Ziyanverici və xəstəliklər . Payızlıq taxıllar Hessen və İsveç milçəklərindən, məftil
qurdlarından, taxıl böcəyi, sümürgən böcəkləri, buğda tripsi, mənənələrdən siçanlardan; müxtəlif
xəstəliklərdən-toz və bərk sürmə, sarı və qonur pas xəstəliyindən, unlu şeh, kök çürüməsi, qar kifi
və s.- dən ziyan çəkirlər.
Xəstəliklərə qarşı hal-hazırda tilt, bayleton, plantavaks, polikarbosin, sineb, topsin, fundazol,
benlat adlanan preparatlardan istifadə etmək olar.
Zərərvericilərə qarşı 30%-li vofatoksdan, 40%-li metafosdan və 40%-li fosfamid
preparatlarından hektara 0,7-1,0-1,5 kq, 40%-li kartion-M 1,5 kq, 40%-li duruşban 1,5-2,0 kq, desis
0,4kq və s. istifadə edilir.
14.2.2. Payızlıq buğda Əhəmiyyəti . Buğda yer kürəsində daha geniş yayılmış və ən qiymətli dənli ərzaq bitkisidir.
Dünya əhalisinin yarıdan çoxu onun dənindən qida kimi istifadə edirlər. Əhalini ərzaqla,
heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti
olduqca böyükdür. Odur ki, yer kürəsində taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacib
problemlərdən biridir. Bununla əlaqədar olaraq əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl
istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır.
Kənd təsərrüfatının inkişafında taxıl istehsalı əkinçiliyin əsasını təşkil edir. Demək olar ki,
dünyanın əksər ölkələrində əkinçiliyin ilk tarixi taxılın becərilməsi ilə başlayır. Əgər taxılçılıq
inkişaf etdirilməsə, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək qeyri-mümkündür.
Dənli taxıl bitkiləri içərisində payızlıq buğdanın xüsusi çəkisi var. Payızlıq buğda məhsuldar
və yüksək keyfiyyətli dənli taxıl bitkisidir. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar,
yağ, vitaminlər, karbohidratlar və mineral maddələr vardır. Buğda dənində fosfor, qiymətli kalium
birləşmələri, dəmir və çoxlu vitaminlər (V
1
, V
2
, PP) vardır.
Buğda dəninin tərkibində orta hesabla 12-19% zülal, 65-75% nişasta, 2% yağ, 1,2% sellüloza,
2,1% kül var.
Dəndə olan zülallar və sulu karbonlar insan orqanizmi tərəfindən çox asan mənimsənilir. Buna
görə də ərzaq məqsədi üçün çörək bişirmədə və qənnadı sənayesində, yarma istehsalında, makaron,
vermişel və başqa ərzaqların hazırlanmasında geniş istifadə olunur. Dənin keyfiyyəti, onun
tərkibində vacib göstəricisi olan, zülal və kleykovinanın miqdarına görə xarakterizə olunur. Zülalın
miqdarı buğdanın istifadə xarakterini müəyyən edir. Məsələn, çörəkbişirmə üçün dənin tərkibində
14-15%, makaron hazırlanması üçün isə 17-18% zülal tələb olunur. Ən qiymətli göstərici yüksək
keyfiyyətli qüvvəli və bərk buğda sortlarının olmasıdır. Yalnız yumşaq buğdalar qüvvəli buğda
hesab olunur.
Buğda çörəyinin zülalı orqanizmdə asan həll olunub mənimsənilir. İnsan həyat fəaliyyəti üçün
enerjinin yarıya qədərini çörəkdən alır. 100 qram çörək orqanizmdə yanarkən 245-255 kalori istilik
verir. Buğda ununun çörəkbişmə keyfiyyəti kleykovinanın (özlülük) miqdarı və keyfiyyətindən
asılıdır. Kleykovinanı təşkil edən qliadin və qlütein zülalları 1:1 nisbətində olduqda çörək yaxşı şişir
və keyfiyyətli olur. Çörəkçıxma həcmi kleykovinanın uzanma qabiliyyətindən asılıdır. Uzanma 20-
30 sm arasında olmalıdır. Çörəyin yayıcılığı onun hündürlüyünün diametrinə nisbəti ilə ölçülür.
Yaxşı olar ki, hündürlük diametrdən 2 dəfə çox olsun. Çörəyin divarı nazik, içərisi xırda, dənəvər
məsaməli olduqda keyfiyyətli sayılır.
Buğdanın gücünün qiymətləndirilməsində çörəkbişirmə keyfiyyəti həlledici göstəricidir.
Texnoloji xarakterinə görə dənlər üç qrupa ayrılır:
qüvvəli, orta və zəif. Qüvvəli (