130
Payızlıq
arpa adətən cərgəvi, darcərgəvi və çarpaz üsullarla səpilir. Toxumun optimal
basdırılma dərinliyi yüngül və yumşaq torpaqlarda 4-6 sm, ağır torpaqlara
nisbətən tez quruyan
torpaqlarda isə 1-2 sm dərinə basdırılır.
Səpin norması iqlim və torpaq şəraitindən, toxumluq materialın keyfiyyətindən, səpin müddəti
və
üsulundan, istifadə olunan sortlardan asılı olaraq müəyyənləşdirilir. Ən yaxşı səpin norması
hektara 4,0-4,5 mln. ədəd cücərmə qabiliyyətli toxumdur.
Səpin gecikdirildikdə, istifadə olunan toxumun məhsuldar kollanma enerjisi aşağı olduqda,
dar cərgəli və çarpaz səpin üsullarında, eləcə də suvarma şəraitində səpin norması 10-15% elə
hesablanaraq artırılır ki, məhsul yığımına yaxın 1m
2
-də 500-550 məhsuldar gövdə olsun.
Payızlıq arpa təzə şumlanmış yumşaq torpağa səpildikdə səpindən dərhal sonra tarlanın
halqalı yaxud mahmızlı tapanlarla tapdalanması zəruridir. Alaqlarla zibillənmiş əkinlər payızda 2,4-
D herbisidi ilə işlənilir.
Payızlıq arpa su basmaya pis reaksiya göstərir, ona görə də nəmlik çox olan bölgələrdə yaz
sularının artıqlığını ötürmək üçün onu hündür ərazilərdə yerləşdirirlər. Quraq ərazilərdə
becərilən
arpa əkinlərində ərimiş qar suları, eləcə də suvarma sularının qarşısını almaq zəruridir.
Yazda bitki inkişaf etdiyi dövrdə azot gübrəsi ilə erkən yemləmə həyata keçirilir. İkinci
yemləmə öz vaxtında boruya çıxma fazasında verilir. Payızlıq arpa əkinlərinə növbəti qulluq işləri
alaq otlarına qarşı mübarizədən ibarətdir. Zibillənmiş tarlalar yazda kollanma fazasında 2,4-D qrup
herbisidləri yaxud dialenlə işlənilir.
Payızlıq arpa payızlıq buğda və payızlıq çovdardan tez olaraq bir bərabərdə yetişir. Yetişən
zaman sünbüllər əyilir və kövrək olur, ona görə də daha çox dən itkisi mümkündür. Yığımı daha tez
başa çatdırmaq üçün bir kombaynla yığım aparılması zəruridir.
Dostları ilə paylaş: