Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə130/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   126   127   128   129   130   131   132   133   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Yazlıq buğdanın vegetasiya müddətinin qısa və kollanmasının zəif olması 
nəzərə alınaraq onun əkinlərinə düzgün qulluq edilməlidir. Qulluq işlərinə aşağıdakı tədbirlər 
daxildir: torpağın tapanlarla tapdalanması, malalama, alaqlarla, zərərvericilərlə, xəstəlik törədiciləri 
və yatmaya qarşı mübarizə. Əgər sahədə cücərti alınana qədər qaysaq əmələ gələrsə yüngül 
malalarla səpinin eninə sahə malalanmalıdır. Payızlıq buğdanın cücərtiləri zəif inkişaf etdiyinə görə 
alaqlardan güclü əziyyət çəkirlər. Alaqlara qarşı mübarizə məqsədi ilə DU–2,4 və 2M–4X 
herbisidlərindən hektara 1,0–1,5 kq 150-200 litr suda qarışdırılaraq səhər və axşam saatlarında 
sahəyə çilənir. Herbisidlərin çilənməsi kollanma fazasından gec olmayaraq aparılmalıdır. Ona görə 
ki, sonra aparılan çiləmələrdə herbisidlərin təsiri azalır.


137 
Pas, unlu şeh, kök çürüməsi və bərk sürmə xəstəliklərinə qarşı əkinlər hektara 0,5 litr 25%-li 
tilt və bayleton preparatları ilə işlənilir. 
Ziyankar bağacıq, taxıl böcəkləri, taxıl sovkası, tripslərə, Hessen və İsveç milçəkləri kimi 
zərərvericilərə qarşı hektara 0,5-1,2 litr 50%-li karbofosla işlənilir.
Bitkinin kollanma fazasında azot-fosfor gübrələri ilə yemləmənin aparılması yaxşı nəticə 
verir. Dənin keyfiyyətini yüksəltmək üçün yarpaq və toxuma diaqnostikasına əsasən azot gübrəsi ilə 
kökdən kənar yemləmə aparılır. Çiçəkləmə-dəndolma dövründə əkinlərdə 1 hektara 200 litr 30%-li 
məhlulla (65 kq sidik cövhər 150 litr suda həll edilir) çiləmə aparılır. 
Suvarma şəraitində kollanma, borulaşma və çiçəkləmə fazasından sonra suvarmaların 
aparılması məhsuldarlığı xeyli artırır. 
Məhsulun yığılması.
Yazlıq buğda (yumşaq) yetişən zaman asanlıqla tökülür, ona görə də 
onun yığımını qısa müddətdə başa çatdırmaq lazımdır. Bərk buğda tökülməyə qarşı daha 
davamlıdır, ancaq tarlada biçilməmiş bir müddət qaldıqda bütöv sünbüllər qırıla bilər.
Yazlıq buğda birmərhələli yaxud ikimərhələli üsulla yığılır. Əkinlər alaqlarla əhəmiyyətli 
dərəcədə zibilləndikdə, yetişmə eyni bərabərdə olmadıqda və yüksək gövdəli sortlardan istifadə 
edildikdə yığım iki mərhələdə aparılır. Hissə-hissə biçin mum yetişkənlik fazasında dənin 
tərkibində nəmlik 30-40% olduqda JVN-6A, JNS- 6-12, JVS-6 markalı kombaynlarla həyata 
keçirilir.
Dənin tərkibində 12-13% nəmlik olduqda yığım birbaşa CKD-5, «Niva», «Don-1500», 
«Sibiryak» və s. kombaynlarla aparılır. Dən məhsulu yaxşı havalanmaya malik olan anbar şəraitində 
saxlanılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin