Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


RVK  tipli aqreqatlardan istifadə olunmur. Belə  bitkilər üçün səpindən sonra tapanlama həyata keçirilir.  Əkin



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə37/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   33   34   35   36   37   38   39   40   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

RVK 
tipli aqreqatlardan istifadə olunmur. Belə 
bitkilər üçün səpindən sonra tapanlama həyata keçirilir. 
Əkin.
Hər hansı kənd təsərrüfatı bitkisinin məhsuldarlığı səpin müddəti və üsulunun düzgün 
seçilməsindən, toxumun basdırılma dərinliyi və optimal səpin normasından əhəmiyyətli dərəcədə 
asılıdır. Artırılmış yaxud azaldılmış səpin norması, vaxtından əvvəl yaxud ləngimiş səpin, optimal 
səpin üsulu və toxumun basdırılma dərinliyinə riayət etməmək istər-istəməz məhsulun və onun 
keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Səpin müddətləri
ilin mövsümünə görə, yazlıq – erkən, orta və gec; yaylıq – erkən və gec; 
payızlıq – gec və qışlıq; bölünürlər.
Səpin müddəti bitkinin bioloji xüsusiyyətlərindən, hansı məqsədlə becərilmənin, bölgənin 
iqlim şəraitindən, torpağın qranulometrik tərkibindən və nəmliklə təmin olunmasından və 
vegetasiya ərzində atmosfer çöküntülərinin paylanmasından asılıdır.
Bütün qısa gün bitkiləri istilik sevəndirlər, toxumların basdırılma dərinliyində temperatur 8-12 
0
C olan zaman onlar cücərməyə başlayırlar. Beləliklə, torpağın üst təbəqəsi həmin temperatura 
qədər isindikdə onları səpirlər. Bəzi qısa gün bitkilərinin cücərtiləri (lobya) temperatur mənfi 1 
0
C-
yə qədər endikdə məhv olur. Çoxillik meteoroloji müşahidələrə əsasən bölgədə axırıncı şaxtaların 
tarixini bilməklə belə əkin müddətlərini müəyyənləşdirirlər, ona görə ki, cücərtilər bu tarixdən 
sonra, yəni onun yaxınlaşmasından 7-8 gün əvvəl səpilir.
Uzun gün bitkiləri bir qayda olaraq soyuğa davamlıdırlar. Onların cücərtiləri hətta mənfi 5-6 
0
C (nadir hallarda) yaz şaxtaları zamanı məhv olmurlar, torpağın fiziki yetişkənliyi başlayan kimi və 
maşın-traktor aqreqatlarının tarlaya çıxarılması mümkün olduqda erkən yaz müddətində onların 
toxumlarını səpmək olar.
Payızlıq bitkilər, ontogenez dövrünü aşağı temperaturda keçirməyə tələbat göstərənlər və 
bunsuz boruya çıxma fazasına keçməyənlər, sabit soyuqların başlamasına 45 gün qalana qədər, 
gecikmiş yay yaxud erkən payız müddətində səpilir. Daha çox ümidlə qışlaması üçün bu müddət 
ərzində bitki yaxşı kollanmalıdır. Cücərmə fazasında müvəffəqiyyətlə qışlayan və yazda yaxşı 
kollanan sortları daha gec müddətdə səpmək olar.
Bəzi bitkilərin toxumları normal cücərmək üçün stratifikasiya – şişmiş toxumların aşağı 
temperaturda saxlanılmasını tələb edir.
Becərmənin məqsədi - səpin müddətini müəyyən edən mühüm amildir. Məsələn, vələmir dən 
üçün ən erkən müddətdə, erkən yaz müddətində faraş yaşıl kütlə almaq üçün, gec yaz səpinləri 
qarğıdalı səpinindən sonra, ot bitkilərinin erkən yay səpinləri payızlıqların yığımından sonra yaşıl 
kütlə üçün səpilir. Kövşənlik bitkilər payızlıqların yığımından sonra dən üçün gec yay müddətində 
səpilir.
Kartofun erkən əkin müddəti becərilmə məqsədindən asılıdır. Ərzaq məqsədi ilə tez məhsulu 
almaq üçün kartof yumruları ən erkən müddətdə basdırılır, lakin tez yetişən əkin materialı 
(toxumluq) üçün kartof axırıncı növbədə əkilir. Bu halda erkən kartof yetişməyə çatır, bu zaman 
yığımdan səpinə qədər olan müddət azalır, ancaq, deməli saxlama zamanı itki azalır.
Eləcə də torpağın qranulometrik tərkibi səpin müddətinə düzəliş etməyə imkan verir. Yüngül 
torpaqlar artıq rütubətdən tez azad olur və onlarda yazlıqların əkini ağır torpaqlara nisbətən tez 
başlayır.
Təsərrüfatlarda texnikanın çatışmazlığı zamanı səpin müddətləri müxtəlif olan bitki sortları 
toplamaq və hər bir sortu optimal müddətdə səpmək lazımdır. 
Səpin üsulu və cərgə aralarının eni
aqrosenozun məhsuldarlığına böyük dərəcədə təsir edir. 
Onların seçilməsi bitkinin morfologiyasından, becərilmə məqsədindən, tarlanın zibillənmə 


41 
səviyyəsindən və mövcud herbisidlərdən, torpağın səpinə hazırlanmasının keyfiyyətindən əldə olan 
müvafiq texnikadan asılıdır (cədvəl 11).
Görünür ki, qarpız, yemiş və balqabağı kimi iri yarpaqlı uzunluğu 2-4 metr olan sürünən 
gövdəli bitkiləri cərgə araları 45-60 sm formada becərmək mümkün deyil. Adətən onlar cərgə 
araları 120-200 sm və cərgədə bitki arası məsafə 100-150 sm olmaqla səpilir. Balqabağı və yunan 
qabağı bitkilərinin cərgə arvalarını bir qədər az saxlayaraq əkirlər. 
Zahiri görünüşü daha yığcam (az) olan kartof bitkisi cərgəarası 70 sm olmaqla səpilir. 
Cərgəarası belə olan bitkilərin dibinin doldurulması zəruridir.
Bitkilərin səpin üsulları onun becərilmə məqsədindən asılıdır. Məsələn, yem məqsədilə 
çoxillik otları cərgəvi yaxud dar cərgəvi, lakin toxum üçün cərgə araları 45-60 sm olan gen cərgəli 
üsulla səpirlər. Qarğıdalı dən üçün yalnız gencərgəli üsulla cərgəarası 70 sm olmaqla səpilir, lakin 
yaşıl kütlə məqsədilə onu herbisid tətbiq etməklə cərgəvi üsulla səpmək olar.
Səpin üsuluna eləcə də tarlanın zibillənmə dərəcəsi və herbisidin mövcud olması təsir edir. 
Məsələn, yem paxlası, lobya, noxud və soya kimi bitkiləri alaqlardan təmiz tarlalarda yaxud 
mövcud müvafiq herbisidlərdən istifadə etməklə cərgəvi üsulla cərgəarası 20 sm, hətta 15 sm 
olmaqla daha çox toxum məhsulu almaq məqsədilə səpmək mümkündür. Lakin herbisid iştirak 
etmədən alaqlarla zibillənmiş tarlalarda onlarla mübarizə məqsədilə cərgə aralarının becərilməsinin 
köməyi ilə gencərgəli (cərgə araları 45-60 sm) olmaqla səpilir. 
Torpağın səpinqabağı hazırlanmasının keyfiyyəti 
cərgəvi
yaxud 
dar cərgəvi
səpin üsulunun 
seçilməsindən asılıdır. Dar cərgəvi səpin üsuluna görə tarlada iri kəsəklər və parçalar olmamalıdır, 
ona görə ki, onlar darcərgəli gavahınların (cığıraçan,) arasından keçmir. Kəltənli sahələrdə cərgəvi 
səpinin yalnız diskli gavahınlı aqreqatlarla aparılması mümkündür. 
Çarpaz
səpin perpendikulyar 
yaxud kəsişən istiqamətdə cərgəvi səpən aqreqatla səpin normasının yarısı qədər həyata keçirilir. 
Çarpaz səpinin məqsədi toxumun tarla boyu daha bərabər paylaşdırılmasıdır, çatışmayan cəhəti isə 
səpinə ikiqat əmək və enerji sərfidir.
Cədvəl 10 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin