43
Birinci qrup dənli taxıl bitkiləri üçün səpin normasının dəyişməsinin oxşar qanunauyğunluğu
nəmliklə təmin olunmadan asılı olaraq nəzərə çarpır. Məsələn kifayət qədər nəmliyi olan bölgələrdə
arpanın səpin norması hektara 6 milyon ədəd, ancaq quraqlıq bölgələrdə isə hektara 3,5 - 4,0 milyon
ədəd təşkil edir.
Beləliklə, bitkinin səpin normasını düzgün seçmək üçün, tarlada konkret sortu təyin etmək, bu
bitkinin zahiri görünüşünə və morfologiyasına görə hansı növün qrupuna aid olmasını, səpin
normasının mümkün olan miqdarını müəyyən etmək zəruridir. Sonra sortun xüsusiyyətlərini və
bununla əlaqədar olaraq səpin normasını dəqiqləşdirməklə, becərilmənin
məqsədinə və səpin
üsuluna düzəliş edilməsini aydınlaşdırmaq lazımdır. Konkret tarlada mövcud sortun səpin norması
bölgənin ekoloji şəraitini nəzərə almaqla, həmin tarlada qəti surətdə müəyyən edilir.
1 m
2
- də 120-200 bitki sıxlığı yaxud hektara 1,2 - 2,0 milyon ədəd cücərmə qabiliyyətli
toxum səpilən zaman yoncadan maksimum yaşıl kütlə və quru ot məhsulu almaq olar. Yoncanın
xırda toxumları torpaq qatının 1-2 sm-lik dərinliyindən deşib keçərək
müvəffəqiyyətlə ləpə
yarpaqlarını torpaq səthinə çıxarırlar. Onların 3 sm dərinə salınması tarla cücərməsini 2-3 dəfə aşağı
salır, 4 sm dərinlikdə bir qayda olaraq əkinlər məhv olur.
Toxumun basdırılma dərinliyi
torpağın nəmliyindən,
onun qranulometrik tərkibindən, 1000
ədəd toxumun kütləsində, ləpə yarpaqlarını torpaq səthinə çıxarıb-çıxarmasından asılıdır. Müxtəlif
qrup bitkilərin toxumlarının basdırılma dərinliyinin diapazonu 11 saylı cədvəldə göstərilmişdir.
Toxumun basdırılma dərinliyinin həlledici amili torpağın üst qatının nəmli olmasıdır. Dənli
taxıl bitkilərinin toxumlarının şişərək cücərməsi üçün dənlər ilkin kütləsinin 60-65%-i, lakin paxlalı
bitkilərin toxumları isə 100-120%-i qədər nəmlik qəbul etməlidirlər.
Əgər səpin dövründə torpağın üst təbəqəsi tapanlandıqdan sonra nəmlik aşağı deyilsə, onda
kartof və topinamburdan başqa, bütün bitkilərin toxumlarının minimum (xırda toxumlular 0,5-1,5
sm, dənli taxıl və dənli-paxlalılar 2-3 sm) basdırma dərinliyinə riayət etmək lazımdır. Əgər torpağın
üst təbəqəsi (2-3 sm) quruyaraq onun nəmliyi TRT-nun 40%-nə
qədər enərsə, o vaxt dənlilərin
toxumlarını daha dərin qata, həmin bitkinin optimal basdırılma
dərinliyindən az olmayaraq
basdırmaq lazımdır. Üst təbəqəsi qurumuş olan torpaqlarda xırda toxumlu bitkiləri səpilmir, belə ki,
yağıntılar düşənə və həmin qatın nəmlənməsinə qədər onlar cücərmirlər.
Cədvəl 11
Dostları ilə paylaş: