Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə23/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   19   20   21   22   23   24   25   26   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkilər pH
duz
 
 
Qurd otu, çoxillik və sarı lüpin 4,5-5,8 
Kartof 5,0-6,0 
Çovdar, vələmir 5,0-7,0 
Çəltik, darı, qarabaşaq 5,5-6,5 
Yer kökü 5,6-7,0 
Buğda, arpa, qarğıdalı 6,5-7,0 
Noxud, yem paxlası, yazlıq və qışlıq gülül (pırpızlı) 
çəmən üçyarpağı, ensiz yarpaq lüpin 6,0-7,2 
Çuğundur, günəbaxan 6,0-7,5 
Soya, lobya, xəşəmbül, ağ lüpin 6,3-7,5 
Yonca, xaşa 6,5-7,8 
Növbəli əkinlərdə gübrələmə sisteminin işlənib hazırlanması zamanı turş torpaqların 
əhənglənməsi mineral gübrələrin səmərəliliyini artırır. Əhəngləmə zamanı torpaq kalsium və 
maqneziumla zənginləşir, UTK-nın (uducu torpaq kompleksi) əsaslarla doyma dərəcəsi yüksəlir
bitki üçün bəzi qida elementlərinin (fosfor, molibden, azot) mütəhərrikliyi və asanlıqla 
mənimsənilməsi artır, torpağın bioloji aktivliyi güclənir və onun fiziki-kimyəvi xassəsi yaxşılaşır, 
mineral gübrələrdən qida elementlərinin istifadə əmsalı yüksəlir.
Bitkilərin qida elementlərinə tələbatı. 
Məlumdur ki, bəzi qida elementlərini bitki böyük 
miqdarda hektara 100-300 kq (makroelementlər) digərlərini isə az miqdarda hektara bir neçə qram 
(mikroelementlər) istifadə edir. Fizioloji proseslərin normal getməsi üçün mikroelementlər 
tamamilə zəruridir. Boy atma, bitkinin inkişafı, məhsulu və onun keyfiyyəti fosfor və kalium kimi 
makroelementlərin çatışmamasından tez-tez məhdudlaşır. Torpaqdakı miqdarına görə onlar 6 qrupa 
ayrılır (cədvəl 6). 
Ancaq müxtəlif bitkilər torpağın fosfor və kaliumla təmin olunma səviyyəsinə eyni tələbat 
göstərmirlər. Bəzi bitkilər - çovdar, vələmir, kartof, çəltik, qurdotu (turşuluğa davamlıdırlar), fosfor 
və kaliumla orta dərəcədə təmin olunma zamanı öz potensial məhsuldarlıqlarını reallaşdırılar.


25 
Mütəhərrik fosforla optimal təminat diapazonu onlar üçün torpaqda 70-100 mq/kq təşkil edir 
(Kirsanova görə). Torpağın 1 kq-da P
2
O
5
-in miqdarı 100 mq olan zaman bu bitkilər altına verilmiş 
fosfor gübrəsi onların boy artımını və məhsuldarlığını yaxşılaşdırmır.
Cədvəl 6 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin