Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə279/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   275   276   277   278   279   280   281   282   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: 
Zaqatala 294/1. 
Becərilməsi. 
Növbəli əkində araxisi köküpöhrəli və kökümsovgövdəli alaqlardan təmiz, 
cərgəarası becərilən qarğıdalı və payızlıq taxıllardan sonra əkmək məsləhət görülür. Bitki əkiləcək 
sahəyə hektara 10-15 ton peyin, 2-3 sentner superfosfat və 1 sentner kalium gübrələri verilir. 
Toxumların rizotorfinlə işlənilməsi vacibdir. Qida elementlərinə tələbkardır. Bir ton əsas və əlavə 
məhsulla torpaqdan 62 kq azot, 11 kq fosfor və 40 kq kalium elementi aparır. 
Torpağın əsas becərilməsi kövşən yerinin üzlənməsi və dondurma şumunun qaldırılmasından 
ibarətdir. Kövşənlik 5-7 sm dərinlikdə üzlənir, aldadıcı suvarma aparılır, sentyabr-oktyabr aylarında 
25-30 sm dərinlikdə şum qaldırılır. Qışda dekabr-fevral aylarında şum arat edilir. 
Səpin üçün iri və ağır toxumlar götürülür. Səpindən qabaq toxumlar mikroelement və 
rizotorfinlə işlənilir. Araxisi qarğıdalı yaxud pambıq səpən aqreqatlarla səpmək olar. Həmin 
Şəkil 34.
 
Araxis (çin badamı) 

1,2 – bitki cücərti, çiçəkləmə və 
meyvəəmələgəlmə fazasında; 3 - 
üzərində yarpaq və çiçək olan budaq;
4 – bütün və kəsilmiş meyvə. 


251 
bitkilərlə eyni müddətdə səpin keçirmək mümkündür. Səpin torpaqda temperatur 13+15 
0
C olduqda 
aparılır. Səpin 70 sm gencərgəli üsulla aparılır. (70 x 10-15 sm) sxemində hektara 30-80 kq toxum 
işlənir. Toxum 6-8 sm dərinliyində basdırılır. Hektarda optimal bitki sıxlığı 100-120 mindir. 
Əkinlərə qulluq. 
Torpağı alaqlardan təmiz və yumşaq saxlamaq lazımdır. Suvarma 
şəraitində yerfındığı vegetasiya müddətində hər 10-15 gündən bir suvarılmalıdır (6-8 suvarma). Bir 
qayda olaraq 2-3 yarpaq, qönçələmə-çiçəkləmə fazalarının başlanğıcında və meyvə əmələ gəlməyə 
başladıqdan sonra payıza qədər ayda 2 dəfə suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalıdır. 
Cərgə araları pambıq və ya qarğıdalı becərən kultivatorlarla becərilməlidir. 1-ci becərmə 10-12 sm, 
2-ci 8-10 sm, 3-cü 6-8 sm dərinlikdə aparılır. Yerfındığı yetişdirmədə mühüm qulluq işlərindən biri 
kolun üstünə torpaq tökülməsidir. Bunun üçün cərgələr kultivatorla yumşaldılır, bitkiləri əl ilə cərgə 
aralarına doğru aralayır və kolun ortasına doğru 3-5 sm qalınlığında yumşaq və mütləq rütubətli 
torpaq tökülür. Dibdoldurma o qədər də əhəmiyyət vermir. Torpaq tökülməsi məhsulu artırır və 
sağlam paxlalar alınır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin