Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Payızlıq buğdanın intensiv texnologiya ilə becərilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə111/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   107   108   109   110   111   112   113   114   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.2.6. Payızlıq buğdanın intensiv texnologiya ilə becərilməsi 
Texnologiya sözü yunanca 
techie
– peşə və 
loqos
– öyrətmə, təlim deməkdir, kənd təsərrüfatı 
bitkilərinin becərilməsinə, yığımına və maddi-texniki təchizatına aid olan bütün işlərin məcmuna 
deyilir. 
Texnologiya texnoloji xəritələrdə şərh edilir. Sadəcə olaraq texnologiya dedikdə hər hansı 
bitkini nə ilə, necə becərmək, işləri hansı ardıcıllıqla yerinə yetirmək və istehsal olunan məhsulun 
neçə manata başa gəlməsi başa düşülür.
İntensiv texnologiyadakı intensiv sözünün anlayışı latınca 
untensio
– gərginlik demək olub, 
bu və ya digər tarla bitkisindən daha yüksək məhsul almaq üçün bitkini becərən insan və məhsulu 
yaradan bitkinin fəaliyyətinin gücləndirilməsi deməkdir. 
İntensiv texnologiyanın mahiyyəti aşağıdakılardan ibarətdir: 
1. Növbəli əkində buğdanın ən yaxşı sələflərdən sonra yerləşdirilməsi; 
2. Yüksək məhsuldar, keyfiyyətli dən verən, yatmaya davamlı, intensiv tipli qüvvəli və 
qiymətli buğda sortlarının əkilməsi; 
3. İntensiv sortların I sinfə aid, I – III reproduksiyalı əla və cins toxumlarının seçilməsi; 
4. Gübrələri balans üsulu ilə verməklə bitkilərin vegetasiya müddətində mineral qida 
elementləri ilə yaxşı təchiz edilməsi; 
5. Torpaq və bitki diaqnostikası əsasında azotlu gübrələrin hissə-hissə verilməsi; 
6. Bitkilərin alaqlar, xəstəlik və zərərvericilərdən mühafizəsi; 
7. Bitkilərin boyunun retardantlarla nizamlanması; 
8. Bitkinin becərilmə texnologiyası prosesinin vaxtında və yüksək keyfiyyətlə yerinə 
yetirilməsi; 
9. Eroziyaya qarşı torpağın fiziki xassələrini yaxşılaşdırmağa doğru yönəldilmiş tədbirlərin 
həyata keçirilməsi.
İntensiv texnologiyanın xarakterik cəhəti nəinki gübrələrin yüksək dozada tətbiqidir, həm də 
gübrələrin, xəstəlik və zərərvericilərdən mühafizə vasitələrinin dozasına, verilmə vaxtına və 
normasına dəqiq əməl edilməsidir, buna səpin zamanı daimi fenoloji cığır qoymaqla, intensiv 
texnologiyaya ən çox uyğunlaşdırılmış və təkmilləşdirilmiş maşın və aqreqatların tətbiqi ilə, onları 
dəqiq nizamlamaqla nail olunmalıdır. 
İntensiv texnologiyada ayrı-ayrı aqrotexniki tədbirlər adi texnologiyada olduğu kimi təqvim 
üzrə yox, bitkilərin inkişaf fazaları ilə əlaqələndirilərək yerinə yetirilməlidir. Yəni vegetasiya 
müddətində bitkiyə optimal şərait yaratmaq lazımdır. Bunun üçün inkişaf fazaları izlənilməli, 
məhsul elementlərinin yaxşı əmələ gəlməsini, yəni bioloji məhsul itkisinin olmamasını təmin etməli 
və məhsul idarə olunmalıdır. 
İntensiv texnologiyanın məqsədi yüksək və keyfiyyətli məhsul almaqdır. Məhsul bir çox 
faktorlardan asılıdır. Lakin hər bir aqronom, əkinçi bilməlidir ki, nəticə etibarı ilə məhsul - 
məhsulun quruluş elementlərindən əmələ gəlir. Tutaq ki, məhsulun quruluşu aşağıdakı kimidir. 
Yığımqabağı
Payızlıq buğda 
Yazlıq buğda
1 m
2
- də bitkinin miqdarı, ədəd 
Kollanma əmsalı
Bir sünbüldən çıxan dənin miqdarı, ədəd 
1000 ədəd dənin kütləsi, q-la 
350 
1,6 
34 
37 
250 
1,2 
27 
35 


125 
Bu göstəricilərə əsasən payızlıq buğda hektardan 70, yazlıq buğda isə 28 sentner dən məhsulu 
verə bilər. Lakin, bu potensial imkanı reallaşdırmaq üçün bitkini sitogenezin bütün mərhələlərində 
lazımi şəraitlə təmin edib məhsul itkisinin qarşısını almaq lazımdır.
İntensiv texnologiya güclü maddi-texniki baza yaradılmasına və ondan tam istifadə 
olunmasına əsaslanır. Bu texnologiyada elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunmalı, 
texnoloji intizama əməl edilməli və məhsul istehsalı bir növ proqramlaşdırılmalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin