Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları -



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə123/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   119   120   121   122   123   124   125   126   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları - 
Payizlıq tritikale: Samur. 
Növbəli əkində yeri. 
Tritikale payızlıq buğda bitkisinə nisbətən sələflərə az, ancaq payızlıq 
çovdara nisbətən daha tələbkardır. Ən yaxşı sələflər qara herik, faraş kartof, dənli-paxlalı bitkilər və 
birillik otlardır. Tritikaleni dənli taxıl bitkilərindən sonra da növbələndirmək olar, belə ki, onu kök 
çürüməsi əhəmiyyətli dərəcədə az zədələyir. Tritikalenin özü digər kənd təsərrüfatı bitkiləri üçün 
yaxşı sələfdir. Suvarma şəraitində dənlik tritikale üçün ən yaxşı sələf herik tarlasıdır. Əgər tritikale 
dənlik qarğıdalıdan sonra əkiləcəksə sələf bitkisinin məhsulu ən azı səpinə 4 həftə qalmış 
yığılmalıdır. Yəni torpağa vaxtında gübrə verilərək şum qaldırılmalı və səpin müddətinə qədər 
hazırlıq işləri başa çatmalıdır.
Torpağın becərilməsi. 
Torpağın becərilməsi sələflərdən, tarlanın alaqlarla zibillənmə 
dərəcəsindən, alaqların növündən və torpaq-iqlim şəraitindən asılıdır. Torpağın becərilməsi payızlıq 
buğda və payızlıq çovdarda olduğu kimidir. Məhsul yığılan kimi bitki qalıqları sahədən çıxarılmalı, 
şum aparılmalı və ağır diskli malalarla malalanmalıdır. Səpinə qədər şum disklənməli, malalanmalı 
və ütülənməlidir.
Tarla bitki qalıqlarından təmizləndikdən sonra nəzərdə tutulan üzvi və mineral gübrələr 
verilir, dərhal arxasınca 7-8 sm dərinliyində LDQ-10, LDQ-15 və LDQ-20 diskli alətlərlə üzləmə 
aparılır. Alaq otları cücərdikdən sonra birinci üzləməyə köndələn istiqamətində 8-10 sm 
dərinliyində ikinci üzləmə aparılır. 
Əsas şumun dərinliyi torpaq qatı dərin olan ərazilərdə 23-25 sm, qranulometrik tərkibi ağır 
olan torpaqlarda 25-27 sm, torpaq qatı dayaz olan yerlərdə isə 18-20 sm yaxud 20-22 sm qəbul 
edilir. Səpinqabağı becərmə KPS-4 markalı kultivatorla, BZSS-1 markalı mala ilə yaxud RVK-3, 
RVK-3,6 və RVK-5 markalı kompleks becərmə alətləri ilə həyata keçirilir. Səpinqabağı becərmədə 
torpaq toxumun basdırılma dərinliyində yumşaldılaraq xırdalanır və torpağın səthi hamarlanır. 
Gübrələnməsi. 
Tritikale gübrələrə həssas bitkidir. Gübrələrin verilmə vaxtı və norması bir 
çox səbəblərdən, sortun bioloji xüsusiyyətlərindən, becərilmə məqsədindən, ərazinin su 
təchizatından və planlaşdırılmış məhsuldan asılıdır. Bir ton əsas və əlavə məhsulun formalaşması 
üçün tritikale torpaqdan 40-50 kq azot, 13-16 kq fosfor və 36-40 kq kalium elementi aparır. 
Göründüyü kimi buğda bitkisinə nisbətən qida maddələrinə tələbatı çoxdur. Qida elementlərinə 
daha çox tələbatı boruya çıxma fazasında və dənin formalaşması və dolması dövründə baş verir. 


133 
Tritikalenin gübrələmə sistemi buğdanın gübrələmə sistemindən fərqlənmir. Əkinlərin hər hektarına 
15-20 ton peyin verilməsi də yaxşı nəticələr verir. 
Azərbaycanın Gəncə-Qazax bölgəsində humusun miqdarı 2,5%-dən az olan açıq-şabalıdı 
(boz-qəhvəyi) torpaq tipində aparılmış tədqiqatlara əsasən hektara təsiredici maddə hesabı ilə N
90
P
90
K
50
kq mineral gübrə verildikdə daha yaxşı nəticələr əldə edilmişdir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin