Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə391/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   387   388   389   390   391   392   393   394   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın becərilməsi.
Kök sisteminin zəif inkişaf etməsi və səpin dərinliyinin cüzi olması ilə 
əlaqədar olaraq kətan torpağın becərilməsinə tələbkardır. Çox hallarda torpağın becərilməsi 
sələflərdən asılıdır. 
Kətan çoxillik alaqlardan sonra yerləşdirilərsə torpağın BDN-3, BDN-10 markalı ağır diskli 
malalarla iki istiqamətdə becərilməsinə başlanılır. Diskləmə payız şumunun qaldırılmasından 2-3 
həftə əvvəl aparılır. Payız şumu 22-25 sm dərinliyində ön kotancıqlı kotanla aparılır. 
Kətan əkinləri üçün dənli taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra onun ardınca torpağın 
üzlənməsi 5-6 sm dərinliyində LDQ-5A, LDQ-10A, LDQ-15A markalı diskli aqreqatlarla, yaxud 
PPL-5-25, PPL-10-25 markalı gavahınlı aqreqatlarla aparılır. Əgər torpaq sürünən ayrıqla 
zibillənibsə üzləmənin dərinliyi 10-12 sm-dən az olmamalıdır. Sürünən ayrığın toxumları və onun 
kökümsov gövdəsinin buğumaraları tez cücərir və növbəti şumlamada torpağın alt qatına düşərək 
məhv olurlar. 
Kətan kartofdan sonra yerləşdirildikdə, yığımdan dərhal sonra şum aparılıbsa, adətən əlavə 
şumun aparılmasına ehtiyac tələb olunmur.
Gillicəli və gilli torpaqlarda erkən yazda torpağın becərilməsi 5-6 sm dərinliyində pəncəli 
kultivatorla, eyni zamanda orta yaxud ağır dişli malalarla birlikdə malalamanın aparılması məsləhət 
görülür. Bu torpaqlara kultivatorla mineral gübrə verən zaman gübrənin basdırılma dərinliyi 10-12 
sm-dən az olmamalıdır. 
Erkən yaz becərmələrindən bir həftə sonra səpinqabağı becərmədə kultivasiya ilə malalamanın 
eyni vaxtda aparılmasıdır. Bu halda alaqlar daha tam cücərtilər verir və kətanın səpinindən əvvəl 
torpaq becərən alətlərlə məhv edilir. 
Torpağın səpinqabağı becərilməsində kətan əkinləri üçün kombinə edilmiş yumşaldıcı-
hamarlayıcı aqreqatlardan istifadə geniş tətbiq edilir. 
Səpinə yaxşı hazırlanmış torpaqlarda kətanın tarla cücərməsi 70-80% təşkil edir. 
Səpin üçün hazırlanmış kətan toxumlarının təmizliyi 97%-dən və cücərmə qabiliyyəti 85%-
dən aşağı olmamalıdır. Kətan toxumlarında alaq toxumlarının qarışığı 1 kq-da 180 ədəddən artıq 
olmamalıdır. 
Fuzarioz, antraknoz, pas və digər xəstəliklərlə mübarizə məqsədi ilə kətan toxumları kimyəvi 
preparatlarla səpinqabağı yaxud qabaqcadan (5 ay əvvəl) yarımquru üsulla (100 kq toxuma 1 litr su) 
dərmanlanır. Bununla toxumun nəmliyi 0,5% artır. Toxumların rütubətləndirilərək dərmanlanması 
üçün fenturam, fenturam-molibdenatın nəmləndirici tozundan müxtəlif yapışqanlı əlavələrlə 100 kq 
toxuma 300 qram istifadə olunur. 
Kətan toxumlarını dərmanlamamışdan öncə 4-5 gün ərzində isti havada beton meydançada 
qızdırmaq səmərəlidir. 5-6 sm qalınlığında sərilmiş toxum gündə bir neçə dəfə qarışdırılır. 
Kətanın səpininə torpaq yetişdikdə və 10 sm-lik qatda temperatur 7-8 
0
C olduqda erkən və 
qısa müddətdə (4-5 günə) başlanılır. Erkən səpinlərdə məhsuldarlıq artır və lifin keyfiyyəti 


333 
yaxşılaşır, eyni zamanda kətan bitkisinin göbələk xəstəlikləri və zərərvericilərlə zədələnməsi aşağı 
düşür.
Səpinlərin bir həftə gecikdirilməsi lif və toxum məhsulunu 10-20% aşağı sala bilər. 
Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür. Lakin yaxşı hazırlanmamış, 
nəmli və soyuq torpaqlarda səpinlərin hədsiz erkən aparılması kətanın məhsulunu gecikmiş 
əkinlərdə olduğu qədər aşağı salır.
Kətan üçün ən yaxşı səpin cərgəarası 7,5 sm olan darcərgəli üsuldur. 
Hektara optimal səpin norması 25-30 mln. ədəd cücərmə qabiliyyətli toxum hesab olunur. 
Səpin norması bölgədən, sortdan və səpinin təyinatından asılı olaraq müəyyən edilir.
Nəmişlik çox düşən illərdə yüksək səpin normasında bitkilər yata bilər, bu da ki, ilkin 
becərməni və məhsul yığımını çətinləşdirir. Eləcə də kasıb torpaqlarda sıx əkinlər təhlükəlidir, 
burada kətan alçaqboylu olur. Lakin güclü alaqlanmış, eləcə də ağır torpaqlarda, məhsul yığımı 
dövrünə az miqdarda bitki qaldığından, toxumun səpin normasını 10-15% artırmaq lazımdır. 
Toxumun ən yaxşı basdırılma dərinliyi ağır torpaqlarda 1,5-2 sm, yüngül torpaqlarda isə 2-2,5 
sm-dir. Nisbətən toxumun dərin səpilməsi cücərtilərin sıxlığını nəzərə çarpacaq dərəcədə aşağı salır 
və kətanın məhsulunu azaldır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin