127
sünbüllərdə seyrək dənlilik əmələ gəlir. Sünbülləmə və çiçəkləmə dövründə daha əlverişli
temperatur 14-20
0
C, çiçəkləmə-mum yetişkənlikdə isə 16-25
0
C hesab edilir.
Mayalanmadan 4-5 gün sonra dənin formalaşması (IX mərhələ) başlayır. Mayalanmadan 10-
15 gün sonra süd vəziyyəti (XI mərhələ) başlayır və 7-10 gün davam edir, 12-18 gündən sonra dən
mum yetişkənlik fazasına keçir, məhz 8-10 gündən sonra tam yetişkənlik fazasına çatır (XII
mərhələ). Sünbülləmə dövründən mum yetişkənliyə qədər davam etmə müddəti 35-50 gündür.
Temperatur aşağı endikdə və çiskinli havada yetişmə ləngiyir.
Payızlıq çovdar toxumun cücərməsindən dənin yetişməsinə qədər 1800
0
C, yaz inkişafından
başlayaraq dənin yetişməsinə qədər isə 1200-1500
0
C fəal temperatur cəmi tələb olunur.
Vələmir və yazlıq buğdaya nisbətən payızlıq çovdar yüksək temperatura davamlıdır, ancaq
payızlıq buğdadan geri qalır. Bitkinin vegetasiya müddəti 260-300, 350-360 günə bərabərdir.
Çovdar nisbətən quraqlığa dözümlü bitkidir. Ona görə ki, güclü kök sistemi əmələ gətirir. O
payızda və yazda ehtiyat nəmlikdən daha yaxşı istifadə edir və yaz şaxtalarına əhəmiyyətli
dərəcədə asan dözür.
Rütubətdən xarab olmaq və çürüməyə davamlılığına görə payızlıq çovdar buğdadan geri qalır.
Ən çox nəmliyə tələbatı fəal inkişaf etdiyi dövrdə, boruya çıxmadan sünbülləməyə qədər (VI-VII
mərhələ), eləcə də çiçəkləmə və dənə dolma dövründə (IX-XI mərhələ) qeydə alınır. Bu dövrlərdə
nəmlik çatışmadıqda əmələ gələn dənlər zəif və xırda olur.
Transpirasiya əmsalı 340-420 arasında dəyişir.
Payızlıq çovdar digər dənli taxıl bitkilərinə nisbətən torpağa az tələbkardır. D. N.
Pryanişnikov qeyd etmişdir ki, çovdar bitkisinin kökü torpaqdan çətin mənimsənilə bilən fosfor
birləşmələrini mənimsəmək qabiliyyətinə malikdir. Çovdar münbitliyi az olan torpaqlarda, yüngül
qumlu, qumsal, eləcə də turş (pH=5,3) və zəif şorlaşmış torpaqlarda qənaətbəxş məhsul verə bilər.
Daha yüksək dən məhsulu qara torpaqlarda, az yararlı bataqlaşmış və ağır gilli torpaqlarda alınır.
Dostları ilə paylaş: