Kollanma fazası. Bu zaman gövdənin (yeraltı) torpaqda qalan buğumlarından yan köklər
(
buğum kökləri), budaqlanması hesabına isə cavan zoğlar (
gövdələr) əmələ gəlir. Bu zoğlar torpağın
səthinə çıxır və əsas gövdə kimi boy atır.
Gövdənin torpaqaltı buğumundan yeni zoğların və ikinci dərəcəli köklərin əmələ gəlməsi
kollanma fazasının başlanğıcı hesab edilir. Kollanma buğumu çox zaman 1-3 sm dərinlikdə yerləşir.
Ümumiyyətlə bitkinin torpaq altında budaqlanmasına taxılların
kollanma fazası, cavan zoğ və yan
köklər əmələ gətirən buğuma
kollanma buğumu deyilir. Bitkinin həyatında kollanma buğumu
mühüm əhəmiyyət kəsb edir. Bir bitkidə əmələ gələn gövdələrin cəminə
ümumi kollanma, onlardan məhsul verənlərin cəminə isə
məhsuldar kollanma deyilir. Kollanma əmsalı kök
sisteminin güclü və ya zəif olması, bitkilərin şaxtalara, quraqlığa davamlı olması və kollanma
buğumu ilə əlaqədardır. Onun zədələnməsi (kol. buğumu.) bitkinin boyunun zəifləməsi və məhv
olması deməkdir. Buğumun torpaqda yerləşmə dərinliyi bitki sıxlığından, torpağın mexaniki
tərkibindən, nəmliyindən, sort xüsusiyyətlərindən və s. asılıdır. Yan budaqların əmələ gəlməsi ilə
yanaşı əsasən torpağın üst qatında yerləşən ikinci mənşəli kök sistemi formalaşır.
Kollanmanın intensivliyi dənli taxıl bitkilərinin növ və sort xüsusiyyətindən, yetişdirilmə
şəraitindən asılıdır. Əlverişli şəraitdə (torpağın optimal nəmlik və temperaturunda) kollanma dövrü
uzanır, zoğların miqdarı isə artır.
Ağır torpaqlarda kollanma buğumu dayazda yerləşir. Adi halda payızlıq bitkilər 3-6, yazlıqlar
isə 2-3 zoğ əmələ gətirirlər.
Bir bitkidə əmələ gələn yan gövdələrin sayına
kollanma əmsalı deyilir.
Adətən payızlıqlarda bir bitkidə 5-6, yazlıqlarda isə 15-25 gövdə əmələ gəlir. Əmələ gəlmiş
ümumi gövdələrin bir hissəsi böyüyüb tam inkişaf edir və dən verir. Bunlar məhsuldar gövdələr
hesab edilir. Tam inkişaf etməyib dən məhsulu verməyənlər isə qeyri məhsuldar kollar adlanır.
Məhsuldar kollanma əmsalı bitkinin kollanma enerjisindən asılıdır. Mülayim hava, normal
işıqlanma, qidalanma və normal nəmlik şəraitində bitkilərdə məhsuldar kolların miqdarı çox olur.
Gec səpinlər, havaların quraq keçməsi, düzgün becərmə sisteminin təşkil olunması kollanma
enerjisini azaldır.
Kollanma 5
0
C temperaturda başlayır. Ancaq, ən yaxşı əlverişli şərait 12-15
0
C sayılır. Daha
yüksək temperaturda kollanma dövrü tez başa çatır, zoğlar isə az əmələ gəlir.
Torpağın optimal temperaturu və nəmliyində vaxtlı-vaxtında səpilmiş payızlıq çovdarın
kollanması əsasən payızda, payızlıq buğdanınkı isə payız və yazda gedir. Hər bir bitki bir ədəddən
bir keçə ədədə qədər məhsuldar gövdə əmələ gətirə bilər, payızlıq taxıllarda o adətən 3-6 ədəd,
arpada və vələmirdə 2-3, yazlıq buğdada 1, nadir hallarda 2 ədəd olur. Məhsuldar kollanma nə
qədər yüksək olarsa, bitkinin dən çıxımı da o qədər çox olar, lakin vahid sahədən daha çox məhsul
cüzi kollanma və optimal bitki sıxlığı şəraitində əldə edilir.
Ədəbiyyatlarda dənli taxıl bitkilərinin kollanmasının əhəmiyyəti barədə vahid fikir yoxdur. P.
N. Konstantinov, A. İ. Nosatovskiy, P. P. Lukyanenko və digər tədqiqatçılar xüsusən quraq
rayonlarda kollanmaya arzuedilməz bir hal kimi baxırlar. Onlar hesab edirlər ki, ikinci gövdənin
əmələ gəlməsinə çoxlu su və qida maddələri sərf olunur, nəticədə əsas gövdənin təmin edilməsi
pisləşir. Bu alimlər hesab edirlər ki, quraqlıq rayonlar üçün daha yaxşı tip 1-2 gövdəli yazlıq
bitkilərdir.
Digər tədqiqatçılar – V. R. Vilyams, V. E. Pisarev, S. A. Muravyov, Y. V. Qubanov və
başqaları hesab edirlər ki, yaxşı kollanma sayəsində dənin formalaşması üçün yarpaq səthində çoxlu
miqdarda üzvi maddə toplanır. Əlverişli şəraitdə yan gövdələr 30-50%, seyrək səpinlərdə 60-70%-ə
qədər dən məhsulu verirlər. Lakin güclü kollanma xüsusən rütubətli bölgələrdə bitkinin yatmasına,
məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.
Sıx əkinlər daha çox yatırlar, bitkinin fotosintetik fəaliyyəti aşağı düşür, dənin dolması
pisləşir və yığım zamanı məhsul itkisi artır. Dənli taxıl bitkiləri üçün 1m
2
-də məhsuldar gövdələrin
optimal miqdarı 500-600 ədəd olduqda məhsuldarlıq hektardan 4-5 tona çatır.