Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə401/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   397   398   399   400   401   402   403   404   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Tütün badımcançiçəklilər 
Solanaceae 
fəsiləsindən olan
Nicotiana tabacum 
– birillik bitkidir. 
Kök sistemi milşəkillidir. Torpağın 1-3 metr dərinliyinə işləyir. Əkin qatında qüvvəli 
şaxələnərək saçaqlı kök sistemi formasını alır. 
Gövdəsi 1,2–3,0 m. hündürlüyündə olmaqla enkəsiyi dairəvi, yaxud qabırğalıdır. Gövdə 
yalnız yuxarı hissədə budaqlanır. Tez oduncaqlaşandır, sərt olduğu üçün yerə yatmır. Yarpaqları 
saplaqlı və oturaqdır. Ayasının uzunluğu 10-50 sm, eni 8-30 sm-ə qədərdir. Gövdənin orta 
hissəsində yerləşən tipik yarpaqlar oval, dairəvi, oval-ürəkvarı və ellips formalıdır. Bir bitkidə 12-
50-ə qədər yarpaq əmələ gəlir, lakin hamısı yetişmir. 
Çiçəkləri gövdənin nəhayətində süpürgədə toplanır. Çiçək kasası badə formalı uzunsovdur. 
Çiçəyin tacı bir-birinə birləşmiş beş ləçəkdən ibarət olmaqla uzun borulu qıfa bənzəyir. Erkəkciyi 
beşdir. Dişiciyinin yumurtalığı ikiyuvalı, ağızcığı ikidilimlidir. Öz-özünü tozlayan bitkidir. 
Şəkil 55. Narkotik bitkilər: 1 – tütün, 2 – tənbəki 


340 
Meyvəsi oval formalı, sivri yaxud küt nəhayətli, ikiyuvalı və çox toxumlu qozadır. Toxumları 
xırda, tünd qəhvəyi rəngli, oval formalı, səthi torlu, mikropile hissəsi azacıq əyridir. Mütləq kütləsi 
35-100 mq-dır. 
Bioloji xüsusiyyətləri. 
Tütün istilik sevən bitkidir, onun toxumu 10-12 
0
C temperaturda 
cücərməyə başlayır. Əlverişli temperatur 25-30 
0
C-dir. 35 
0
C-dən yuxarı temperaturda tütünün 
inkişafı dayanır. Vegetasiya dövründə faydalı temperaturun cəmi 3200 
0
C-dir. Cavan bitkilər -2-3 
0
C-də məhv olurlar. Açıq sahələrdə şitil yetişdirmək üçün örtük (plyonka) altında 40-50 gün vaxt 
lazımdır. Kök bağladığı dövrdə tütün bitkisi daha çox istilik tələb edir. Bu dövrdə istiliyin 
normadan aşağı olması şitillərin boy atmasına mənfi təsir edir və tez xəstələnməsinə səbəb olur. 
Payızın aşağı temperaturuna tütün yaxşı reaksiya göstərir.
Tütün üçün tarla rütubət tutumu 65-80%-dir. Nəmliyə daha çox tələbat şitilləri sahəyə 
köçürdükdə və yarpaq əmələ gələrək inkişaf etdikdə başlayır və yarpaqların yetişməsi dövrünə 
qədər davam edir. Sahəyə yeni köçürülmüş şitillər nəmlik çatışmadıqda zəifləyir yaxud tamamilə 
məhv olurlar. Nəmlik çatışmadıqda bitkinin boy atması ləngiyir, yarpaqlar xırda və qalın olur, 
çiçəkləməni gecikdirir, tez yetişir və məhsulun keyfiyyəti aşağı olur. Yarpaqların texniki yetişməsi 
dövründə və dərim (yığım) başlandıqda su sərfi bir qədər çoxalır. Rütubət az olduqda yarpaqlarda 
ətirli maddələrin miqdarı çoxalır. Nəmlik lap az olduqda yarpaqda zülal maddələri artdığına görə 
onun ətirliliyi və çəkim keyfiyyəti aşağı düşür. Lazımi qədər nəmliyi olan torpağa əkilmiş bitki tez 
kök atıb möhkəmləndikdən sonra gələcəkdə baş verən quraqlıq ona o qədər də təsir göstərmir
əlverişli şərait yarandıqda öz inkişafını davam etdirir. Nəmlik artıq olduqda tütünün çəkimi boş olur 
və ətri azalır. Nəmlik torpaqda uzun müddət davam etdikdə bitkilər islanıb çürüyür, göbələk 
xəstəliklərinə tutulur və qidalanma rejimi pozulur. Transpirasiya əmsalı 500-600-ə qədərdir.
İşıqsevən bitkidir, işıq çatmadıqda inkişaf gecikir və məhsulun keyfiyyəti pisləşir. 
Tütün üçın qranulometrik tərkibi yüngül, humusun miqdarı o qədər də çox olmayan strukturlu 
torpaqlar yararlıdır. 
Xlorlu, kalsium və natriumlu birləşmələr tütünün yanmasını zəiflədir. Tütünü ağır gillicəli və 
şoran torpaqlarda becərmək məsləhət görülmür.
Tütünün becərilməsi iki dövrdə: 1-ci şitillərin ləklərdə, istixanalarda yetişdirilməsi, 2-ci 
şitillərin tarlada (iyuldan) becərilməsi.
Şitillərin formalaşaraq 5-6 yarpaq əmələ gətirməsi 45-50 gün çəkir. Tarlaya köçürülən 
şitillərin texniki yetişkənliyi 80-120 gün davam edir. Tarlaya köçürdükdən 10-15 gün sonra 
şitillərin kökləri güclənməyə başlayır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin