Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları – 20



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə266/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   262   263   264   265   266   267   268   269   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Tapşırıq və yoxlama sualları – 20
1.
Yem kələminin nə kimi yemlilik dəyəri vardır? 
2.
Yemlik kələminin bioloji xüsusiyyətləri barədə danışın. 
3.
Yem kələminin hamaşçiçək və meyvəsini göstərin. Gövdəmeyvə nədir? 
4.
Yem kələminin torpağa tələbatı necədir? 
5.
Yem kələminin aqrotexnikası barədə danışın. 
FƏSİL 21. YAĞLI VƏ EFİRYAĞLI BİTKİLƏR 
 
Toxumunda və meyvəsində piy, yaxud yağ (20 – 60%) olan bitkilər yağlı bitkilərə aiddirlər. 
Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Ondan ərzaq kimi, yeyinti sənayesində 
(çörək bişirmədə), konserv, qənnadı məmulatı və marqarin, əlif yağı, hazırlanmasında geniş istifadə 
edilir. Eyni zamanda linoleum və stearin turşularının alınmasında, lak-boyaq, toxuculuq, ətriyyat, 
sabunbişirmə, gön-dəri aşılama və s. sənaye sahələrində istifadə olunur. Yağlı bitkilər həm də bitki 
zülalı mənbəyidirlər.
Yağlı bitkilərin toxumlarından yağ emal edən zaman jmıx və cecədə 35-40%-ə qədər zülal 
qalır ki, bu da heyvandarlıq üçün zülal və yağla zəngin konsentratlı yemdir. Yağlı bitkilərin bir 
çoxu yaxşı bal verəndir.
Dünya əkinçilik sistemində yağlı bitkilərin əkin sahəsi əhəmiyyətli dərəcədədir. Onların əkin 
sahəsi yer kürəsində 140 milyon hektardan çoxdur. Ən çox əkin sahəsinə malik olan bitki soyadır 
(68 mln./ha), günəbaxan (18 – 19 mln./ha), araxis (22 mln./ha), turpəng (22 mln./ha), kətan (7,7 
mln/ha), küncüt (6,8 mln./ha) və s. Yağlı bitkilərin əkin sahələri əsasən ABŞ, Kanada, Hindistan, 
Braziliya, Argentina, Çin, Pakistan, Rusiya, Moldova və Ukraynanın payına düşür. 
Yağlı bitkilər müxtəlif fəsilələrin (Astra, Kələmkimilər, Paxlalılar, Dalamaz
,
Südləyənlər və 
s.) cürbəcür botaniki növlərini təmsil edirlər.
Bitki mənşəli yağlar gliserin və müxtəlif yağ turşularının nisbətindən ibarət üç atomlu 
spirtlərin mürəkkəb efirləridirlər. Yağların tərkibində 75–79% karbohidrogenlər, 11-13% hidrogen 
və 10-12% oksigen vardır. Sulu karbonlar və zülallarla müqayisədə yağlar daha az oksidləşən 
birləşmədirlər və zülal və sulu karbonlara nisbətən iki dəfə kalorilidirlər.
Yağların xassələri müxtəlif bitkilərin tərkibində olan doymuş (palmitin, stearin və s.) və 
doymamış (olein, linolin, linolein və s.) yağ turşularının miqdarından asılıdır. 
Müxtəlif bitkilərin meyvə və toxumlarındakı yağların miqdarı və keyfiyyəti, bitkilərin növü 
və sortundan, onların yetişdirildiyi mühitdən, xüsusən torpaq, iqlim, aqrotexniki və s. şəraitdən 
asılıdır (şəkil 45). Bir çox bitki yağları havanın oksigeni ilə birləşərək quruyur və bərk elastik kütlə 
əmələ gətirirlər. Yağın quruma qabiliyyəti onun əsas keyfiyyət göstəricisidir. Bitki yağlarının 
quruma qabiliyyəti yod ədədi ilə təyin edilir. 
Yod ədədi
– 100 qram yağın özünə neçə qram yod 


242 
birləşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa yağın quruma qabiliyyəti bir o qədər çox 
olar.
Cədvəl 45 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin