(Triticum durum)
sünbülləri uzun sıx, yan tərəfləri üz tərəflərindən enli,
qılçıqları uzun, sünbülünə paraleldir. Bərk buğdanın çox yayılmış növmüxtəlifliyi
hordeiforme
və
melanopsusdur
. Sünbülcük pulcuqları uzun olduğundan çiçək pulcuğunu tam örtür. Dən çiçək
pulcuğunun əsasında olub çətin tökülür. Dənləri uzunsov yanlarından sıxılmış kimi, qalınlığı
108
enindən artıq, zəif kəkilli və ya kəkilsiz, eninə kəsiyi bucaqlı şüşəvarı olur. 1000 ədəd dənin kütləsi
40-80 qram arasında dəyişir.
Bir çox sortları hər bir növmüxtəlifliyi daxil olmaqla bir-birindən morfoloji əlamətlərinə,
əsasən bioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyətlərinə görə fərqlənirlər. Hər hansı bir
növmüxtəlifliyinin sortları payızlıq və yazlıq, gec yetişən və tez yetişən, qışa davamlığı və
quraqlığa dözümlüyü müxtəlif, kollanmaları, tökülmə qabiliyyəti, yatmağa, xəstəlik törədiciləri və
zərərvericilərə davamlılığı eyni ola bilər.
Zaqafqaziya respublikalarında buğdanın daha çox növləri yayılmışdır. Azərbaycan ərazisində
14-15 növünə təsadüf edilir.
Bioloji xüsusiyyətləri
.
Vegetasiyanın müxtəlif dövrlərində buğda bitkisi istiliyə qarşı eyni
bərabərdə tələbat göstərmir. Payızlıq buğdanın toxumları 1-2
0
C temperaturda cücərmə
qabiliyyətinə malikdirlər, assimliasiya prosesi isə 3-4
0
C-də başlayır. Çıxışların tez və bir bərabərdə
alınması üçün 15-18
0
C (orqanogenezin I mərhələsi) temperatur lazımdır. Bu temperaturda
cücərtilər səpindən 7-9 gün sonra alınır. Fəal temperatur cəmi bu dövrdə 116-139
0
C-dir. Cücərtilər
tam alındıqdan 13-15 gün sonra kollanma başlayır (II–III mərhələ), səpin müddətindən, temperatur
və nəmlikdən asılı olaraq kollanma 30-45 gün davam edir.
Payızlıq buğda payızda və yazda kollanır. Kifayət qədər nəmlik və havanın temperaturunun
aşağı (6-10
0
C) olması, eləcə də güclü buludlu hava bitkinin ümumi inkişafını ləngidir, lakin daha
intensiv kollanmasına səbəb olur. Səpin zamanı iri toxumlardan istifadə edilməsi və azot gübrəsinin
verilməsi kollanmanı əhəmiyyətli dərəcədə gücləndirir. Əlverişli şəraitdə bir bitkidən 3-5 gövdə
çıxır.
Payızdan qışa keçən dövrdə payızlıq buğdanın inkişafı üçün gündüz quru aydın və əlverişli
isti havanın (10-12
0
C-yə qədər) olması, gecələr mənfi temperatura qədər enməsi çoxlu miqdarda
sulu karbonlar toplanmasına, möhkəmlənmənin və qışlamanın daha yaxşı keçməsinə səbəb olur.
Havanın orta gündəlik temperaturunun 4-5
0
C-yə qədər enməsi payızlıq buğdanın böyüməsini
dayandırır. Yazda temperatur 5
0
C-yə qədər qalxdıqda buğda əlavə olaraq kollanır və böyüməyə
başlayır.
Qar örtüyü altında -16-18
0
C-də payızlıq buğda məhv olmur. Erkən yazda gündüzlər
temperaturun kəskin dəyişməsi +10
0
C, gecələr -10
0
C-yə qədər enməsi payızlıq buğda üçün çox
təhlükəlidir. Mironov-808 sortu qar örtüyü altında qış şaxtalarının aşağı -25-30
0
C temperaturuna
dözmək qabiliyyətinə görə daha böyük davamlılığı ilə fərqlənir.
Payızlıq buğdanın boruya çıxma (ontogenezin IV-VII mərhələləri) fazası yaz zoğlarının əmələ
gəlməsindən 25-35 gün sonra başlayır və temperaturun +15-16
0
C olması əlverişli hesab edilir.
Sünbülləmə (VIII mərhələ) boruya çıxmadan 30-35 gün sonra başlayır. Buğdanın çiçəkləməsi (IX
mərhələ) sünbülləmədən 2-3 gün sonra başlayır və bir həftəyə qədər davam edir. Dənin
formalaşması, dolması və yetişməsi (X-XII mərhələlər) sortun xüsusiyyəti və hava şəraitindən asılı
olaraq 30-35 gün davam edir. Sünbülləmə və çiçəkləmədə +18-22
0
C, yetişmə dövrü üçün isə
əlverişli temperatur +22-25
0
C hesab olunur.
Səpindən tam yetişməyə qədər müsbət temperaturun ümumi cəmi 1850-2200
0
C təşkil edir.
Payızlıq buğda kifayət qədər istiliyə dözümlü və quraqlığa davamlıdır, lakin payızlıq çovdara
nisbətən qışa davamlılığı daha azdır. Ancaq hədsiz yüksək temperaturda (40
0
C-dən yüksək),
nəmlik çatışmadıqda və quru küləklərdə fotosintez prosesinin normal gedişi pozulur, transpirasiya
yüksəlir, bitkinin boyu ləngiyir ki, nəticədə dənin yaxşı dolması pisləşir.
Payızlıq buğda payız və qış yağıntılarından daha yaxşı istifadə edir, yazlıq buğdaya nisbətən
əhəmiyyətli dərəcədə çox nəmlik sərf edir. Bu onunla əlaqədardır ki, onun vegetasiya müddəti daha
uzundur və daha çox quru kütlə məhsulu formalaşdırır. Vegetasiya müddətində nəmlikdən istifadə
edilməsi bir bərabərdə getmir və bitkinin yaşından, boy və inkişafın intensivliyindən, bitki
sıxlığından, temperaturdan, kök sisteminin inkişafından və torpaqda olan nəmliyin miqdarından
asılı olur.
Payızlıq buğda torpağın kifayət qədər nəmli olduğu şəraitdə daha yaxşı inkişaf edir. Dənin
cücərməsi və çıxışların alınması dövründə bitkilər kifayət qədər az nəmlik tələb edirlər. Cücərmə
109
zamanı torpağın 10 sm-lik qatında nəmlik 10 mm olduqda çıxışlar bərabər alınır. Bitkinin boy və
inkişafı artdıqca nəmliyə tələbatı yüksəlir. Buğdanın payızda normal kollanması üçün torpağın 20
sm-lik qatında nəmliyin 30 mm olması zəruridir. Bu halda kollanma sürətlə gedir. Payızlıq buğda
yazda bitkilərin boruya çıxmasının başlanğıcından sünbülləməyə qədər illik su sərfinin daha çox
miqdarını (70%-ni), çiçəkləmədən mum yetişkənliyə qədər isə 20%-ni tələb edir. Nəmliyə
münasibətinə görə payızlıq buğdanın
böhran
dövrü boruya çıxma və sünbülləmə fazasıdır. Bu
dövrdə nəmlik çatışmadıqda yarpaq səthinin formalaşması və bitkinin boyu dayanır, bu generativ
orqanların ayrılmasını (diferansasiya) pozur, çoxlu miqdarda barsız çiçəklər əmələ gəlir, quru
maddənin ümumi kütləsinin toplanması və bitkinin boyu aşağı olur ki, bu da məhsulun az
toplanmasına gətirib çıxarır.
Çiçəkləmə və dənə dolma vaxtı nəmlik çatışmadıqda dənlər xırda olur və məhsuldarlıq aşağı
düşür. Yaz vegetasiyasının başlanğıcında payız, qış və yaz yağmurları sayəsində torpaq 50-80 sm
dərinliyində nəmlənir, lakin yağmurlu illərdə 50-200 sm-ə çatır ki, bu da nəmliklə təmin olunmaq
üçün əlverişli şərait yaradır. Payızlıq buğdanın kök sistemi 1,5-2,0 m dərinliyə çatır, o suyu təkcə
köklər qidalanan təbəqədən yox, ancaq torpağın daha dərin qatlarından istifadə edir.
Nəmlik artıq olduqda payızlıq buğdanın boy atma tempi (sürəti) azalır, xüsusən payızın sonu
və erkən yazda bəzən onun əkinlərinin məhv olması müşahidə edilir. Əlavə olaraq hava rejimi
pozulur, mineral qidalanma və mikrobioloji proseslərin şəraiti pisləşir. Nəmişlik uzun müddət
davam etdikdə bitkinin vegetasiya müddəti uzanır, kök sisteminin çürümək təhlükəsi yaranır,
yatmaya qarşı davamlılıq azalır, məhsuldarlıq və dənin keyfiyyəti aşağı düşür.
Torpağın 0-60 sm-lik qatında tarla rütubət tutumunun 70-75% olması bitkinin inkişafı üçün
əlverişlidir. Transpirasiya əmsalı 400-500-dür. Vegetasiya müddətində su sərfi 300-400 m
3
-dir.
Payızlıq buğda qida elementlərinə və torpağa yüksək tələbkar bitkidir. Buğda üçün güclü
humus qatı, qida maddələrinin miqdarı yüksək və su-fiziki xassələri yaxşı olan torpaqlar daha çox
yararlıdır. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlar bitki üçün daha əlverişlidir. Ağır
qranulometrik tərkibli torpaqlar az əlverişli hesab olunduğundan oraya üzvi və mineral gübrələr
verməklə yaxşı şərait yaratmaq mümkündür. Eyni zamanda torpaqlar alaq otlarından təmiz
olmalıdır. Bitkinin inkişafı üçün torpaq reaksiyası neytrala (pH=6,0-7,5) yaxın, humusun miqdarı
2,0-2,5%, fosfor və kaliumun miqdarı Kirsanova görə 1 kq torpaqda 150 mq-dan az olmamalıdır.
Buğda bitkisinin mineral qida elementlərinə tələbatı onların torpaqdakı yol verilən həddindən,
bitkinin inkişafının intensivliyindən və kök sisteminin güclü olmasından, hava şəraiti və digər
faktorlardan asılıdır. Payızlıq buğda bitkisinin boy atma intensivliyinin aşağı enməsi mineral qida
elementlərinin (azot, fosfor, kalium və mikroelementlərin) çatışmaması ilə sıx əlaqədardır.
Bitkilərin qidalanması üçün ən vacib elementlərdən biri
azotdur
, o vegetativ kütlənin
inkişafına reaksiya göstərir, dənin tərkibində zülal və kleykovinanın miqdarını artırır və məhsulun
formalaşmasına təsir edir. O sadə və mürəkkəb zülalların amin turşularının, xlorofilin, bir neçə
vitaminlər və fermentlərin tərkibinə daxildir. Azotun azlığı və eləcədə çoxluğu buğda bitkisinin boy
və inkişafına mənfi təsir göstərir və son nəticədə məhsulun azalmasına gətirib çıxarır. Azot
çatışmadıqda quru maddənin toplanması tempi aşağı düşür, yarpaq səthinin formalaşması pisləşir,
yarpaqlar açıq-yaşıl rəng alır və vaxtından əvvəl tökülür. Azotun çatışmaması məhsulun struktur
(quruluş) elementlərinin formalaşmasına mənfi təsir göstərir. Belə ki, məhsuldar kollanma,
sünbüldəki dənlər və onun kütləsi, 1000 ədəd dənin kütləsi, dəndə zülalın və kleykovinanın miqdarı,
texnoloji xarakteri və çörəkbişirmə keyfiyyəti pisləşir.
Azotla hədsiz qidalanma vegetativ kütləni kəskin artırır, kök sistemi və yerüstü kütlə
arasındakı nisbəti pozur, vegetasiya müddətini uzadır, bitkinin yatmaya və xəstəliklərə yoluxma
davamlılığını aşağı salır.
Payızlıq buğda bitkisinin azot elementinə tələbatı həyatının ilk günlərindən başlayır və dənin
dolması qurtarana qədər davam edir. Azotun sərf edilməsi kollanma fazasında 20-25%, boruya
çıxma-sünbülləmə dövründə 50-55, çiçəkləmə–mum yetişkənliyin başlanğıcında 10-15 və mum
yetişkənlik fazasının ortasında tələb olunan azotun maksimal miqdarının 5-10%-dən ibarətdir. Ayrı-
ayrı fazalarda azotun çatışmamasını növbəti fazada onun verilməsi ilə kompensasiya (əvəz etmək)
110
etmək olmaz. Azota ən çox tələbat boruya çıxmanın başlanğıcından sünbülləməyə qədər olan
müddətdə nəzərə çarpır.
Bitkidə azotun maksimal miqdarı çıxışların alınmasından yaz kollanmasına qədər quru
maddəyə görə 4,5-6,0% təşkil edir. Bitkinin boy və inkişafı davam etdikcə azotun miqdarı azalır və
tam yetişmə fazasında 1,0-1,3% təşkil edir. Bununla əlaqədar olaraq erkən yaz dövründə azot
gübrəsi ilə yemləmə aparılması yüksək məhsulun formalaşmasında və sünbülləmə dövründə
yüksək zülallı və kleykovinalı (öz) dən məhsulunun alınmasında mühüm əhəmiyyət kəsb edir.
Payızlıq buğdadan yüksək keyfiyyətli planlaşdırılmış dən məhsul əldə etmək üçün
yarpaqlarda ümumi azotun optimal miqdarını saxlamaq zəruridir: quru maddəyə görə kollanma
fazasında 5,0-5,5%, boruya çıxma fazasında 4,5-5,0% və sünbülləmə fazasında 3,0-4,0% olmalıdır.
Fosfor çoxlu üzvi maddələrin, fermentlər və vitaminlərin tərkibinə daxildir, enerji
mübadiləsində iştirak edir. Bitkinin fosforla təmin edilməsi orqanizmdə gedən çoxlu biokimyəvi
proseslərlə əlaqədardır.
Fosforla yüksək dərəcədə təmin olunma turş torpaqlarda alüminiumun mütəhərrik
formalarının mənfi təsirini azaldır. Payızlıq buğda bitkisində fosforun ən çox miqdarı cücərmə
fazasına (quru maddəyə görə 1-1,5%) düşür, boy və inkişafı ərzində fosforun miqdarı nəzərə
çarpacaq dərəcədə azalır. Fosfora tələbat daha çox boruya çıxma, sünbülləmə və çiçəkləmə
fazalarında təsadüf edilir. Payızlıq buğda bitkisinin fosforla təminatı çatışmadıqda azotun istifadəsi
yubanır, zülalın sintezi, bitkinin boy atması ləngiyir, məhsulun aşağı düşməsinə səbəb olur.
Bitkidə fosfor çatışmazlığının əlamətləri yarpaqlarda qırmızı-bənövşəyi çalarlı rəngin əmələ
gəlməsi və onların tez məhv olmasından ibarətdir. Payızlıq buğdanın torpaqda olan fosforun çətin
mənimsənilən formalarından istifadə etmək qabiliyyəti zəifdir.
Kalium elementi sulu karbonlar və zülalların mübadiləsini, fotosintez prosesini, bitkidə sulu
karbonların yerdəyişməsini yaxşılaşdırır. Bitkidə kalium çatışmadıqda zülalların parçalanması
şiddətlənir, nəticədə, müxtəlif patogen (xəstəlik törədən) bakteriyalar və göbələklərin inkişafına
şərait yaranmış olur. Kalium çatışmazlığının əlamətləri yarpaqların kənarlarının qonurlaşması və
onların üzərində pas ləkələrinin əmələ gəlməsindən ibarətdir.
Kalium elementinin bitkiyə daxil olması cücərtilər alındıqdan çiçəkləmə fazasına qədər
davam edir. Payızlıq buğda bitkisində kaliumun maksimal miqdarı (2,5-3,8%) başlanğıc fazanın
payına düşür, tam yetişkənlik fazasında kaliumun miqdarı 0,8-1,0%-ə qədər aşağı düşür. Kalium
elementinə daha çox tələbat boruya çıxma, sünbülləmə və çiçəkləmə fazasında yaranır.
Dostları ilə paylaş: |