Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə405/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   401   402   403   404   405   406   407   408   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsul yığımı və qurutma. 
Yarpaqların yetişməsi eyni vaxtda baş vermir. Əvvəlcə ən yaşlı 
yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir. Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfəyə 
dərilir. Hər dərəndə bir bitkidən 3-7 yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində 
çeşidlənərək 5-6 metrlik iplərdən asılaraq qurudulur. 
Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən qurudulduqda 
nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların keyfiyyətinə mənfi təsir göstərən zülali 
maddələr azalır, xlorofilin parçalanması nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli 
məhsul alınmasında başlıca şərtdir.
İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və nəmləndirilib 
kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatdırılır. 
Yarpaqların saralması 32-35

C temperaturda 80-85% nisbi rütubətdə aparılır. Texniki 
yetişkən yarpaqlar üçün bu müddət 36-48 saat (40-45 
0
), yetişməmiş yarpaqlar üçün isə 60 saatdır. 
Yarpağın zoğu və saplağı 50-55 
0
C–də quruyur. 
Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla qurudulmuş 
yarpaqların 95%-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən yuxarı olmamalıdır. 
 
24.2. Tənbəki 
Tənbəki (maxorka) xırdalanaraq çəkmək (doğranma), çeynəmək və iyləmək materialı almaq 
üçün becərilir. Bu bitkinin quru yarpaqlarında 5-15% nikotin və 15-20% üzvi turşular, o cümlədən 
10% və daha çox limon turşusu vardır. Tənbəkinin budaqlarında göstərilən maddələrin miqdarı bir 
qədər azdır. Tənbəki xammalının əhəmiyyətli hissəsi nikotin turşusu (PP vitamini) və limon turşusu 
alınması üçün sərf olunur. Tənbəki toxumundan boyaq, lak və sabun istehsalında tətbiq edilən, piyli 
yağ (35-40%) alınır.
Botaniki təsviri. 
Tənbəki (
Nicotiana rustica L.
)
 
badımcançiçəklilər fəsiləsinin (Solanaceac) 
birillik bitkisidir.
Tənbəkinin kökü güclü inkişaf etmiş, milşəkillidir torpağın 1,5 m-ə qədər dərinliyinə işləyir. 
Əsas kök kütləsi 30-40 sm dərinlikdə yerləşir. Gövdəsi dikdayanan, qabırğalı, içərisi yumşaq 
özəklə dolu, hündürlüyü 1,2 metrə yaxındır. 
Yarpaqları iri ayalı və saplaqlıdır. Yarpaq ayası 10-30 sm uzunluğunda ürəkşəkilli yaxud 
yumurtavaridir, səthi qırış-qırış, açıq-yaşıl yaxud sarımtıl-yaşıl rənglidir. Bir bitkinin gövdəsində 
12-20 ədədə qədər yarpaq əmələ gəlir. Gövdə və yarpaqları güclü spesifik qoxu verən qısa başcıqlı 
tükcüklərlə örtülüdür.
Çiçəkləri nisbətən iri, sıx və yığcam süpürgədə toplanır. Çiçəyinin tacı badə formalı yaşıl 
yaxud sarımtıl-yaşıl rəngli ikcinslidir. Öz-özünü tozlayan bitkidir. Həşəratlar vasitəsi ilə çarpaz 
tozlanma da gedir. Meyvəsi 0,7-1,6 sm uzunluğunda, ellipsvari və yumurtavarı, yarımkürə formalı 
qozadır. Toxumları darçını-sarı rəngli xırdadır. 1000 ədəd toxumun kütləsi 2,5-5,0 qramdır.


343 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin