122
orqanlarının formalaşması; 4. Çoxalma dövrü; 5. Qocalma dövrü – meyvə verən orqanlar məhv
olur.
Bitkinin ontogenezində (fərdi inkişafında) müşahidə olunan 12 mərhələ 8 inkişaf fazası ilə
əlaqədar keçir. Mərhələləri adi gözlə müşahidə etmək olmur, inkişaf fazaları isə bitkinin morfoloji
orqanları ilə əlaqədar olduğu üçün adi gözlə müşahidə olunur və fenoloji fazalar, yəni adi gözlə
fərqləndirilə bilən (gözlə görünən) fazalar adlanır.
Fazalar mərhələlərlə, mərhələ isə məhsul elementlərindən bu və ya digərinin əmələ gəlməsi
ilə bağlıdır. Ona görə də ontogenezin inkişafını bilmək və izləmək çox faydalıdır.
Müxtəlif inkişaf fazalarında hansı mərhələlərin və hər bir mərhələdə məhsul elementlərinin
hansının əmələ gəlməsi 37 saylı cədvəldə verilmişdir.
Cədvəldən göründüyü kimi birinci, üçüncü, beşinci, yeddinci və səkkizinci faza tək bir
mərhələdən; ikinci, altıncı faza iki, dördüncü faza isə üç mərhələdən ibarətdir.
Yüksək məhsul almaq üçün səpindən başlamış dənin dolmasınadək keçən bütün müddətdə
buğda əlverişli şəraitdə olmalıdır. Belə ki, əgər torpaq səpinə yaxşı hazırlanmış olarsa, səpindən
sonra torpaq hopdurma üsulu ilə suvarılarsa səpilmiş toxumların hamısı cücərər və 1m
2
-dəki
bitkilərin sayı normal olar. Üçüncü həqiqi yarpaq və ya kollanma fazasında nəmlik, qida maddələri
normal olarsa, kollanma çox olur, sünbül oxu uzun olmaqla onda daha çox pillə əmələ gəlir. Hər
pillədə bir sünbülcük əmələ gəldiyindən pillə nə qədər çox olarsa sünbüldəki sünbülcük də bir o
qədər artıq olar.
Kollanma buğda bitkisində ən çox davam edən fazadır. Belə ki, bu üçüncü yarpaq fazasından
başlayaraq, payız, qış ayları və yazda boruyaçıxma fazası başlayanadək davam edir. Ona görə də
yüksək məhsulun əsası məhz kollanma fazasında qoyulur.
Boruyaçıxma fazasında aqrotexniki şərait əlverişli olduqda bitkinin quraqlığadavamlılığı
artır, sünbüldə sünbülcüklərin və sünbülcükdə çiçəklərin miqdarı çoxalır.
Sünbülləmədən sonra şəraitin yaxşı olması sünbülcükdə olan çiçəklərin normal
formalaşmasına, sünbülün dənliliyinə, dənin həcminə və kütləsinə təsir edir.
Hər faza daxilində formalaşan mərhələ və əmələ gələn məhsul elementinin fenoloji fazalar
vasitəsi ilə izlənməsinə bioloji nəzarət və ya bioloji açar deyilir. Bu bioloji açar aqronom və
bioloqların əlində məhsuldarlığı idarə edən mühüm vasitədir.
Məs: hektarda 3 mln. bitki, məhsuldar kollanma 1,2; sünbüldə 16 sünbülcük, sünbülcükdə 2
ədəd dən və 1000 ədəd dənin kütləsi 40 qr. olarsa, hektardan məhsuldarlıq B
m
= 300 000 x 1,2 x 16
x 2 x 40 : 100 000 000 = 46 sentner.
Bu bərabərlikdə bölənə qədər olan məhsul elementinin hansı biri artarsa məhsul çoxalar.
Dostları ilə paylaş: