123
Altıncı-səkkizinci yarpaqların və sünbülün çiçək pulcuqlarının sintez etdiyi maddələr X, XI
mərhələlərdə formalaşan dənə sərf olunur.
XII mərhələdə bitkinin bütün yuxarı yarpaqlarından, hətta kök sistemindən belə dənə plastik
qida maddələri gəlir.
Qeyd etmək lazımdır ki, sünbülləmə fazasında bitkinin sonuncu yelkən yarpağında
fotosintezin məhsuldarlığı aşağıdakı 2-ci və 3-cü yarpaqların məhsuldarlığından 5 dəfə çox olur.
Yelkən yarpaq intensiv olaraq dəni assimilyatlarla təchiz edir, ikincidən yuxarıdakı yarpaqları
assimilyatları isə sünbül pulcuqlarına və çiçək pulcuqlarına daxil edir.
Maraqlıdır ki, ən yuxarı buğuma və sünbülə daxil olan fotosintez məhsulunun 64%-i yelkən
yarpaqdan, 12%-i isə ondan altdakı yarpaqdan gəlir.
Ona görə də ən axırıncı yelkən yarpağın zədələnməsi və ya məhv olması məhsula mənfi təsir
göstərir. Məhsulu yüksəltmək məqsədi ilə vegetasiyanın sonuna yaxın
xəstəlik və zərərvericilərə
qarşı mübarizənin aparılması, kökdən kənar yemləmə gübrəsinin verilməsi, dən suyunun verilməsi
yelkən yarpağın fəaliyyətini artırır və bütünlüklə məhsuldarlıq yüksəlir.
Dostları ilə paylaş: