Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Səpin müddəti, üsulu və norması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə398/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   394   395   396   397   398   399   400   401   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Səpin müddəti, üsulu və norması.
Səpin üçün təmizliyi 97%-dən az və cücərmə qabiliyyəti 
85%-dən aşağı olmayan iri toxumlardan istifadə olunur. Səpinqabağı toxumlar xəstəliklərə qarşı 
80%-li TMTD (100 kq toxuma 200 qram) ilə qabaqcadan dərmanlanır. 
Çətənə erkən müddətdə tez səpilən bitkilərlə eyni vaxtda yaxud onların arxasınca torpağın 10 
sm-lik qatında temperatur 8-10 
0
C olduqda səpilir. Erkən səpildikdə bitki zərərvericilər (
çətənə 
birəsi
) tərəfindən az zədələnir və alaq otlarının öhdəsindən yaxşı gəlir, məhsul 15-20 gün tez yığılır, 
gecikmiş əkinlərə nisbətən lifin məhsuldarlığı 25-30% və toxum məhsulu isə 10-15% yüksəlir. 
Səpin norması becərilmə məqsədi nəzərə alınmaqla müəyyənləşdirilir. Adi cərgəvi səpində 
birevli çətənədə hektara 4,0-4,5 mln. ədəd yəni 70-80 kq, ikievlidə müvafiq olaraq 5 mln. ədəd yəni 
90-100 kq cücərmə qabiliyyətli toxum götürülür.
Çətənə toxum məqsədi ilə istifadə edildikdə cərgə araları 45-70 sm olan gencərgəli üsul tətbiq 
edilir. I və II reproduksiyalı superelit toxumlardan istifadə etdikdə səpin norması hektara 12-15 kq, 
III reproduksiyalı isə 20-30 kq götürülür.
Toxumun basdırılma dərinliyi gillicəli torpaqlarda 3-4 sm, qumsal torpaqlarda 5-6 sm-dir.
Çətənə əkinlərində cərgələrin istiqaməti şimaldan cənuba doğru olmalıdır, belə ki, bu zaman 
bitkilərin işıqlanması vegetasiya dövründə qismən bir bərabərdə olur. 
Əkinlərə qulluq.
Birinci növbədə qulluq işləri malalamadan ibarətdir. Səpindən 4 gün sonra 
və cücərtilər alınan kimi dərhal əmələ gəlmiş torpaq qaysağını dağıtmaq və alaq otlarının 
cücərtilərini məhv etmək üçün cərgələrin köndələninə mala çəkilir.
Gencərgəli əkinlərdə 3 dəfə cərgəarası becərmələr: 1-ci 5-6 sm, 2-ci 7-8 sm və 3-cü 5 sm 
dərinliyində aparılır. 
Cərgəarası becərmələr birinci cüt yarpaqlar əmələ gəldikdə başlanır və beşinci cüt yarpaqlar 
əmələ gəldikdə isə dayandırılır. 


338 
Toxumluq çətənə əkinlərində birillik taxıllara və ikiləpəli alaqlara qarşı hektara 4 kq hesabı ilə 
tillam
herbisidi tətbiq olunur. 
Zərərvericilərə qarşı hektara 1,5-2,0 kq 80%-li xlorofos, 1,5 kq 20%-li metafos və digər 
preparatlar çilənir.
Gövdə kəpənəklərinə qarşı bioloji mübarizə tədbiri zərərvericinin yumurta qoyduğu vaxtda 
hektara 75-100 min ədəd trixoqramma buraxılmasıdır. Bundan əlaə vegetasiya müddətində 
aqrotexniki mübarizə tədbirlərinə düzgün əməl edilməsidir. Eyni zamanda əkinlərin keçən ilki 
sahələrdən 2 km aralıda yerləşdirilməsi zəruridir. 
Çətənənin suvarılması hər bir bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq aparılır. Birinci 
suvarma bitkinin boyu 20-25 sm, ikinci çiçəkləmənin başlanğıcında, üçüncü isə toxum dolmağa 
başladıqda həyata keçirilir. Suvarma norması hektara 1800-3500 m
3
-dir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin