Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə110/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   106   107   108   109   110   111   112   113   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
14.2.5. Buğda məhsulunun keyfiyyətinin idarə olunması
Ölkə əhalisinin təmin olunmasında nəinki məhsulun miqdarı, eyni zamanda onun 
keyfiyyətinə olan tələbat daha yüksəkdir. Hər hansı bir tarla bitkisi hansı məqsədlə becərilirsə 
həmin məqsədin tələblərinə minimum cavab verməlidir. Məs; buğda çörək bişirmək üçün 
becərilirsə, dən yüksək çörək bişirmək tələbatına, şəkər çuğunduru şəkər almaq məqsədi üçün 
becərilirsə, şəkər zavodunun tələbatına, pivəlik arpa yüksək pivəbişirmə tələblərinə cavab 
verməlidir. Bu tələblər ödənilməzsə həmin bitkilərin becərilməsi məqsədəuyğun hesab edilmir. 
Buğda dənində zülalın miqdarı və onun idarə olunması. 
Buğda əsas ərzaq bitkisidir və 
dənin tərkibindəki zülalın miqdarı, çörəkbişirmə keyfiyyətinə bilavasitə təsir göstərir. Dəndə zülalın 
miqdarı və onun toplanması torpaq-iqlim şəraitindən asılıdır. Müəyyən edilmişdir ki, işıqlanma 
müddəti çox, yağmurların miqdarı az və temperatur yüksək olan şəraitdə (xüsusilə dənin yetişdiyi 
dövrdə) dəndə zülal daha çox toplanır. 
Qərbdən şərqə və şimaldan cənuba doğru gəldikcə dəndə zülalın miqdarı artır. Dəndə zülalın 
miqdarına sort, sortun becərilmə texnologiyası və becərildiyi şərait də təsir göstərir. Belə ki, dərin 
şum, qışda qarın sahədə toplanması, səpin müddəti, üsulu və normasına düzgün əməl edilməsi
əkinə qulluq, xüsusilə sünbülləmə fazasında kökdən kənar karbamidlə yemləmə gübrəsinin 
verilməsi və s. müsbət təsir göstərir. Şum altına peyin, fosfor və kalium gübrəsinin və səpinqabağı 
kultivasiya altına və eləcə də erkən yazda azot gübrəsinin yemləmə şəklində verilməsi dəndə zülalın 
miqdarını artırır. 
Dənin keyfiyyəti.
Burada kompleks göstəricilər anlaşılır. Buraya dənin un və çörəkbişirmə 
keyfiyyətlərini xarakterizə edən bir sıra göstəricilər: dənin iriliyi və forması, rəngi, şüşəvarılığı, 
natura kütləsi, 1000 ədəd dənin kütləsi, zülalın miqdarı, kleykovinanın (özlülük) miqdarı və qrupu, 
nişasta, xəmirin fiziki xassələri, çörək çıxma həcmi və s. daxildir. 
Bu göstəricilərdən asılı olaraq yumşaq buğdanın bütün rayonlaşdırılmış sortları üç qrupa 
bölünür: qüvvəli, orta və zəif buğdalar. 
Ən yaxşı buğda qüvvəli buğdadır. Qüvvəli buğda keyfiyyətli çörək bişirilməsini təmin 
etməklə yanaşı, həm də yaxşılaşdırıcı xassəyə malikdir. Yəni qüvvəli buğda ununa zəif buğda unu 
qatdıqda keyfiyyətli çörək bişirilir. Qüvvəli buğdada ən azı 14% zülal, birinci qrupa aid olan 28% 
kleykovina olmalıdır. 
Orta buğda dənindən üyüdülmüş un keyfiyyətli çörək bişirilməsini təmin edir, lakin bu una 
zəif buğda unu qatıldıqda yaxşı çörək bişirilmir, daha doğrusu çörəkdə məsaməlik azalır, çörək 
bircinsli olur. Orta buğdada 11-13,9% zülal, ikinci qrupa aid olan 25-27% kleykovina olmalıdır. 


124 
Zəif buğda unu yaxşı çörəkbişirməni təmin etmir. Belə dəndə 11% zülal, üçüncü qrupa aid 
olan 25% kleykovina olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin