299
Yarpaqlanması 48-60%-dir. Uzanmış vegetativ zoğlar daha artıq yarpaqlanırlar.
Hamaşçiçək – uzunluğu 35 sm-ə qədər olan iri yumşaq süpürgədir, çiçəkləyən zaman dağınıq
süpürgəlidir, yetişdikdə bir tərəfə əyiləndir. Süpürgədə 30-a qədər sünbülcük olur. Sünbülcükləri
beş, on çiçəklidir. Yalançı meyvə çiçək
pulcuğu ilə kip örtülüdür, tünd-qonuru rəngdədir. Çılpaq
meyvəsi tünd-darçını rənglidir. Toxumun 100 ədədinin kütləsi 2,4-4,3 qramdır. Toxumlar cücərmə
qabiliyyətini 4-5 il saxlayır.
Tonqalotu istiliyə az tələbkardır. Həyat qabiliyyətli cücərtiləri 4-5
0
C temperaturda alınır,
lakin toxumlar 20-30
0
C temperaturda daha yaxşı cücərirlər, 35-40
0
C
temperaturda cücərmə
dayanır. Yaz zoğlarının əmələ gəlməsi orta sutkalıq temperatur 6-7
0
C olduqda başlayır, payızda
torpağın temperaturu 4-5
0
C endikdə inkişafı dayanır. Qidalanma mühitində temperaturun 10-23
0
C
olması kökün daha yaxşı inkişafı üçün zəruridir.
Çiçəkləmənin başlaması üçün müsbət temperaturlar cəmi 800
0
C-dən az olmamalıdır.
Temperaturun 21-30
0
C və havanın nisbi rütubətinin 30-60% olması çiçəkləmə üçün əlverişli
şəraitdir.
Qılçıqsız tonqalotu şaxtaya davamlıdır. Qarsız qışda o, -40
0
C-yə qədər şaxtalara dözür.
Tonqalotunun cücərtiləri və cavan zoğları şaxtalara daha asan dözürlər. Cücərtilər temperaturun -5
0
C-yə enməsinə dözürlər, uzanmış bitkilər yazda -18
0
C-yə qədər şaxtalara dözürlər. Eyni zamanda
sünbülləmə və çiçəkləmə dövründə əhəmiyyətli dərəcədə daha
kiçik şaxtalar sünbülcük
pulcuqlarının və yarpaqların uc hissəsinin qurumasına səbəb olur. Payızda temperaturun aşağı
düşməsinə həssaslıq yenə də azalır. Tonqalotunun yüksək qışadavamlılığı kollanma düyününün
digər taxıl otları ilə müqayisədə daha dərində yerləşməsi ilə izah olunur.
Tonqalotu quraqlığa davamlı bitki hesab olunur. Ancaq
ilk dövrlərdə o nəmliyə çox
tələbkardır. Toxumun şişməsi və cücərməsi üçün öz kütləsinin 120%-i qədər nəmlik tələb olunur.
Daha çox tam cücərtilər alınması üçün torpağın nəmliyi tarla rütubət tutumunun 60% həddində
olmalıdır. Transpirasiya əmsalı 720-yə çatır.
Tonqalotunun mühüm bioloji xüsusiyyətlərindən biri də artıq nəmliyə yüksək davamlı
olmasıdır. O, yaz subasmalarına 30-45 gün dözür. İşıq sevən bitkidir, ona görə açıq sahələrdə yaxşı
bitir.
Tonqalotu müxtəlif torpaqlarda inkişaf
edə bilir, lakin kifayət qədər havalanması olan, gilli və
qumsal torpaqlarda, qara torpaqlarda, yumşaq çaybasar torpaqlarda, qurudulmuş torflu torpaqlarda
daha yüksək məhsul verir.
Dostları ilə paylaş: