Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə86/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   82   83   84   85   86   87   88   89   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Boruya çıxma fazası. 
Gövdənin buğumları əgər məhsuldar gövdədirsə, hətta çiçək qrupunun 
bünövrəsi də bitkinin kollanma fazasında əmələ gəlir. Lakin, bu zaman buğumlar arası, çiçək qrupu 


99 
isə xırda olduğu üçün adi gözlə seçilmir. Yarovizasiya mərhələsindən işıq mərhələsinə keçdikdən 
sonra bitkinin böyüməsi sürətlənir. Bu dövrdə bitki nəmlik və qida elementlərinə daha çox tələbat 
göstərir ona görə ki, generativ orqanların əsası qoyulur və boy artımı güclənməyə başlayır. Boruya 
çıxma fazasında assimilyasiyanın intensivliyi artır. Boruya çıxma fazası dövründə yarpaq səthi artır, 
sünbülləmə yaxud çiçəkləmə fazasında maksimum həddə çatır.
Çiçək qrupu gövdənin axırıncı buğumuna birləşən yarpaq qınının içərisi ilə yuxarıya doğru 
hərəkət etdiyi üçün bu dövr borlulaşma, yaxud gövdələşmə (
boruya
çıxma)
fazası adlanır. Bu 
fazanın başlanğıcında kollanma buğumunun üstündən gövdənin aşağı buğumaraları böyüməyə 
başlayır. Birinci buğumarası 10-15 günə böyüyür və böyümənin sürəti 5-7-ci günə qədər daha 
intensiv olur. Hər bir buğumarası özünün aşağı hissəsindən böyüyür. Ona görə də aşağı hissə gec 
bərkiyir. Bu tip böyümə interkalyar böyümə adlanır. Buna görə də yatmış gövdələr sonradan qalxır. 
Gövdənin böyüməsi çiçəklənmənin sonunda dayanır. Getdikcə böyümənin sürəti artdığına görə 
yuxarıdakı buğumaraları uzunluğuna görə aşağıdakıları ötür. Boruya çıxma fazasını təyin etməkdən 
ötrü, şişkinləşmiş gövdə əllə yoxlanılır və yaxud dəqiq təyin etmək üçün kollanma buğumunun 
uzununa kəsiyinə lupa altında baxılır. Bu fazada bütün orqanlar formalaşır. Dənli taxıl bitkilərinin 
normal inkişaf etmiş əkinlərində bu fazada yarpaq səthi hektarda 30-40 m
2
-ə çatır, bütün vegetasiya 
ərzində ümumi kütlənin quru maddəsinin 50-60%-ə qədəri də bu dövrdə toplanır. Bu faza kök 
sisteminin intensiv inkişafı ilə xarakterizə olunur, fazanın sonunda kökün dərinliyə işləməsi 1,5-2,5 
m-ə çata bilər. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin