tələbkardır. 
Toxumlar 1-2 
0
C temperaturda cücərirlər, 30 
0
-də isə cücərmə dayanır. Çıxışların alınması üçün 
optimal temperatur 16-12 
0
C- dir. Səpindən 5-7 gün sonra bir bərabərdə çıxışlar verir. Çovdar 
bitkisinin fərda inkişafı 12 mərhələdən ibarətdir, onlardan hər biri bitkinin orqanlarına xarakterik 
olaraq formalaşır.
Effektli temperaturun cəmi bu dövrdə 50 
0
C- yə çatır. Çıxışdan kollanmaya qədər isə effektli 
temperatur 6-7 
0
C-yə qədərdir. Kollanma (III mərhələ) cücərtilər alındıqdan 13-15 gün sonra 
başlayır, bu dövrdə daha əlverişli temperatur 10-12 
0
C-dir. Payızlıq buğdadan fərqli olaraq çovdarın 
kollanma düyünü toxumun basdırılma dərinliyindən asılı olmayaraq torpağın yuxarı (1,7-2,0 sm 
dərinlikdə) üst səthinə yaxın əmələ gəlir. Payızlıq çovdar başlıca olaraq payızda kollanır, ancaq 
kollanma yazda da (gecikmiş səpinlərdə, bitki sıxlığı seyrək olduqda) davam edə bilər. Kökü 
nisbətən tez inkişaf edir və payız vegetasiyasının sonuna 1 metr dərinliyə işləyir. Temperatur 4-5 
0
C-yə endikdə kollanma dayanır. Payızlıq buğdaya nisbətən çovdar şaxtaya və qışa davamlı bitkidir. 
Optimal becərmə şəraitində -25-30 
0
C şaxtalara dözür. Hətta 50-60 sm qar örtüyü altında -50 
0

şaxtaya da dözür. Yazda temperatur 5 
0
C-ni keçdikdən sonra bitki inkişaf etməyə başlayır, sərin və 
rütubətli havada payızlıq buğdaya nisbətən daha az dərəcədə 
əlavə olaraq kollana bilər. Çovdarın 
ümumi və məhsuldar kollanması adətən buğdaya nisbətən yüksəkdir və bir kolda 2-3 və 4-6 gövdə 
təşkil edir.
Bitkinin sonrakı inkişafı üçün yüksək temperatur tələb olunur. Yaz vegetasiyasının 
başlanmasından sonra boruya çıxma və gövdələşmə (IV-VII mərhələ) 18-20 gündən sonra
sünbülləmə (VIII mərhələ) 30-40 gündın sonra başlayır. Sünbülləmədən çiçəkləməyə (VIII-IX 
mərhələ) qədər 10-12 gün keçir, çiçəkləmə 10-15 gün davam edir. Kollanma və boruyaçıxma fazası 
buğdaya nisbətən sürətlə gedir. Sünbülləmə və çiçəkləmə fazası isə buğdaya nisbətən gecikir. 
Çovdar çarpaz tozlayan bitkidir, çiçəklər açıq olduqda tozlanma küləyin köməyi ilə gedir. 
Güclü kələklər və quraqlıq, yağışlı və dumanlı hava çiçəklərin tam mayalanmasına mane olur və 


127 
sünbüllərdə seyrək dənlilik əmələ gəlir. Sünbülləmə və çiçəkləmə dövründə daha əlverişli 
temperatur 14-20 
0
C, çiçəkləmə-mum yetişkənlikdə isə 16-25 
0
C hesab edilir.
Mayalanmadan 4-5 gün sonra dənin formalaşması (IX mərhələ) başlayır. Mayalanmadan 10-
15 gün sonra süd vəziyyəti (XI mərhələ) başlayır və 7-10 gün davam edir, 12-18 gündən sonra dən 
mum yetişkənlik fazasına keçir, məhz 8-10 gündən sonra tam yetişkənlik fazasına çatır (XII 
mərhələ). Sünbülləmə dövründən mum yetişkənliyə qədər davam etmə müddəti 35-50 gündür. 
Temperatur aşağı endikdə və çiskinli havada yetişmə ləngiyir. 
Payızlıq çovdar toxumun cücərməsindən dənin yetişməsinə qədər 1800 
0
C, yaz inkişafından 
başlayaraq dənin yetişməsinə qədər isə 1200-1500 
0
C fəal temperatur cəmi tələb olunur. 
Vələmir və yazlıq buğdaya nisbətən payızlıq çovdar yüksək temperatura davamlıdır, ancaq 
payızlıq buğdadan geri qalır. Bitkinin vegetasiya müddəti 260-300, 350-360 günə bərabərdir. 
Çovdar nisbətən quraqlığa dözümlü bitkidir. Ona görə ki, güclü kök sistemi əmələ gətirir. O 
payızda və yazda ehtiyat nəmlikdən daha yaxşı istifadə edir və yaz şaxtalarına əhəmiyyətli 
dərəcədə asan dözür.
Rütubətdən xarab olmaq və çürüməyə davamlılığına görə payızlıq çovdar buğdadan geri qalır. 
Ən çox nəmliyə tələbatı fəal inkişaf etdiyi dövrdə, boruya çıxmadan sünbülləməyə qədər (VI-VII 
mərhələ), eləcə də çiçəkləmə və dənə dolma dövründə (IX-XI mərhələ) qeydə alınır. Bu dövrlərdə 
nəmlik çatışmadıqda əmələ gələn dənlər zəif və xırda olur. 
Transpirasiya əmsalı 340-420 arasında dəyişir.
Payızlıq çovdar digər dənli taxıl bitkilərinə nisbətən torpağa az tələbkardır. D. N. 
Pryanişnikov qeyd etmişdir ki, çovdar bitkisinin kökü torpaqdan çətin mənimsənilə bilən fosfor 
birləşmələrini mənimsəmək qabiliyyətinə malikdir. Çovdar münbitliyi az olan torpaqlarda, yüngül 
qumlu, qumsal, eləcə də turş (pH=5,3) və zəif şorlaşmış torpaqlarda qənaətbəxş məhsul verə bilər. 
Daha yüksək dən məhsulu qara torpaqlarda, az yararlı bataqlaşmış və ağır gilli torpaqlarda alınır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin