Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə169/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   165   166   167   168   169   170   171   172   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Əkinlərə qulluq.
Sorqo cücərtilər alındıqdan gövdələşmə fazasına qədər nisbətən yavaş 
böyüyür. Odur ki, bu dövrdə becərilməsi daha böyük diqqət tələb edir. Sahə alaqlardan 
təmizlənməli və nəmlik itkisinin qarşısı alınmalıdır. Bir qayda olaraq səpin qurtaran kimi qulluq 
işlərinə başlanılmalıdır. Yüksək aqrotexnika tətbiq etdikdə sorqodan yüksək dən və ya silos 
məhsulu götürmək mümkündür. Qranulometrik tərkibi yüngül olan torpaqlarda (dəmyə) tarlanın 
səthinə vərdənə çəkib sıxlaşdırılır ki, alt qatın nəmliyi yuxarı qalxsın və toxumlar nəmlikdən 
istifadə edib tez cücərsinlər. Bu tədbirlər nəticəsində cücərti 2-4 gün tezləşir. Tədbir kəsici və ya 
deşici dişləri olan vərdənələrlə aparılır. Əgər cücərtilər alınana qədər torpaq səthi qaysaq əmələ 
gətirirsə, MB-2,1 markalı mala ilə cərgələrə köndələninə saatda sürəti 2-4 km olmaq şərti ilə, 
rotasiya malası çəkilir. Əməliyyat cücərtilərin əmələ gəlməsindən 4-5 gün qabaq aparılır.
Sorqo inkişafının ilk aylarında zəif böyüyür (30-40 gün). Ona görə də əkinləri diqqətlə 
becərərək alaqları vaxtında məhv etmək lazımdır. Cücərti alındıqdan sonra 7-10 sm dərinliyində 
cərgəaralarında 1-ci kultivasiya aparılır. 2-ci kultivasiya 6-8 sm dərinlikdə 4-5 yarpaq əmələ 
gəldikdə aparılır. Bu zaman həm də seyrəltmə aparılır. Cücərtilərdən bir ay sonra cərgəaraları 
becərilərkən bitkinin dibi doldurulur. Alaqlara qarşı çıxış alınana qədər hektara 3-6 kq propazin, 3-6 
yarpaq fazasında isə 1,5-2,0 kq hesabı ilə 2,4-DU herbisidi çilənir. Məftil qurdlarına qarşı sorqonun 
toxumları 1 tona 2 kq hesabı ilə fentiuramla dərmanlanır. Vegetasiya ərzində 1-3 dəfə suvarılır. 1-ci 
suvarma 3-4 yarpaq, 2-ci suvarma gövdələmədə, 3-cü suvarma çiçəkləmədən sonra, 4-cü suvarma 
dənədolma dövründə aparılır. 
Məhsul yığımı. 
Sorqonun dəni tökülmədiyi üçün tam yetişdikdən sonra yığılır. Yığım adi 
taxılyığan kombaynlardan istifadə etməklə barabanların dövrlər sayını 500-600-ə endirməklə CK-4, 
CK-6 kombaynları ilə aparılır. Toxumun nəmliyi 12-13%-ə qədər çatdırılır. Dənin nəmliyi 20%-dən 
çix olduqda CM-2,6 markalı sorqoyığan kombayndan istifadə edilərək hissə-hissə yığım aparılır. 
Şəkərlik sorqo mum yetişkənlik fazasının sonunda yığılır. 
Silosluq sorqo, dənin süd-mum yetişkənliyi fazasında yığılaraq silos quyularına doldurulur. 
Süpürgəlik sorqo dənin tam yetişmə fazasında yığılır. Dənlər xüsusi daraqla süpürgədən ayrılır. 
Yaşıl yem və quru ot üçün süpürgələmədən əvvəl yığılır. Yaşıl yem üçün becərildikdə vegetasiya 
müddətində 2-3 dəfə gövdələmə fazasında biçilir. Bu zaman ot məhsulu zərif olur və yaxşı xora 
verir.
Yaşıl kütləsində zəhərli duprin qlukozidi (sianid turşusu - sinil) 0,003-dən 0,31%-ə qədər 
olur. 0,1% zəhərli hesab olunur. Biçildikdən iki saat sonra bu maddə parçalanıb zəhərliyini itirir. 
Paxlalı bitkilərlə qarışıq əkinləri süpürgələmə fazasında yığılır. 
Süpürgəlik sorqonu yığan zaman süpürgələri 80-100 sm uzunluğunda kəsərək, dərz bağlayıb 
qurudurlar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin