Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -6



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə35/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   31   32   33   34   35   36   37   38   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Tapşırıq və yoxlama sualları -6 
1.
Günəş enerjisinin hansı hissəsi fotosintetik fəal radiasiya adlanır?
2.
Fotosintetik potensial necə hesablanır?
3.
Fotosintezin xalis məhsuldarlığının səviyyəsi nədən asılıdır? 
4.
Fotosintezin xalis məhsuldarlığının səviyyəsini hansı amillər stimullaşdırır, bəs hansı 
qarşısını alır? 
5.
Əkinlərin fotosintetik fəaliyyətini, onun məhsuldarlığının səviyyəsini təyin edən
göstəricilərini sadalayın. 
 
 
FƏSİL 7. TARLA BİTKİLƏRİNİN BECƏRİLMƏSİNDƏ TEXNOLOJİ ÜSULLAR 
Tarla bitkilərinin becərilmə texnologiyası – bitkinin bioloji tələbatının ödənilməsinə 
yönəldilmiş və planlaşdırılmış yüksək məhsulun alınmasını müəyyən ardıcıllıqla yerinə yetirən 
kompleks aqrotexniki tədbirlərdir.
Bitkilərin becərilmə texnologiyasını elmi əsaslarla işləyib hazırlamaq üçün, sortlar konkret 
torpaq-iqlim şəraitində, sortlar və torpaq-iqlim şəraitinin parametrlərini, bitkilərin bioloji 
tələbatlarını bilmək lazımdır.
Bəzi aqrotexniki üsullar – torpağın əsas və səpinqabağı hazırlanması, gübrələrin verilməsi, 
toxumun səpinə hazırlanması, səpin, əkinlərə qulluq, məhsulun yığılması – hər hansı tarla bitkisi 
becərilən zaman yerinə yetirilir. Bu üsulların cəmi tarla bitkilərinin becərilmə texnologiyasının 
«gövdəsini» təşkil edir. 
Aqrotexniki üsullar, ayrıca qrup bitkilərin aqrotexnikasına xas olan, bioloji xüsusiyyətləri 
oxşar (payızlıqların yaz səpini), eyni fəsilədən (paxlalı bitkilərin səpin qabağı yoluxdurulması) 
yaxud istifadəsi oxşar olan (kətan lifi və çətənə küləşinin isladılması), özündə «birinci nizam 
budaqlar» əks etdirir, əlavə aqrotexniki üsullar, konkret bitkinin becərilməsi zamanı və onun 
aqrotexnikasının xüsusiyyətlərini «ikinci nizam budaqlar» təşkil edən. 
Bütün texnoloji üsullar becərilən bitkilərin boy və inkişafına əlverişli şərait yaratmaq üçün, 
onların bioloji tələbatlarını təmin etməyə istiqamətləndirilir. Texnoloji üsullarla həll edilən 
məsələlərə aiddir: kök sisteminin normal fəaliyyət göstərməsi üçün becərmələr vasitəsilə torpağın 
su-hava rejiminin optimallaşdırılması; üzvi və mineral gübrələri tətbiq etməklə mədəni bitkilərin 
qida rejiminin optimallaşdırılması; torpağın əhənglənməsi yaxud gipslənməsi ilə torpaq məhlulunun 
reaksiyasının optimallaşdırılması; əkinlərin zibillənməsinə qarşı mübarizə tədbiri kimi becərilən 
bitkilər və alaq otları arasındakı rəqabətin aşağı salınması; əkin və səpin materiallarını ən yüksək 
səpin standartı göstəricilərinə çatdırmaq; toxumların səpilməsi üçün hamarlamanın aparılması, 
toxumların eyni dərinliyə və cərgədə bir-birindən eyni məsafədə yerləşməsi üçün üst qatın 
sıxlaşdırılması; bitkilərin xəstəlik törədiciləri və zərərvericilərdən mühafizəsi; böyümənin 


38 
tənzimlənməsi, bitkinin inkişafı və məhsulun keyfiyyəti; yığım zamanı kəmiyyət və keyfiyyət 
itkisinin azaldılması.
Üsul 
Məsələlər 
Əhəngləmə 
Kövşənliyin üzlənməsi 
Üzvi gübrələrin verilməsi
Üzvi gübrələrin verilməsi 
Payız şumu
Təkrar şum (yenidən şumlama) 
Yaz şumu
Payız şumunun yazda malalanması 
Payızlıqların və taxıl otlarının yazda 
azotla yemləndirilməsi 
Payızlıqların və çoxillik otların yazda 
malalanması 
Kombinə edilmiş RVK tipli aqreqatla 
torpağın becərilməsi 
Səpinqabağı kultivasiya
Səpinqabağı tapanlama
Toxumun səpinə hazırlanması 
Səpin 
Səpindən sonra tapanlama
Çıxışlara qədər malalama 
Cücərtilər alındıqdan sonra malalama 
Cərgəaralarına kultivasiya çəkilməsi
Kökdən yemləmə
Dibdoldurma
Kökdənkənar yemləmə
Əkinlərin herbisidlərlə işlənilməsi 
Bioloji fəal maddələrin tətbiqi
Məhsul yığımı 
Növbəli əkində torpaq turşuluğunun bitkinin bioloji tələbatına uyğun 
səviyyəyə qədər aşağı enməsi
Bitki qalıqlarının torpağa qarışdırılması; üst qatda kapillyarların 
dağıdılması – nəmlik itkisinin qarşısını almaq; alaq otları toxumlarının 
cücərdilməsi üçün şəraitin yaradılması 
Torpağın su-fiziki xassəsinin və bitkinin qidalanma rejiminin 
yaxşılaşdırılması 
Becərilən bitkinin mineral qidalanma rejiminin optimallaşdırılması 
Kövşən qalıqlarının, üzvi və fosfor-kalium gübrələrinin torpağa 
qarışdırılması; torpağın su-hava rejiminin yaxşılaşdırılması onun 
mikrobioloji fəaliyyətinin canlandırılması 
Suvarma suyu ilə gələn hissəcilərlə torpağın əkin qatının yumşaldılması; 
yazda verilən üzvi və fosfor-kalium gübrələrin torpağa çevrilməsi 
Bitki qalıqlarının, üzvi və mineral gübrələrin torpağa qarışdırılması, 
torpağın əkin qatının yumşaldılması (payız şumunun aparılması mümkün 
olmadıqda həyata keçirilir) 
Torpağın üst qatında kapillyarların qırılması – yazda gec səpilən əkinlər 
üçün nəmlik itkisinin qarşısının alınması 
Bitkinin boy atmasının başlanğıcında torpağın zəifləşdirilmiş azotlu 
birləşmələrlə təmin edilməsi
Payızlıqların və çoxillik otların payızda ötüb keçməsi zamanı boy 
nöqtəsinin işıqlanması
Səpinqabağı torpağın yumşaldılması, hamarlanması və tapanlanması. 
Torpağın üst qatının yumşaldılması, alaqlarla mübarizə 
Yüngül torpaqların üst qatının sıxlaşdırılması, kapillyar əlaqələrin bərpa 
edilməsi 
Ölçülərinə görə toxumların fraksiyalara ayrılması; onların yüksək əkin 
standartlarına çatdırılması; patogen mikrofloradan zərərsizləşdirilməsi; 
cücərmə enerjisinin və
çıxışların güclənməsi 
Toxumların eyni dərinlikdə (səpin və əkin materialı), bir-birindən bərabər 
məsafədə yerləşdirilməsi 
Torpaq kapillyarları ilə xırda toxumların əlaqəsinin müəyyən edilməsi 
Alaq otlarının cücərən toxumlarının kök tellərinin məhv edilməsi, torpaq 
qaysağının dağıdılması 
Alaq otları cücərtilərinin məhv edilməsi 
Cərgə aralarında alaqların məhv edilməsi, cərgəaralarının yumşaldılması, 
bitkilərin mineral gübrələrlə yemləndirilməsi 
Ontogenezin ayrı-ayrı dövrlərində bitkinin bioloji tələbatına uyğun olaraq 
bitkinin mineral qidalanmasını yaxşılaşdırmaq
Yumrular və köklərin yaşadığı torpağın həcmi və aerasiyanın 
yaxşılaşdırılmasının artırılması, alaqlarla mübarizə 
Bitkinin kökdən çatışmayan qidasının kompensasiyası; məhsulun 
keyfiyyətinin yaxşılaşması 
Alaq otları göründükdə qarşısını almaq, yetkin alaqları məhv etmək 
(herbisidlə); zərərli xəstəliyi azaltmaq yaxud qarşısını almaq (fungisidlər, 
bakterisidlər);bitkinin ziyanlı həşəratlarla zədələnməsini azaltmaq 
(insektisidlər) 
Bitkinin boy və inkişafının tənzimlənməsi; yatmanın qarşısının alınması 
(retardantlar); plastik maddələrin ehtiyat orqanlarına axması (senikantlar); 
vegetasiyanın sona çatması, bitkinin qurudulması (desikantlar);bitkilərin 
yarpaqdan azad edilməsi, yığıma hazırlıq (defoliantlar) 
Məhsulun kəmiyyət və keyfiyyətinin minimum itki ilə tarladan toplanması 


39 
Bu məsələlər müxtəlif texnoloji üsulların köməyi ilə həllini tapa bilər. Məsələn, əkinlərin 
zibillənməsinin azaldılması üçün aqrotexniki üsullar tətbiq edilir – kövşənliyin üzlənməsi, payız 
şumu, erkən yazda malalama, səpinə qədər kultivasiya, çıxışlara qədər və çıxışlardan sonra 
malalama, gencərgəli əkinlərin cərgə aralarının becərilməsi, eləcə də alaqlarla mübarizədə kimyəvi 
vasitələr – herbisidlər. Sadalanan bəzi aqrotexniki üsullardan digər funksiyaları da yerinə yetirmək 
üçün istifadə etmək olar (alaqlarla mübarizədən başqa); herbisidlərin tətbiq edilməsi ilə onları əvəz 
etmək olmaz. Konkret şəraitdə bitkilərin becərilməsi üçün ayrı-ayrı texnoloji üsulların vəzifəsini 
nəzərə almaq texnoloji sxemin tərtib edilməsində zəruridir.
Müəyyən məsələni həll etmək üçün, əgər ona vaxtında əməl olunarsa və tələb olunan 
keyfiyyətə cavab verilərsə hər bir texnoloji üsul lazımlıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin