142
bizans vələmiri
(Avena byzantina C Koch.).
Yabanı vələmir növlərindən Azərbaycan ərazisində
əkinləri zibilləyən və daha çox yayılan yulafca
(Avena fatua L.)
adlanır.
Yulafca mədəni vələmirdən, toxumun tez tökülməsinə və aşağı dəninin əsasınında pulcuqla
örtülü halda nal (at nalı) şəkilli çuxurun olması ilə fərqlənir. Mədəni becərilən vələmirdə nal olmur.
Yabanı vələmirin çiçək pulcuğu sıx tükcüklərlə örtülüdür, sünbülcük pulcuğunun kürəyində dirsək
kimi əyilmiş qılçıq olur.
Mədəni vələmirin cücərtisi açıq yaşıl rəngdədir. Yarpağında qulaqcıqlar olmur, dilçəsi
üçbucaq formalıdır. Çiçək qrupu süpürgədir. Yarpaq və gövdə buğumları çılpaqdır. Sünbülcükləri
2-5 çiçəkli, qılçıqlı və qılçıqsızdır. Dənləri çılpaq və pərdəli olur. Sünbülcük pulcuqları adətən çiçək
pulcuqlarından uzun olur. Qılçıqları xarici çiçək pulcuğunun kürəyində dirsəkli və qıvrılmış olur.
Öz-özünü tozlayandır, çarpaz da tozlayır. Çiçəkləmə süpürgənin nəhayətindən başlayır. Dənin qarın
tərəfində şırım olur. Dənin rüşeymi kütlənin 3-4%-ni təşkil edir. Dəninin 1000 ədədinin kütləsi 20-
40 qram arasında dəyişir.
Səpin vələmiri süpürgəsinin formasına və dənin xarakterinə görə üç növmüxtəlifliyinə
bölünür. Birinci - dağılan süpürgəli və dəni pərdəli, ikinci - sıxılmış süpürgəli və dəni pərdəli,
üçüncü - çılpaq dənli.
Səpin vələmiri növmüxtəlifliklərinə aşağıdakı əlamətlərinə görə bölünür: süpürgələrinin
quruluşu, sünbülcük pulcuğunun rəngi, qılçıqlılığı və pərdəliliyi.
Mutika, aristata və aurea
növmüxtəliflikləri daha çox yayılanlardır.
Respublikamızda Azərbaycan-60 sortu becərilir. Əsasən pərdəli dənləri olan formaları
yayılmışdır. Çılpaq dənlilər az məhsuldardırlar və xarici şərait amillərinə çox tələbkardırlar.
Dostları ilə paylaş: