Azərbaycanda rayonlaşdırılmış sortları: Qiqant – 549, Yaxşılaşdırılmış VNİİMK – 883,
Kazio.
Növbəli əkində yeri . Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli taxıl
bitkiləri, dənlik və silosluq qarğıdalıdır.
Günəbaxanın dərinə işləyən kök sistemi vegetasiyasının ikinci yarısında, xüsusən, 200-300
sm torpaq qatındakı nəmlikdən səmərəli istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də güclü
kök sisteminə malik olan, - torpağın aşağı qatlarındakı nəmlikdən istifadə edən yonca, şəkər
çuğunduru və sudan otundan (sorqo) sonra günəbaxanı becərmək olmaz. Nəmlik az olan bölgələrdə
növbəli əkin tarlasında günəbaxanı həmin bitkilərin səpinindən dörd il sonra yerləşdirmək olar.
Günəbaxan növbəli əkində öz yerinə 8–10 ildən sonra qaytarılmalıdır. Əgər tez qaytarılarsa kəhrə,
xəstəlik və zərərvericilərin yayılmasına səbəb olur. Günəbaxan noxud, soya, lobya və rapsla bir sıra
ümumi xəstəliklərə tutulduqları üçün bunlardan sonra onu növbələndirmək olmaz.
Günəbaxan özü yazlıq buğda, vələmir, arpa və digər yazlıq taxıllar üçün yaxşı sələfdir. Lakin
çox vaxt sahə (tarla) tökülmüş günəbaxan toxumlarının hesabına zibillənir.
Torpağın becərilməsi. Torpağın əsas becərilməsinə başlıca tələbat
çoxillik alaqların məhv
edilməsi, tarlanın səthinin hamarlanması və nəmliyin qorunub saxlanmasıdır. Əgər günəbaxan
payızlıq dənli taxıl bitkilərindən sonra yerləşdirilirsə kövşənlik 12-25 günlük fasilə ilə 2 dəfə
üzlənir. Birinci üzləmə 6-8 sm, ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Torpaq quru olarsa
birinci üzləmədən sonra 600-700 m
3
həcmində aldadıcı suvarma aparılır. Üzləmənin aparılmasında
məqsəd nəmlik itkisinin qarşısını almaq və alaq otlarının toxumlarının cücərdilərək məhv
edilməsidir. Sonra sahəyə üzvi və mineral gübrə verərək 27-30 sm dərinliyində şum qaldırılır.
Yazda sahənin becərilməsində məqsəd torpaqda nəmlik ehtiyatını saxlamaq, cücərmiş alaqları
məhv etmək, normal günəbaxan cücərtiləri almaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Bunun
üçün sahə malalanır və alaqlar əmələ gəldikdə kultivasiya çəkilir. Birinci kultivasiya 10-12 sm
dərinlikdə, sonrakılar nisbətən az dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və
hamarlanması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumların eyni dərinliyə
basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitkilərin bərabər böyüməsinə imkan yaradır.
Tarlada güclü alaqlanma olduqda promietrin və treflan herbisidlərinin qarışığından istifadə
olunur. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı becərmə, yəni kultivasiya və malalama
aparılır.