Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki təsviri və quruluşu



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə121/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   117   118   119   120   121   122   123   124   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri və quruluşu. 
Termin kimi tritikale 
sözü 1935-ci ildə M. Lindşau və E. Eler tərəfindən təklif 
edilmişdir. Mövcud olan tritikale formaları 3 genetik 
qrupa bölünür.
1.
Oktaploid (56 xromosomlu);
2.
Heksaploid (42 xromosomlu);
3.
Tetraploid (28 xromosomlu);
İrsi xüsusiyyətinə görə tritikale nə buğda, nə də 
çovdardır. A.F. Şulindin tritikalenin alınmasında iştirak 
edən buğda növündən asılı olaraq aşağıdakı sadə təsnifatı 
təklif edir.
1.
Tritikale 
ayestivumforme
– yumşaq buğda, 
çovdar hibridləri – 
oktaploid 
tritikale;
 
2.
Tritikale 
durumforme
– bərk buğda çovdar 
hibridləri- 
heksaploid
tritikale; 
3.
Tritikale 
trispeckes 
– 
üç növlü 
yəni, üç növ 
bitkinin, yumşaq buğda, bərk buğda və çovdarın 
irsi əlamətləri cəmlənmiş 
heksaploid 
tritikale 
hibridləri.
İstifadə 
olunma 
xarakterindən 
və 
bioloji 
xüsusiyyətlərindən asılı olaraq dənlik, yemlik və dənlik – 
yemlik qruplara bölünür.
Tritikale 
dişəkimilər
fəsiləsinin birinci qrup dənli taxıl bitkilərinə aiddir. Kök sistemi 
saçaqlıdır. Rüşeym və buğum kökləri vardır. Heksaploid tritikale sortları cücərərkən 4-6 ədəd 
rüşeym kökcüyü əmələ gətirir. Gövdəsi içərisi boş 4-6 buğumarası olan küləşdən ibarətdir.
Yarpağı iri, enli, mum təbəqəsi ilə örtülüdür. Vegetativ orqanlarının xarakterinə görə tritikale 
heterozis xüsusiyyətinə malikdir. Çünki, valideyn formalarına nisbətən daha güclü vegetativ 
orqanlar əmələ gətirirlər.
Sünbülünün quruluşuna görə buğdadan uzun, çovdardan qısadır. Sünbül buğdada olduğu kimi 
çoxçiçəkli sünbülcüyə, çovdarda olduğu kimi çox sünbülcüklülük xüsusiyyətinə malikdir. Sünbülü 
2-6 çiçəklidir. Öz-özünə və fakultativ tozlanandır. Meyvəsi dəndir. Dəni uzunsovdur. Natura kütləsi 
buğdadan azdır. Bu endospermin tam dolmaması və dənin səthinin qırışlı olması ilə izah edilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin