Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə127/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   123   124   125   126   127   128   129   130   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları:
AS – 29 (yumşaq buğda). 
Növbəli əkində yeri və torpağın becərilməsi. 
Yazlıq buğda payızlıqla müqayisədə 
mənimsəmə qabiliyyəti aşağı olan, nəmlik çatışmazlığından daha çox əziyyət çəkən, zəif kollanan,
alaq otlarından güclü əziyyət çəkən zəif inkişaf etmiş kök sisteminə malikdir. Yazlıq buğda, 
xüsusən bərk və yumşaq qüvvəli buğdalar sələflərə, tarlanın alaq otlarından təmiz, nəmlik və qida 
maddələri ilə təmin olunmasına yüksək tələbat göstərirlər.
Yazlıq buğdanın ən yaxşı sələfləri birillik və çoxillik paxlalılar, bostan və digər cərgəarası 
becərilən bitkilər hesab edilir. Göstərilən sələflərdən sonra yazlıq buğda bitkisi daha yaxşı inkişaf 
edir və yüksək məhsul verir. Sələf bitkiləri yazlıq buğda, arpa, vələmir olduqda əkinlərin alaqlanma 
dərəcəsi yüksək, bitkilərin kollanması isə aşağı olacaqdır. 
Növbəli əkində yazlıq buğda üçün sahənin hazırlanması sələf bitkisindən asılı olaraq həyata 
keçirilir. Əgər sələf bitkisi buğda və arpadırsa məhsul yığımından sonra sahə 5-6 sm dərinliyində 
üzlənməlidir. Sələf cərgəarası becərilən bitkidirsə (qarğıdalı, çuğundur, kartof) üzləmə aparmadan 
birbaşa dondurma şumu edilir. 
Üzləmədə məqsəd alaq otlarını məhv etməkdən, torpaqda nəmlik ehtiyatını qoruyub 
saxlamaq və dondurma şumu üçün sahəni hazırlamaqdan ibarətdir. Dondurma şumu sentyabr-
oktyabr aylarından gec olmayaraq 25-28 sm dərinlikdə aparılmalıdır. İlk yazda dondurma şumu 
aparılmış sahədə səpinqabağı becərmə işləri malalama və kultivasiya aparılır ki, bu da alaq otlarını 
məhv edir, rütubətin buxarlanmasının qarşısını alır və toxum basdırılacaq dərinlikdə torpağı 
yumşaldır. 
Dəmyə şəraitdə dondurma şumu və torpağın səpinqabağı becərmələri elə aparılmalıdır ki, 
torpaqdakı nəmliyin buxarlanmasının qarşısı tam alınsın. Tarlada nəmlik ehtiyatının artması üçün 
qarın sahədə qorunub saxlanması və meşə zolağının olması zəruridir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin