28
Molibdenin fizioloji əhəmiyyəti səciyyəvidir. Adətən o bitkidə oksidləşmə-reduksiya
prosesini fəallaşdırır. Molibden paxlalı bitkilərdə hava azotunu əlaqələndirən fermentlər kompleksi
nitrogenazanın tərkibinə daxildir. Molibden çatışmayan zaman azotun təsbit olunmasının aktivliyi
və paxlalı bitkilərin məhsuldarlığı aşağı enir.
Qida elementlərinin bitkilər tərəfindən aparılması və maksimal tələbat.
Ayrı-ayrı bitkilər
üçün gübrələmə sisteminin işlənib hazırlanmasında mineral qida elementlərinin bitkilər tərəfindən
aparılması və maksimum tələbat göstəricilərindən istifadə edilir.
Maksimal istifadə - vahid əmtəəlik məhsulun yaradılmasında iştirak edən qida elementlərinin
ən çox miqdarıdır. Aparılma – 1 ton əsas və əlavə məhsulla (gövdə, yarpaq) tarladan qida
elementlərini özününküləşdirməsidir. O daima maksimum tələbatdan azdır (cədvəl 9). Maksimum
tələbatla çıxarılan ilə aparılan arasındakı fərq bitkinin kök, kövşən qalıqlarını və bitki töküntüləri ilə
özündən sonra tarlada buraxdığı qida maddələrinin miqdarını bərabərləşdirir.
Maksimum tələbat və bitkilər tərəfindən çıxarılan göstəricilər bitkinin bioloji
xüsusiyyətlərindən asılıdır. Deməli, 1 ton buğda dəni və ona müvafiq miqdarda digər üzvi kütlənin
formalaşmasına orta hesabla bitki 23 kq, sarı lüpin 1 ton toxumun formalaşmasına 50,
lakin
günəbaxan 186 kq kalium oksid sərf edir. Bitkilər arasında vahid məhsula azotu və fosforu sərf
etməkdə əhəmiyyətli fərq yoxdur.
Məhsul yığımı dövründə aparılan göstəricilər müəyyən edilir, lakin maksimal tələbat isə qida
elementlərinin və quru maddənin ən çox toplanması fazasında müəyyən olunur.
Bütün qida elementlərinin maksimum sərf edilməsi və dənli taxıl bitkilərində üzvi maddələrin
toplanması mum yetişkənlik fazasının başlanğıcında, lakin dənli-paxlalı bitkilərdə isə dənin tam
dolması fazasında, aşağı yarusdakı paxlalar saralmağa başladıqda, yuxarıdakılar dolğunlaşır, ancaq
yarpaqlar daha tökülmür. Bu dənli-paxlalı bitkiləri yaşıl kütlə üçün yığmağın daha yaxşı
müddətidir. Sonra isə yarpaqların düşməsi (qabaqca aşağıdakı, sonra yuxarıdakılar), xırda
kökcüklərin məhv olması və tam inkişaf etməmiş generativ orqanların tökülməsi başlayır. Bu proses
toxumun tam yetişməsinə qədər davam edir, nəticə etibarı ilə bitki qida elementlərinin bir hissəsini
itirir.
Orta hesabla dənli taxıl bitkiləri 1 ton dən və müvafiq miqdarda digər üzvi kütlə ilə 29 kq
azot, 10 kq fosfor və 19 kq kalium (cəmi 58 kq) aparır. 1 ton toxumla dənli-paxlalı
bitkilər orta
hesabla 58 kq azot, 19 kq fosfor və 33 kq kalium aparır.
Ona görə də simbiozun aşağı fəallığı zamanı yaxud simbioz olmadıqda dənli taxıl bitkilərinə
nisbətən dənli-paxlalı bitkilərdə məhsul 1,5-2,0 dəfə aşağı olur. Fosfor və kaliumla zəif təmin
olunmuş torpaqlarda qeyri əlverişli simbioz şəraiti zamanı həmçinin dənli-paxlalılar dənli taxıl
bitkilərindən daha az məhsuldar olurlar. Bir halda ki, bir ton toxum formalaşdırmaq üçün dənli-
paxlalı bitkilər dənli taxıllara nisbətən 2 dəfə artıq
qida elementləri sərf edirlər, mövcud halda,
məhsulun səviyyəsi fosfor və kaliumun çatışmaması ilə limitlənir.
Paxlalı otlar 1 ton quru ot məhsulu ilə taxıllara nisbətən azotu 1,5 dəfə artıq, fosforu eyni
miqdarda, lakin kaliumu bir qədər az aparırlar. Hava azotunun fəal təsbit olunması zamanı paxlalı
otlar 1 ton quru ot məhsulu ilə torpaqdan 7 kq azot (16 kq havadan), 6 kq fosfor və 16 kq kalium
(cəmi 29), ancaq taxıl otlarının 1 ton quru otu 43 kq, yaxud taxıl otları eyni məhsul zamanı
paxlalılara nisbətən 1,5 dəfə çox çıxarır, ancaq taxıl otları məhsulunun keyfiyyəti aşağı olur.
Nəticə etibarilə, dənli-paxlalı bitkilərin payının artması və əkin sahəsinin strukturunda paxlalı
otlar yalnız bitki zülalı istehsalının artmasına səbəb olmur, ancaq torpağın təbii münbitliyindən və
mineral gübrələrdən daha səmərəli istifadə etməyə imkan verir, bitkiçilik məhsullarının çıxımını
vahid mineral gübrə hesabına yüksəldir.
Gübrə normasını hesablayan zaman 11 saylı cədvəldəki rəqəmlərin
orta göstəricilərindən
istifadə etmək olar. Lakin bu göstəricilər bu və ya özgə bitkilərin becərilmə şəraitindən asılı olaraq
dəyişir. Məsələn, simbioz getmədiyindən mineral azotla qidalanma zamanı onun maksimum
istifadəsi soyada 1 ton toxuma 115 kq-a qədər yüksəlir, lakin fosforda isə 17-18 kq-a qədər azalır.
Oxşar qanunauyğunluq bütün dənli-paxlalı bitkilərdə qeydə alınmışdır. Mineral azotla qidalanma
zamanı qida maddələrinin maksimum sərf edilməsi və çıxarılması məhsul vahidində 1,5-2,0 dəfə,
xüsusən çöl və səpin noxudunda,
eləcə də soyada, vegetativ orqanların hədsiz inkişafı hesabına
artır.
29
Yay quraq keçdikdə dənli-paxlalı bitkilər 1 ton toxum formalaşdırmaq üçün rütubətli şəraitə
nisbətən fosforu az, ancaq kaliumu çox istifadə edir. Nəmlik çatışmadıqda azotun maksimum sərf
edilməsi və çıxarılması zamanı məhsul vahidi azalır, lakin nəmlik bol olan zaman yüksəlir. Bitki
tərəfindən kaliumun maksimum sərf edilməsi torpaqda mübadilə olunan kaliumun miqdarına təsir
edir. O, nə qədər çox olarsa, maksimum sərf edilmə o qədər yüksək olar. Torpaqda mütəhərrik
fosforun miqdarı onun maksimum sərf edilməsi və çıxarılması göstəricilərdə əks etdirilmir.
Dostları ilə paylaş: