132
Ümumi və məhsuldar kollanma optimal səpin müddətində müvafiq olaraq 4-6 və 2,5-3,5 təşkil edir.
Payızlıq buğdadan 3-5 gün gec yetişir. Vegetasiya müddəti 250-325 gün davam edir.
Nəmliyə maksimal tələbat intensiv inkişaf etdiyi dövrdə - boruya çıxma fazasında və
dənmeyvə formalaşdıqda və dolduğu dövrdə müşahidə edilir. Payızlıq buğdaya nisbətən tritikalenin
quraqlığa davamlığı yüksəkdir, lakin payızlıq çovdardan bir qədər geri qalır. Toxumun şişərək
cücərməsi üçün quru kütlənin 50-60% qədər nəmlik tələb olunur. Tarla rütubət tutumu 65-75%
olduqda tritikale yaxşı məhsuldar olur.
Payızlıq taxıllara nisbətən tritikale torpağa az tələbkardır. Onu müvəffəqiyyətlə boz-meşə,
çimli-podzol, yüngül gillicəli və qumsal torpaqlarda becərmək mümkündür. Bu bitki üçün qara
torpaqlar daha yaxşı torpaq hesab olunur. Bataqlı və şorlaşmış torpaqlar az yararlıdır. Torpağın
reaksiyası neytral və yaxud zəif turş (pH – 5,5-7,0) olmalıdır.
Sortları:
seleksiyaçılar tərəfindən 30-dan çox dənlik və yemlik sortlar yaradılmışdır.
Amfidiploid – 206
, sort V. V. Yaryev adına Elmi-Tədqiqat Bitkiçilik Seleksiya və Genetika
İnstitutunda alınmışdır.
Amfidiploid – 60
sort V. V. Yaryev adına Elmi-Tədqiqat Bitkiçilik Seleksiya və Genetika
İnstitutunda alınmışdır.
Ləyaqət –
sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda alınmışdır. Alçaq boyludur,
yazlıq və payızlıqdır, sünbülü xırdadır.
Qismət -
sortu Azərbaycan Dövlət Aqrar Universitetində Bitkiçilik və bitki mühafizəsi
kafedrasında naməlum tritikale sortu ilə
Qılçıqsız-1
buğda sortunun çarpazlaşdırılmasından
alınmışdır. Sortun hündürlüyü orta boyludur və qışa davamlıdır. Yarpaqları və sünbülləri iridir,
güclü kollanandır. Sünbülü ağ, dəni qırmızıdır. Dənin mütləq kütləsi 50-55 qramdır.
Dostları ilə paylaş: