37
hesabına (1 m
2
) bu dövrdə FP və əmələ gəlmiş meyvələrin miqdarıdır. Əmələ gəlmiş meyvələrin
miqdarı birbaşa birinci FP və xüsusən ikinci dövrün FP ilə bir-birinə münasibətdədir.
Üçüncü dövrdə (meyvələrin böyüməsi) yarpaqların səthi yavaş-yavaş azalmağa başlayır, lakin
orta hesabla yüksək səviyyədə saxlanır; meyvələrin böyüməsi hesabına biokütlənin intensiv artması
davam edir, hansı ki, dövrün sonuna maksimum böyüklüyə çatır. Nə vaxt ki, toxum yetişir üçüncü
dövrün sonuna qalan toxum və meyvələrin miqdarı, fotosintezin göstəriciləri və dördüncü dövrdə
bitkiyə azotun daxil olmasından asılıdır. Əkin fotosintetik sistem kimi ikinci və üçüncü dövrlərin
müddətində xüsusən aktiv fəaliyyət göstərir. Bu vaxt birinci dövrün bərabər uzun müddətli
davamında, vegetasiya ərzində 60-70% biokütlə və həmin miqdarda da maksimum azot toplanır.
Beləliklə, hər bir sonrakı dövrdə işin səmərəliliyi yalnız bu dövrün aqrometeoroloji
şəraitindən deyil, lakin əkinlərin əvvəlki dövr fəaliyyətinin nəticələrindən asılıdır. Əkinlərin inkişaf
etdirilməsinin son göstəricisi - toxum məhsulu və onun keyfiyyəti – bitkinin boy və inkişafı
prosesində əkinin ardıcıl vəziyyətindən asılıdır.
Dostları ilə paylaş: