Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


subsp. mediterranium Vav. et Ell



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə387/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   383   384   385   386   387   388   389   390   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

subsp. mediterranium Vav. et Ell.
Bitkisi alçaqboyludur (50 sm). 
Çiçəkləri, qutuları və toxumları iridir. 1000 ədəd toxumun kütləsi 10-13 qramdır. Aralıq dənizi 
ölkələrində becərilir. 
Aralıq yarımnövü

subsp. transitorum Ell.
Bitkisinin orta hündürlüyü (50-60 sm). Çiçəkləri, 
qutuları və toxumları orta irilikdədir. 1000 ədəd toxumun kütləsi 5-6 qramdır. Yağlı bitki kimi 
Ukraynanın cənubunda, Zaqafqaziyada, Qazağıstanda və Krımda yayılmışdır. 
Avrasiya
yarımnövü - 
subsp. eurasiticum Vav. et Ell. 
Hündürlüyünə və çiçəkləməsinə görə 
bitkisi müxtəlifdir.
 
Çiçəkləri, qutuları və toxumları xırdadır. 1000 ədəd toxumun kütləsi 3-5 
qramdır.
 
Ən geniş yayılmış və mədəni becərilən yarımnövdür. Avropa və Asiyada becərilir. 
Avrasiya yarımnövü dörd qrup növmüxtəlifliyinə bölünür. Onların içərisində daha çox 
əhəmiyyətə malik olanları aşağıdakılardır. 
Sıx səpinlərdə 
uzunlifli kətan
hündürboylu, birgövdəli olurlar, yalnız yuxarı hissəsi 
budaqlanandır. Onun yuxarı hissəsində çətirşəkilli salxım-qısa hamaşçiçək, içərisində toxum olan 
2-10 meyvə qutuları yerləşir. Əkinlərdə hərdənbir bitkilərdə 10 toxum qutusu əmələ gəlir. Gövdəsi 
açıq-yaşıl yaxud göyümtül-yaşıldır, ancaq yetişdikdə sarı-yaşıl rəng alır. Gövdəsi əsasından geniş 
və yuxarı hissəsində daralmış, uzanmış konus formasındadır. 
Yarpaqları lansetvari, oturaq, spiral şəkilli xətt boyunca növbə ilə yerləşən, nazik mum 
təbəqəsi ilə örtülü, yaşıl rənglidir. Onların uzunluğu 36-40 mm, eni 2-4 mm-dir, məhsul yetişən 
zaman məhv olurlar. 
Kənafın çiçəkləri düz, beşdilimli, adətən mavi, çəhrayı yaxud ağ ləçəklərdən ibarətdir. Mavi 
ləçəkli bitkilərin məhsuldarlığı daha artıqdır. Çiçəyin göy, sarı rəngli toz kisəsindən ibarət 
erkəkciyi beşdir.
Uzun lifli kətan öz-özünü tozlayan bitkidir, ancaq həşəratlar vasitəsilə, xüsusən bal arılarının 
hesabına çarpaz tozlanma qaçılmazdır.
Aydın isti günlərdə çiçəklər səhər saat 5-6 radələrində açılır və saat 9-11-ə çiçəyin ləçəkləri 
tökülür. Tutqun (buludlu) günlərdə çiçəkləmənin başlanması və qurtarması 1-2 saat gecikir. Bütün 
tarlada çiçəkləmə orta hesabla 6-10 gün davam edir.
Kətanın meyvəsi uzunluğu 6,1-8,3 mm, eni 5,7-6,8 mm-lik şarşəkilli qutucuqdan ibarətdir. 
Qutucuqlar beşyuvalıdır, hər yuvanın bölünməsi natamamdır, hər yuva öz sırasında tam ayrılmayan 
iki hissəyə bölünür. Hər hissədə bir ədəd, bütöv qozada 10 ədəd toxum olur. Yetişən zaman qozalar 
açılmadığı üçün toxumlar tökülmür. Lakin yetişdikdən sonra bitki kökü üzərində çox qaldıqda 
qutucuqlar açılır və toxum tökülür.
Toxumu yastı, yumurta formalı nəhayəti əyri, səthi hamar və parlaqdır. Sağlam toxumlar 
müxtəlif çalarlı darçını rəngdə olurlar. Toxumun 100 ədədinin kütləsi 2,8-6,0 qramdır.


329 
Uzun lifli kətan zəif inkişaf etmiş mil kök sisteminə malikdir. 80%-i əkin qatında yayılan kök 
kütləsi yerüstü hissənin 8-10%-ni təşkil edir. Kök kütləsinin 10-15%-i isə 20-40 sm-lik qatda 
yerləşir. Uzun lifli kətan mülayim isti və nəmli hava şəraiti olan rayonlarda becərilir. 
Qıvrım
 
(kudryaş) kətan
(

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin