155
dən məhsulunun itirilməsi 2-3 dəfə artır. Kütlənin tərkibində nəmlik 65-70% olduqda məhsul silos
məqsədi üçün yığılır. Qıcalarda nəmlik 32-36% olarsa, onu 24-26%-ə
qədər qurudurlar sonra
xırdalayırlar. Lazımi şərait olmadıqda qıcalar 15-16% nəmliyi qalana qədər qurudulur. Qurudulma
yaxşı havalanma gedən meydançalarda yaxud da yaxşı təchiz edilmiş mexanikləşdirilmiş xətlərdə
aparılır. Əgər döyülmüş toxumları qurutmaq üçün yer yoxdursa onu silos quyularında
konservləşdirirlər. Konservant kimi propion və quzuqulağı turşusundan istifadə etmək məsləhətdir.
Əgər kimyəvi konservantlar yoxdursa nəm toxumu yaxşı yığaraq sıxlaşdırırlar və üzərini örtürlər.
Toxum bu halda 6-8 ay müddətində yaxşı qalır və qidalılıq keyfiyyətini itirmir.
Konservləşməni 40 % nəmlik olan qıcalarda da aparmaq mümkündür. Bunun üçün yəni senaj
məqsədilə qıcaları doğrayıb silos quyularına doldururlar. Quyuların dibinə 20-30 sm qalınlığında
küləş tökərək doğranmış qıcaları sıxlaşdırırlar. Sıxlaşma bir sutka davam edir sonra üzərinə küləş
tökərək polietilen örtüklə bağlayırlar. 5-6 aydan sonra bu keyfiyyətli yem heyvanlara verilir.
14.3.5. Çəltik
Əhəmiyyəti.
Çəltik ən dəyərli ərzaq bitkisidir. Dən istehsalının həcminə
və əkin sahəsinə görə
yer kürəsində buğdadan sonra ikinci yeri tutur. Çəltik yarmalıq bitkidir, yarmanın
tərkibində
karbohidratlar çox, zülal və yağ isə az olur. Çəltik yarması yüksək keyfiyyətlidir. Orqanizmdə asan
həzmə gedir. Mədə-bağırsaq xəstəliyinin müalicəsində çəltiyin həlimindən geniş istifadə olunur.
Çəltik qabıqdan təmizlənmiş halda düyü adlanır. Düyünün tərkibində orta hesabla 0,6% su, 0,3%
sellüloza, 0,5% yağ, 6% zülal, 88% nişasta, 0,5% şəkər olur. Hər kiloqram dənində 67 qram zülal
olur. Düyü orqanizmdə asan həzm olunur və ondan pəhriz yeməklərinin hazırlanmasında istifadə
edilir. Çəltiyin zülalı digər dənli taxıl bitkiləri ilə müqayisədə tərkibində
yüksək miqdarda lizin,
valin və metionin kimi əvəzedilməz amin turşularının olması sayəsində insan orqanizmi tərəfindən
yaxşı mənimsənilir (cədvəl 39).
Düyüdə zülal az, öz maddəsi yox dərəcədə olduğundan çörək bişirmədə istifadə edilmir.
Düyüdən alınan
nişasta toxuculuq sənayesində, ətriyyatda, tibdə geniş istifadə edilir.
Rüşeymindən alınan yağdan sabunbişirmədə şam hazırlanmasında istifadə olunur.
Küləşindən əla keyfiyyətli kağız, karton, kəndir, kisə, şlyapa, səbət və s. istehsalında istifadə
edilir. O, həm də yem əhəmiyyətinə malikdir. Bir sentner küləşdə 24 yem vahidi və 2200 qram
protein vardır. Çəltiyin dənindən spirt və pivə də istehsal olunur.
Cədvəl 39
Dostları ilə paylaş: