Məhsulun yığılması. Çətənənin ikievli sortları kütləvi çiçəkləmə (poskon – nazik lifli kəndir)
dövrünün əvvəlində, birevli sortlarda ayrı-ayrı əksər bitkilərin toxumlarının yetişməsinin
başlanğıcında yığılır. Süpürgədə toxumların 75%-i yetişdikdə çətənənin bir başa kombaynla
yığılması məsləhət görülür.
Toxumların yetişməsini təyin etmək üçün sahənin müxtəlif yerlərindən yetişmə dərəcəsinə
görə 5 tipik bitki seçilir, sonra isə toxum ayrılır, yetişən və yetişməyən toxumlar sayılır.
Çətənə əkinlərində yarpaq sıxlığını azaltmaq üçün yığımdan 6-10 gün əvvəl maqnezium xlorat
çiləməklə defolyasiya tətbiq edilir. Hektara 200 litr suda həll edilmiş 16 kq 60%-li preparat optimal
doza hesab olunur. Defoliyasiyadan sonra yığım aparan maşının məhsuldarlığı 20-30% artır,
dərzlərin quruması tezləşir və məhsulun (lifi ayırmaq üçün) isladılması 40% aşağı enir.
Ətraf toxumalarla birlikdə lif qatı və lif dəstələrinə yapışmış pektin maddələrini parçalamaq
üçün təsərrüfatlarda çətənə gövdələri isladılır. Xüsusi hazırlanmış islatma yerlərində 1 m
3
-ə 60 kq
küləş yüklənir. İsladılmış çətənə gövdələri (kettan) bununla orta hesabla 20% təşkil edir. İsladılma
işi nisbətən zəhmət tələb edir, iş natamam görüldükdə kif göbələyi inkişaf edir. Bunun üçün orada
temperaturun 15-20
0
C, nisbi rütubətin isə 60% olması zəruridir.
Qurudulmuş kettan (çətənə gövdəsi) yetişmək üçün 6-8 saat müddətində yerdə qalmalıdır ki,
liflər elastiki olsun və əzilən zaman qırılmasın. 13-14% nəmliyə qədər qurudulmuş çətənə gövdəsi
yüklənərək emal sexlərinə göndərilir. Qurudulmuş çətənə gövdəsinin lif çıxımı 27-28%, o cümlədən
uzun liflərin miqdarı 13,5-14,5% və daha artıq təşkil edir.
Tapşırıq və yoxlama sualları – 23 1.
Azərbaycanda və dünyada hansı lifli bitkilər becərilir?
2.
Çiyidli pambıq nədir?
3.
Pambığın toxumundan (çiyid) hansı məhsul alınır?
4.
Pambığın əsas növlərini göstərin.
5.
Lifin uzunluğu necə ölçülür?
6.
Modal uzunluq, ştapel uzunluğu, qırılma ağırlığı, qırılma uzunluğu, lifin qıvrılması, lifin
yetişkənliyi, lif çıxımı kimi anlayışlar nə deməkdir?
7.
Pambığın bioloji xüsusiyyətləri və aqrotexnikası barədə danışın.
8.
Kətanın müxtəlif növmüxtəliflikləri necə istifadə olunur?
9.
Kətanın nə kimi bioloji xüsusiyyətləri var?
10.
Kətanın boy və inkişaf fazalarını sadalayın.
11.
Kətanın ilkin emalının mahiyyəti nədən ibarətdir?
12.
Adi çətənənin bioloji xüsusiyyətlərini göstərin.
13.
Çətənənin torpaq münbitliyinə tələbatı necədir?
14.
Çətənənin aqrotexnikası barədə danışın.