233
yetişdirilmiş yumrularda möhkəm örtük toxumaları əmələ gəldiyinə
görə onlar az zədələnir və
yığım zamanı yaxşı yüklənirlər. Adətən tezyetişən sortlar erkən, sonra
toxumluqlar və nəhayət
gecyetişənlər əkilir. Əkinin fevraldan və martın əvvəlindən başlanması böyük əkin sahələrini
əkməyə vaxt qazanmaq üçün əhəmiyyətlidir.
Əkinlərin gecikdirilməsi məhsulun azalmasına və keyfiyyətinin pisləşməsinə səbəb olur.
Azərbaycanda kartofun yay əkinləri də böyük əhəmiyyət kəsb edir. Yay əkinləri taxıl, bostan
və dənli-paxlalı bitkilər yığıldıqdan sonra iyulun 20-dən avqustun 10-na qədər keçirilir. Yay əkini
vahid sahədən 2 məhsul götürülməsini təmin
etməklə günəş enerjisindən, torpaq, su, kənd
təsərrüfatı maşınları, işçi qüvvəsindən daha səmərəli istifadə edilməsinə şərait yaradır. Yay
əkinlərində yumrular xəstəliklərə daha az tutulur. Yay əkinlərindən götürülmüş toxumluq
materiallardan daha güclü bitkilər alınır və onlar məhsuldar olurlar.
Yay əkinlərində yumrular
torpağın daha dərin qatına (12-15sm) basdırılmalıdır ki, nəmliklə yaxşı təmin edilsin.
Əkinə 12-20 gün qalmış torpaq quruyubsa sahə suvarılmalı, bir neçə gündən sonra 15-16 sm
dərinliyində kultivatorla yumşaldılmalı və malalanmalıdır.
Respublikamızın iqlim şəraiti kartof əkinlərini noyabr-dekabr aylarında aparmaq üçün
əlverişlidir. Yumrular torpaqda qalaraq erkən yazda cücərti verir və
faraş məhsul götürülməsini
təmin edir. Kartof məhsulu may ayının axırı, iyunun əvvəllərində yığıldıqdan sonra ikinci məhsul
götürmək üçün tarlaya qarğıdalı, günəbaxan, sorqo,
çuğundur, kələm, lobya və s. bitkilər əkmək
olar. Xırda sahələrdə və fərdi təsərrüfatlarda kartofu əllə əkirlər. İri təsərrüfatlarda kartofu ən çox 6
cərgəli KSM-6,SKQ-4 kartofəkənlə, ya da 4 cərgəli SN-4B-1 və SN-4B-2 maşınları ilə əkirlər. İri
cücərtili yumrular SƏ-4 markalı asma kartofəkənlə əkilir. Cərgə arası 60-70 sm, bitki arası məsafə
isə 20-40 sm-ə qədər götürülür. Hektarda optimal bitki sıxlığı bölgədən və torpaq tipindən asılı
olaraq 45-55 min kol arasında dəyişir. Toxumluq material üçün bitki sıxlığını 60
minə qədər
çatdırmaq lazımdır.
Kartofu əvvəl şırım açaraq yumruları dibə düzmək və şırımaçanla qonşu şırımı açdıqda
üstünü torpaqla örtməklə də əkmək olur.
Yumruların əkilmə dərinliyi əmələ gələn stolonların və yumruların sayına çox təsir edir. Faraş
kartofu ən çox 4-6 sm dərinliyə əkirlər, yumrunun zirvəsi yuxarı durmalıdır. Bu, isinən torpağın üst
qatında yumrunun tez cücərməsinə şərait yaradır.
Dəmyə və çox quraq rayonlarda kartofu 12-15 sm və daha çox dərinliyə əkirlər. Faraş kartofu
1-2 dəfə, gecyetişən kartofun 2-3 dəfə dibini doldururlar. Çox quraq və dəmyə yerlərdə
buxarlanmanın qarşısını almaq üçün, xüsusən dərin əkilən kartofun dibini doldurmurlar.
Dostları ilə paylaş: