Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə102/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   98   99   100   101   102   103   104   105   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

baytanın
tətbiqi bütün payız dövründə 
taxılları unlu şeh və pas xəstəliyindən mühafizə edir. Sistem preparatlardan olan baytan, vitovaks və 
fundazol səpinə ən azı bir ay qalmış tətbiq olunmalıdır.
Buğda toxumunun səpindən əvvəl TUR preparatı ilə işlənməsi də yaxşı nəticə verir. Bunun 
üçün səpinə 3-5 gün qalmış 15 litr suya 5 kq tur preparatı qarışdırılaraq 1 ton toxuma çilənməlidir. 
Turla işlənmiş toxum səpdikdə buğdanın kollanma düyünü dərində yerləşir, kök sistemi güclü 
inkişaf edir. Turla işlənmiş toxum nəm torpağa səpilməlidir və ya sahə dərhal suvarılmalıdır.
Payızlıq buğdadan yüksək məhsul almaq üçün səpindən əvvəl toxumların bakterial gübrələrlə 
və mikroelementlərlə işlənməsi də yaxşı nəticə verir.
Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi. 
Payızlıq buğdanın 
kifayət qədər nəmliyi olan torpağa vaxtında səpilməsi çıxışların eyni bərabərdə alınmasını, kök 
sisteminin güclü inkişaf etməsini, normal kollanmanı və bitkinin yaxşı möhkəmlənməsini təmin 
edir.
Payızlıq buğda sahəsinin səpindən əvvəl suvarılmasına arat, səpindən sonra suvarılmasına isə 
səpsuvar deyilir. Bu suvarmaların hər ikisi cücərti alınana qədər aparıldığı üçün vegetasiya 
suvarmalarına aid edilmir.
Arat ağır qranulometrik tərkibə malik olan torpaqlarda daha yaxşı nəticə verir. Aratı aparmaq 
üçün bir-birindən 60-70 sm aralı şırımlar açılmalı və suvarma şırım üsulu ilə aparılmalıdır. Suvarma 
cərgə araları qaralana qədər davam etdirilməlidir. Suvarma norması torpağın qranulometrik 


115 
tərkibindən və nəmlik dərəcəsindən asılı olaraq 1200-1500 m
3
/ha götürülə bilər. Ağır torpaqlarda 
arat sentyabrın, yüngül torpaqlarda isə oktyabrın birinci ongünlüyündə başa çatmalıdır. Aratdan 
sonra sahə yetişdikcə malalanmalı və toxum basdırılan dərinlikdən çox olmayaraq başdan-başa 
becərən herik kultivatoru ilə becərilməlidir.
Əgər torpaq yüngül qranulometrik tərkibə malikdirsə, qumsaldırsa, şum qatı nazik və alt 
hissəsi daşlıdırsa suyu özündən tez keçirib aşağı qata salır. Buna görə də bu cür torpaqlarda 
səpsuvar aparılır. Taxıl səpilən kimi sahə suvarılmalıdır. Səpsuvar aratda olduğu kimi şırım üsulu 
ilə aparılmalıdır. Səpsuvar üçün hektara 800-900 m
3
su sərfi yaxşı normadır.
Yüksək məhsulun əldə edilməsi toxumun keyfiyyətindən çox asılıdır. İri toxumlardan alınmış 
bitkilər kollanma buğumunu (düyün) daha dərində əmələ gətirirlər və bu bitkilər qışa davamlı 
olurlar. İri toxumlardan alınmış bitkilər daha güclü kök sistemi əmələ gətirirlər, tez inkişaf edirlər, 
nisbətən quraqlığa dözürlər, xəstəliyə əhəmiyyətli dərəcədə az tutulurlar və yüksək məhsul verirlər. 
Məs:
mütləq kütləsi 45 qram olan Qılçıqsız-1 buğda sortu hektardan 50 sentner dən məhsulu 
verdiyi halda, 47 qr-lıq isə 54 sentner vermişdir. 
Toxumun keyfiyyəti onun tərkibindəki zülalın miqdarından da çox asılıdır. Toxumun 
cücərməsi və vegetativ kütlənin inkişafı, generativ orqanların əmələ gəlməsi zülalın miqdarından 
asılıdır. 
Məs: 
suvarılan bölgələrdə dənin tərkibində 18% zülal olan payızlıq buğda əkinlərində 
məhsuldarlıq hektardan 36,5 sentner olduğu halda, dəndə zülal 15% olduqda məhsuldarlıq 28,5 
sentner olmuşdur. 
Payızlıq buğda elə bir müddətdə səpilməlidir ki, qışlamaya qədər bitki 3-4 gövdə əmələ 
gətirmiş olsun. Bu halda bitkinin yarpaq, gövdə və kollanma buğumunda kifayət qədər üzvi 
maddələr toplanır və onların kök sistemi güclü inkişaf edir. Belə bitkilər qışın əlverişsiz şəraitinə 
davamlı olurlar. Eyni zamanda pas xəstəliklərinə və həşəratlara qarşı da dözümlü olurlar. Bunun 
üçün payızlıq buğdanı elə müddətdə səpmək lazımdır ki, qışlamaya qədər 3-4 gövdə əmələ gətirmiş 
olsun və payız vegetasiyası 50-55 günə (yarovizasiya) çatsın. Bu müddətdə faydalı temperaturun 
miqdarı 550-580 
0
C-yə bərabər olur. Səpinin ən yaxşı müddəti orta gündəlik temperatur 14-17 
0
C-
dir. Həm tez və həm də gecikmiş səpinlərdə bitkilər az məhsuldar olurlar. 
Hər bir fermer təsərrüfatında səpin müddəti meteoroloji şəraitdən, torpaq tipindən, 
sələflərdən, sortun xüsusiyyətləri və digər faktorlardan asılı olaraq dəyişə bilər. Səpinin 3-5 gün 
müddətində başa çatdırılması zəruridir. 
Payızlıq buğdanın məhsuldarlığı səpin müddətinin düzgün təyin edilməsindən çox asılıdır. 
Səpin elə bir müddətdə aparılmalıdır ki, qış şaxtaları düşənə qədər ümumi kollanma 4-5-ə (hər 
kolda 4-5 budaq) bərabər olsun. Respublikanın ayrı-ayrı bölgələrində payızlıq buğda üçün aşağıdakı 
optimal səpin müddəti müəyyən edilmişdir:
-
aran suvarma bölgələrində oktyabrın əvvəllərindən oktyabrın 25-dək, həmin bölgədə 
nəmliklə təmin olunmuş dəmyə şəraitdə oktyabrın 20-dək; 
-
dağətəyi bölgənin rütubətlə təmin olunmayan dəmyə rayonlarında sentyabrın 20-dən 
oktyabrın 10-na qədər; 
- dağlıq bölgədə avqustun 20-dən sentyabrın 10-na qədər. 
Payızlıq dənli bitkilərin toxumu əsasən üç üsulla səpilir: Adi cərgəvi (cərgəarası 15 sm), 
darcərgəli (cərgəarası 7,5 sm) və çarpaz. Ən əlverişli səpin üsulu darcərgəli üsuldur. Bu üsulla səpin 
apardıqda hektarda olan cərgələrin sayı adi cərgəvi üsula nisbətən 2 dəfə artır, cərgədə olan 
bitkilərarası məsafə də müvafiq olaraq artır. Beləliklə, toxumlar torpağa bərabər səpilir. Belə 
olduqda bitkilər su, qida maddələri və günəş işığından daha səmərəli istifadə edir.
Payızlıq buğdanın müasir texnologiya ilə becərilməsi zamanı səpin daima texnoloji cığır 
qoymaqla aparılır. Səpin üçün DT-75, T-74, MTZ-80/82 traktorlarına asılan SZ-3,6 yaxud SZP-3,6 
tipli traktordan asılan səpici aqreqatlardan istifadə edilir. Daimi texnoloji 1800 mm-lik cığır 
qoymaq üçün traktora qoşulmuş səpən aqreqatın 6 -7 və 18 - 19-cu, 1400 mm-lik aqreqatın isə 7-8 
və 17-18-ci səpən aparatları bağlanılır. Bu halda hər 10,8 metrdən bir 450 mm enində iki ədəd 
səpilməyən cığır alınır. Səpindən sonra məhsul yığımına qədər bütün vasitələr (gübrə, pestisidlər, 


116 
retardant və s.) tətbiq edilərkən traktor və aqreqatın təkəri bu cığırla hərəkət etdiyindən bitkini 
ayaqlamır.
Payızlıq buğdanın toxumlarının səpin norması iki üsulla müəyyənləşdirilir: Birinci kütlə 
üsulu, ikinci vahid sahədə sortun bioloji xüsusiyyətlərindən asılı olaraq cücərən toxumun sayı üsulu 
ilə.
Kütlə üsulu ilə səpin normasının təyinində bəzi çatışmayan cəhətlər vardır. Belə ki, bu üsulla 
səpin normasını təyin etdikdə sortun bioloji xüsusiyyətini tam nəzərə almaq mümkün olmur. Kütlə 
üsulunda toxumlar iri olduqda hektara sayca az, xırda olduqda isə çox toxum səpilir, bitkilərin 
sahədə seyrək və ya çox sıx yerləşməsinə səbəb olur. Bu da məhsuldarlığa mənfi təsir göstərir. 
Səpində cərgələrin istiqaməti də böyük əhəmiyyət kəsb edir. Relyefə uyğun olaraq, yaxşı olar 
ki, cərgələr şimaldan cənuba doğru olsun. Belə halda bitkilər səhər və axşam qiymətli günəş 
şüalarından yaxşı istifadə edirlər. Günorta çağı bitkilər qızmaqdan az əziyyət çəkirlər və nəticədə 
məhsuldarlıq hektardan 2-3 sentnerə qədər artır. 
Payızda güclü inkişaf etmiş bitkilər (təbii şəraitdən asılı olaraq) gövdənin üçdə biri qədər 
hündürlükdən biçilir. Biçilmiş yaşıl kütləni sahədən tez çıxarmaq lazımdır ki, bitkilərin üzərində kif 
göbələyi əmələ gəlməsin. Biçilmiş kütləni vaxtında çıxardıqda qışın soyuqlarına qədər bitki 
möhkəmlənir. Mal-qaranın belə tarlalarda otarılması qadağandır. 
Payızın sonunda buğda əkinlərini kök çürüməsinə qarşı hektara 3-5 kq hesabı ilə fundazolla 
işləmək mümkündür.
Son illər respublikamızın qabaqcıl fermer təsərrüfatlarında payızlıq buğdanın səpin norması 
vahid sahədə cücərəcək toxumların sayı hesabı ilə müəyyənləşdirilir. Bu da hər bir sortun xarici 
faktorlara tələbi ilə əlaqələndirilir.
Dəmyə şəraitdə suvarmaya nisbətən səpin norması azaldılmalıdır. Sələf dənli-paxlalı bitkilər 
olduqda və sahə azotla yüksək dərəcədə təmin edildikdə səpin norması sələfi taxıllar olana nisbətən 
az götürülməlidir. Belə ki, azotun çox olması kollanmaya müsbət təsir edir, bu da taxılın çox sıx 
olmasına səbəb ola bilər.
Qranulometrik tərkibi ağır olan torpaqlarda səpin norması strukturlu torpaqlara nisbətən 
yüksəldilməlidir, çünki ağır torpaqlarda toxumların tarla cücərmə faizi nisbətən aşağı olur.
Səpin optimal müddətdən tez aparıldıqda səpin normasını nisbətən azaltmaq, gec apardıqda 
isə artırmaq lazımdır.
Payızlıq buğdanın səpin norması müəyyən edilərkən torpağın münbitliyini, sələfləri, səpin 
müddəti və üsulunu, istifadə olunan sort və iqlim şəraitini nəzərə almaq zəruridir.
Səpin norması elə müəyyənləşdirilməlidir ki, yığım dövründə 1 m
2
-də 500-600 ədəd 
məhsuldar gövdə olsun. Bu cür məhsuldar sıxlıqlı əkinlərin hər hektarından 5-6 ton məhsul 
götürmək mümkündür. Düzgün planlaşdırılmış səpin norması torpaqdan qida maddələrinin və 
nəmliyin daha yaxşı istifadə olunmasına səbəb olur. Adətən həm seyrək, həm də sıx səpinlərdə 
məhsuldarlıq aşağı olur.
Səpin norması sortun xüsusiyyətinə (kollanma qabiliyyəti, yatmaya qarşı davamlılığı), səpin 
üsuluna və torpağın münbitliyinə uyğun olaraq müəyyənləşdirilir. 
Payızlıq buğdanın təxmini norması bir hektara 4,5 - 5,0 – 5,5 milyon ədəd cücərmə 
qabiliyyətli toxumdur. Bütün şərtlərdən asılı olaraq səpin norması hər hektara fiziki çəkidə 180-250 
kq-a qədər dəyişə bilər.
Toxumun dolğunluğu və cücərtilərin tez alınması, kollanma düyününün dərində yerləşməsi
kollanması, şaxtaya davamlılığı və qışlaması onun basdırılma dərinliyindən asılıdır. Toxumun 
basdırılma dərinliyi isə səpin müddətindən, nəmlikdən, torpağın qranulometrik tərkibindən və 
toxumun iriliyindən asılıdır. Payızlıq buğda toxumunun optimal basdırılma dərinliyi 4-5 sm-dir. 
Qranulometrik tərkibi yüngül olan və tez quruyan torpaqlarda toxumun basdırılma dərinliyini 2-3 
sm, ağır və nəmli torpaqlarda isə 1-2 sm dayaz basdırmaq məsləhət görülür. Dəmyə şəraitdə toxumu 
torpağın nəm qatına səpmək məqsədi ilə onları 6-8 sm dərinliyə basdırmaq məqsədə uyğundur. 
Səpiləcək toxumun torpağın nəm qatına düşməsi vacibdir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin