Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki təsviri və bioloji xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə277/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   273   274   275   276   277   278   279   280   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri və bioloji xüsusiyyətləri. 
Küncüt 
(Sesamum indicum)
küncütkimilər 
Şəkil 33. Küncüt
- 1, 2 – bitki cücərti, 
çiçəkləmə 
və 
meyvəəmələgəlmə
fazasında; 3 - üzərində yarpaq olan 
budaq; 4 – üzərində yetişmiş meyvəsi 
olan budaq; 5 – meyvə; 6 – toxum.


249 
(Pedaliaceae)
ailəsinin birillik bitkisidir. Küncütün gövdəsi 80-110 sm hündürlüyündə olub dik 
durandır. Mil kökü torpağın 1 metrə qədər dərinliyinə gedir, yan köklər isə çox budaqlanan olub 
ətrafa yayılır.
Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kənarları isə tam və ya dişli olur. 
Çiçəkləri zəngə oxşayır yarpaq qoltuğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və 
bənövşəyi olur. Öz-özünə tozlanan bitkidir. 
Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3-4 sm, bir bitkidə 100-150 qutu 
olur. Yetişən zaman qutusu aralanır. Bir qutuda 70-80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ, 
boz, qonur və qara olur. Min ədədinin kütləsi 3-5 qr arasında dəyişir. 
Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18 
0
C-də cücərir, -1 
0
C şaxtada 
isə məhv olur. İnkişafı üçün ən yaxşı temperatur 25-30 
0
C-dir. Temperaturun 15 
0
C-dən aşağı 
hərarətdə bitkinin inkişafı dayanır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt bitkisi 
cücərmə və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar olur. 
Küncüt yüngül qranulometrik tərkibli münbit torpaqlarda yaxşı inkişaf edir. Ağır gilli, bataqlı, 
şoran torpaqlarda, eyni zamanda qaysaq əmələ gətirən torpaqlarda bu bitki yaxşı inkişaf etmir.
İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövründən isə sürətlə böyüməyə 
başlayır. Vegetasiya müddəti 90-120 gün arasında dəyişir.
Becərilməsi. 
Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq otlarından çox zərər çəkir. 
Odur ki, bitki üçün alaqlardan təmiz və münbit tarlalar ayrılmalıdır. Növbəli əkində küncüt üçün ən 
yaxşı sələflər payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı gec azad etdiyindən 
küncüt özü payızlıq taxıllar üçün sələf ola bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən sonra 
qaytarılmalıdır.
Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10 ton peyin, 30 kq azot, 30 kq 
fosfor və 30 kq kalium gübrələri verilir.
Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda nəmlik ehtiyatı yaratmaq və 
alaqlarla mübarizə aparmaq üçün lazımi becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 
8-10 sm dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.
Səpin torpağın üst qatında gündəlik temperatur 15-16 
0
C olduqda aparılır. Bu may ayının 
əvvəlinə təsadüf edir. Küncütün səpini taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm) aparılır. 
Səpin norması hektara 5-8 kq olur. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bərabərdir. Səpindən 
sonra sahə kipləşdirilir və alaqlara qarşı mübarizə tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası 
becərmə aparılır. Suvarma iki dəfə gönçələmə və kütləvi çiçəkləmədən sonra aparılır. Suvarma 
norması hektara 800-1000 m
3
-dir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin