131
B. V. Pisarev yumşaq buğdanın çovdarla və yazlıq yumşaq buğdanın çovdarla
çarpazlaşdırılması yolu ilə 56 xromosomlu
oktaploid
tritikale, yaxud yumşaq buğda və çovdarın
hibridini almışdır.
42 xromosomlu
heksaploid Tritikale
bərk buğdanın çovdarla çarpazlaşdırılması nəticəsində
alınır. Onlar böyük praktiki əhəmiyyətə malikdirlər, belə ki, oktaploid tritikaleyə nisbətən
tərkibində zülalın miqdarı daha çoxdur.
Heksaploid
tritikaleni öyrənən ilk pionerlərindən biri A. İ. Derjavin 1933- cü ildə ilk dəfə
olaraq bərk buğda ilə çovdarın çarpazlaşdırılmasından
amfidiploid
hibridini almışdır.
Tritikale buğda və çovdar becərilən rayonlarda
müvəffəqiyyətlə becərilə bilər. Ukraynada, Şimali
Qafqazda, Rusiyanın Mərkəzi Qaratorpaq zonalarında
becərilir. İspaniya, Polşa, Bolqariya və Macarıstanda da
becərilir.
Tritikalenin
becərilmə
texnologiyasına
əməl
edildikdə yüksək məhsuldarlıq təmin edilir, hektardan 5-7
ton dən və 40-55 ton yaşıl kütlə çıxımı verir.
Dostları ilə paylaş: