Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə161/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   157   158   159   160   161   162   163   164   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması. 
Məhsuldarlığa təsir edən faktorlardan biri də toxumun 
səpinə hazırlanmasıdır.
 
Səpin üçün götürülmüş toxum sortun xüsusiyyətinə uyğun, bir bərabərdə 
olmaqla, sağlam və dolğun, xəstəlik və zərərvericilərlə zədələnməmiş olmalıdır. Bunun üçün 100 
litr suda 27 kq ammonium sulfat həll edilərək səpilmək üçün götürülmüş toxumlar həmin məhlula 


161 
tökülüb qarışdırılır. Yüngül toxumlar məhlulun üst hissəsinə çıxır, məhlulun dibinə çökən ağır 
toxumlar isə seçilib qurudulur və səpilir. Toxumların tarla cücərmə qabiliyyətini yüksəltmək üçün 
səpindən 2-3 gün əvvəl toxumlar 18-20 dərəcə istiliyi olan suda isladılır. Sonra isə açıq havada 
qurudulduqdan sonra səpilir. Bəzən də 24-26 dərəcə istiliyi olan suda 1-2 gün saxladıqdan sonra 
səpilir. Toxumlar səpindən əvvəl 1 tona 2 kq hesabı ilə qranozanla dərmanlanır. Toxumların 
bakterial gübrələr və mikro elementlərlə işlənilməsi də müsbət nəticələr verir.
Səpin müddəti, üsulu və normaları. 
Səpinin tez aparılması cücərtinin əmələ gəlməsini 
gecikdirir və sahədə seyrəklik yaradır, gec aparılmış səpinlərdə isə yetişmə ləngiyir, yığımı 
gecikdirir, bu isə məhsuldarlığa mənfi təsir göstərir. Torpağın əkin qatında temperatur 14-15 
0

olduqda səpin aparılır. Tez yetişən sortları bir qədər gec, may ayının əvvəlində səpmək olar. Gec 
yetişən sortlar bir qədər tez müddətdə səpilməlidirlər. Çəltiyin səpini adi cərgəvi, darcərgəvi və 
çarpaz üsullarla aparılır.
Şəki-Zaqatala bölgəsində kiçik həcmli ləklərə su doldurulur və taxta bellə (kürək) qarışdırılır 
ki, su bulansın və kiçik torpaq hissəcikləri yuxarı qalxsın. Bundan sonra toxum əllə səpilir və həmin 
kiçik torpaq hissəcikləri tədricən çökərək toxumun üstünü 0,5-1,0 sm-ə qədər örtür. 
Çəltik toxumları əsasən 1-2 sm dərinliyə cərgəvi üsulda səpilir. Səpindən sonra sahə 5-7 sm 
qalınlığında suya basdırılır. Bu üsulda toxumları tarlada cücərdirlər sonra alaqlara qarşı herbisid 
çilənir, bundan sonra isə ləklər suya basdırılır. Bu üsulun müsbət cəhətləri çoxdur. Çünki, cücərtilər 
daha güclü kök sistemi əmələ gətirərək yatmağa qarşı davamlı olurlar. Hektara su sərfi 15-20% az 
olur.
Su doldurulmuş ləklərə təyyarə ilə toxum səpmək üsulu digər üsullar mümkün olmadıqda 
aparılır. Bu halda gündə 120-150 hektar sahəyə toxum səpmək mümkündür. Üsulun çatışmayan 
cəhəti ondan ibarətdir ki, toxumların bir qismi suyun üzərində qalıb tirələrə qədər suyun üzü ilə 
hərəkət edərək oraya düşür və nəticədə eyni bərabərlikdə səpilmir.
Səpin normaları və üsulları sort xüsusiyyətlərindən və suvarma rejimindən asılı olaraq dəyişir. 
Seyrək səpində alaq otlarının inkişafı üçün şərait yaxşılaşır, sıx səpində isə bitkilər yaşayış 
faktorlarından tam istifadə edə bilmirlər. Onların gövdələri uzun və nazik olur. Odur ki, torpaq-
iqlim şəraitindən, suvarma üsulundan və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq səpin norması 
düzgün təyin edilməlidir. Çəltik çox kollanaraq məhsuldar gövdələr əmələ gətirir. Səpin norması elə 
qəbul edilməlidir ki, yığım vaxtında 1m
2
-də 250-350 və ya 350-450 məhsuldar gövdə olsun. Buna 
nail olmaq üçün cərgəvi üsulda hektara 6-7 mln. ədəd cücərən toxum (180-230 kq) səpilir. Səpini 6 
sm dərinlikdə apardıqda hektara 6,5-7,5 mln. ədəd cücərən toxum olmalıdır. Yüksək aqrotexnika 
tətbiq edilən sahələrdə səpin norması artırılır. Səpin normalarına düzgün riayət edildikdə qabaqcıl 
fermer təsərrüfatları hektardan 60-80 sentnerə qədər məhsul əldə edə bilirlər.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin