Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun yığımdan sonra işlənməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə276/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   272   273   274   275   276   277   278   279   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun yığımdan sonra işlənməsi 
Yığımdan sonra bir çox qarışıqlar – gövdə, səbətcik və 
yarpaq hissəcikləri olur. Bu qarışıqları toxuma nisbətən nəmli olduqlarına görə yığımdan sonra 
dərhal təmizləmək vacibdir. Təzə yığılmış toxumları 25-30 gün yığımdan sonra yetişmək üçün 
saxlayırlar. Bu prosesi sürətləndirmək üçün digər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-
10% qalana qədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 0,4 m hündürlüyündə yığılır. 
 
 
21.1.2. Küncüt
 
Əhəmiyyəti. 
Küncüt qədim mədəni yağlı bitkilərə mənsubdur.
 
Küncüt bitkisi tərkibindəki 
yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16-18% zülal və 18% 
karbohidratlar vardır. Küncüt yağı bitki yağları 
içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, 
öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. 
Soyuq üsulla alınmış yağ sarı rəngli iysizdir və əla 
tama malikdir. Yod ədədi 103-112-yə bərabərdir. 
Ondan konserv və qənnadı məmulatlarının 
hazırlanmasında, tibdə, sabun istehsalında istifadə 
olunur.
Toxumlarından konfet, şərq şirniyyatları və 
qabığı təmizlənmişlərdən sonra halva hazırlanır. 
Soyuq üsulla yağ alındıqdan sonra jmıxın tərkibində 
8% yağ və 40% zülal olur ki, bu da qənnadı 
sənayesində istifadəyə yararlıdır. İsti üsulla alınan 
jmıx heyvandarlıqda konsentratlı yemdir. Bir sentner 
jmıx 132 yem vahidinə bərabərdir. 
Küncüt yağı yanarkən, yağın isti üsulla emalı 
zamanı yaranan hisdən yüksək keyfiyyətli tuş 
hazırlanır. Küncüt toxumlarından şərq şirniyyatları 
və konfet hazırlanmasında, bulkaların üzərinə 
səpmək və s. istifadə olunur.
Onun vegetativ orqanlarından, çiçəklərindən 
alınan xüsusi maddədən ətriyyatda istifadə edilir. 
Küncütün vətəni Afrikadır. Orta Asiya 
ərazisinə küncüt qədimdən Hindistan ərazisindən 
keçib. Əsas küncüt becərən ölkələr Hindistan, Çin, 
Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan, 
Meksika və Amerikadır. Əkinləri Özbəkistan, 
Türkmənistan 
və 
Tacikistanda 
da 
çoxdur. 
Zaqafqaziya ərazisinə küncüt İrandan keçmişdir. 
Küncüt Avropa ölkələrində də becərilir. Dəmyə 
şəraitdə məhsuldarlığı hər hektardan 10-12 sentner, suvarılan ərazilərdə isə 18-20 sentnerdir. 
Yunan alimi (tarixçi) Ksenofont deyirdi ki, döyüşçülər özlərini qorumaq üçün bədənlərinə 
küncut yağı sürtürdülər. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin