332
götürüldükdə isə 15-17 kq azot, yaxud hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə
olunur.
Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olunmuş torpaqlarda 1:2:3
nisbətində, azotla yüksək dərəcədə təmin olunmuş torpaqlarda isə 1:3:4 nisbətdə verilir.
Azot gübrəsi kətan altına yazda, fosfor və kalium isə payızda şum altına yaxud şumdan dərhal
sonra verilir. Mütəhərrik fosfor və kaliumla
az təmin olunmuş torpaqlarda, eləcə də ağır rabitəli
torpaqlarda fosfor və kalium gübrələrini yaxşı olar ki, iki müddətdə: 50%-ni payızda şum qabağı,
50%-ni isə erkən yazda, torpağın səpinqabağı becərilməsindən əvvəl verilməsi daha yaxşıdır.
Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac göstərir. Bor tərkibli gübrələrin
yazda kultivasiya qabağı hektara 0,2-0,3 sentner verilməsi tövsiyə olunur.
Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə hektara 100
kq odun külü
verilməsi tövsiyə olunur.
Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yatmasının qarşısını almaq üçün
kətan altına bilavasitə peyin verilmir.
Dostları ilə paylaş: