Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə268/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   264   265   266   267   268   269   270   271   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

sabunlaşma ədədi
ilə təyin edilir. Yəni 1 qram yağın sabunlaşması zamanı əmələ gələn 
turşuların neytrallaşmasına sərf edilən kalium əsasının mq-la miqdarını göstərir. 
Texniki məqsədlər üçün tələb olunur doymamış yağların tərkibində yod ədədi və sabunlaşma 
ədədi yüksək, sərbəst yağ turşuları isə aşağı səviyyədə olmalıdır.
Müxtəlif yağlı bitkilərin meyvələrindəki və toxumlarındakı zülalların tərkibində onları tam 
dəyərli edən çoxlu əvəzedilməz aminturşuları (lizin, triptofan, sistein, arginin və s.) vardır. 
Dünya miqyasında ərzaq yağı məqsədi üçün istehsal olunan bitki yağları içərisində birinci 
yeri soya, ikinci günəbaxan, sonra isə araxis, pambıq, raps. zeytun, küncüt, qarğıdalı və saflor 
yağları tutur. Texniki yağlar içərisində isə birinci yeri kətan, ikinci yeri isə gənəgərçək yağı tutur. 
Yağlı bitkilərə günəbaxan, soya, küncüt, yerfındığı (araxis), saflor, gənəgərçək, xaş-xaş, 
kürəncə, ağ xardal, göy xardal, qışlıq və yazlıq raps, yağçiçəyi, lellemantiya, perilla (sudza), yağlı 
lalə, turpəng, kətan və s. bitki növləri daxildir. 


243 
 
 
21.1.Yyağli bitkilər 
 
21.1.1. Günəbaxan
 
Əhəmiyyəti.
Günəbaxan əsasən yağlı bitki kimi becərilir. Müasir sort və hibrid tumlarının 
tərkibində, 16% zülal və 50-56% açıq-sarı rəngli yaxşı dad keyfiyyətinə malik ərzaq yağı olur. 
Yağın tərkibində onun ərzaq keyfiyyətini yüksəldən 62%-ə qədəri bioloji aktiv linoleum turşusu
eləcə də fosfatidlər. A, D, E, K vitaminləri vardır. Günəbaxan yağından təbii (natural) halda ərzaq 
yağı kimi, yeyinti sənayesində, çörək-bulka və qənnadı məmulatlarının, balıq və tərəvəz
konservlərinin, marqarin və mayonez hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-
boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində də istifadə 
olunur.
Bitki yağlarının ərzaq və texniki 
əhəmiyyəti böyükdür. Günəbaxan
toxumlarının 
qabığından xammal kimi sənayedə heksoz aə 
pentoz şəkərlərinin alınmasında istifadə olunur. 
Heksoz şəkərlərindən spirt, pentoz şəkərindən 
furfurol alınır ki, bundan da süni lif, plastmas, 
qırılmayan şüşələr və s. alınır. Eyni zamanda 
sənayedə linolium, müşəmbə, su keçirməyən 
parçalar və s. alınır. Yağlı bitkilər həm də bitki 
zülalı mənbəyidirlər. Toxumların yağı emal 
edilərkən qalan jmıx və cecədə 35-40% zülal 
olur. Yağın emalından sonra qalan cecənin bir 
sentneri 102 yem vahidinə yaxud 3,6 kq 
proteinə bərabərdir.
Günəbaxanın yaşıl kütləsindən iri 
buynuzlu mal-qara üçün yem və keyfiyyətli 
silos alınır.
Dənlər yığıldıqdan sonra qurudulmuş 
səbətlər heyvandarlıqda əlavə yem mənbəyinə 
xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-
ni təşkil edir. Səbətdən hazırlanmış 1 sentner 
unun yem vahidi 80, asan həzm olunan protein 
isə 3,8-4,3 kq-a bərabərdir.
Cərgəarası 
becərilən 
bitki 
kimi 
günəbaxan bir çox kənd təsərrüfatı bitkiləri 
üçün yaxşı sələfdir. 
Bitkinin tarixi
. Günəbaxanın vətəni 
Şimali Amerikanın cənubi-qərb hissəsidir. 
Avropaya XVI-cı əsrdə gətirilmişdir. Bu bitki 
Rusiyaya XVIII-ci əsrdə gətirilərək bəzək 
məqsədi üçün istifadə olunmuşdur. Sonralar bu 
bitkini yağ istehsalı və silos almaq məqsədilə 
becərməyə başlamışlar. Günəbaxanın toxumundan ilk dəfə 1829-cu ildə yağ alan Voronej 
vilayətinin sakini D. S. Bokarev olunmuşdur. İlk yağ emalı zavodu 1865-ci ildə tikilmişdir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin