344
başlayan zaman yığılır. Yetişmiş yarpaqlar özünə məxsus iy verir. Yığım gecikdirilən zaman
tənbəki yarpaqları payız şaxtasından zədələnə bilər.
Yetişmiş tənbəkinin daha tez quruması üçün yığıma 3-4 gün qalmışa qədər onun gövdəsini
yuxarıdan aşağıya doğru ən aşağı hissəsini 5-6 sm uzunluğunda saxlamaqla bitkinin yatmaması
üçün kəsilir. Qat-qat yığılma qurutma dövrünü 10-12 gün qısaldır və quru maddə itkisini azaldır.
Tənbəki günəşli quru havada yığılır. Onu kötük saxlamadan dibdən kəsirlər. Kəsilmiş bitkilər
soluxmaya qədər, yəni yarpaqları yumşalıb və əyən zaman qırılmayana qədər tarlada saxlanılır.
Tənbəki tarladan quruducu yerlərə daşınır 30-40
0
C temperaturda 20-24 saat müddətinə
qurudulur. Yumşaltmaq üçün tənbəki qalağı eni qıraqdan
iki bitki uzunluğu qədər, və 50-70 sm
hündürlüyündə yığılır. Yumşaltmadan sonra tənbəki 25-30 gün yaxşı havalanma gedən yerlərdə
standart nəmliyə, 35%-ə qədər qurudulur və tədarük məntəqəsinə təhvil verilir.
Dostları ilə paylaş: