168
Bitkinin hündürlüyü becərmə şəraitindən, qidalanmasından və sortun xüsusiyyətindən asılı
olaraq 70-100 sm, hətta 150 sm-ə çata bilir. Gövdəsi düz, sadə və budaqlanan içərisi boş, səthi
tüklüdür. Buğumaralarının miqdarı 2-10 arasında dəyişir. Cərgəarası becərmədə darı 2-3 süpürgəli
gövdə əmələ gətirir. Qeyri-məhdud qidalanma sahəsində darı 20 ədədə qədər gövdə (budaq) əmələ
gətirə bilər. Bir bitkidə 2-5, 15-20 gövdə əmələ gəlir. Kollanma əmsalı orta hesabla 2-3-dür. Bəzən
bir kol 7-8 gövdə əmələ gətirir.
Yarpaqları arpa, buğda və vələmir yarpağına nisbətən enlidir. Yarpaq ayasının səthi tüklü,
əsas damarı kəskin inkişaf etmişdir. Qulaqcıqları olmur, dilçəsi enli və kirpiklidir. Bir sıra
növmüxtəlifliklərində yarpaqlar və çiçək qrupu bənövşəyi-antosian rənginə boyanır. Darının
yarpağında digər dənli taxıl bitkiləri ilə müqayisədə parenxim, sklerenxim, xlorofil daşıyan damarlı-
lifli toxumalar dəstəsi yaxşı inkişaf etmişdir. Ağızcıqları xırda və seyrəkdir, ona görə də nəmliyi
qənaətlə sərf edir.
Çiçək
qrupu
15-50
sm
uzunluğunda, yaşıl və açıq-sarı rəngli
tüksüz süpürgədir. Süpürgənin əsas oxu
yaxşı şaxələnərək düz yaxud əyilmiş (10-
40 ədəd) budaq əmələ gətirir. Yarımnöv
əlaməti
olaraq
süpürgənin
yan
budaqlarının əsasında (oxa birləşdiyi
yerdə) yastıq adlanan xırda şiş olur.
Sünbülcükləri budaqcıqların üzərində
bir-bir yerləşir. Sünbülcük pulcuqları üç
ədəd olur ki, onlardan biri xırda üçbucaq
formalı
olmaqla
sünbülcüyün
ən
xaricində yerləşir, ikisi iri və qabarıq
olduğu
üçün
sünbülcüyün
digər
hissələrini tam əhatə edir. Sünbülcüyü
bir-iki çiçəklidir. Çiçəklərindən biri
saplaqlı, ikicinsli və məhsuldar, digəri
oturaq, bircinsli və məhsulsuzdur.
Meyvəsi pərdəli dənmeyvədir.
Örtüklü
dəni
oval,
oval-uzunsov,
kürəşəkilli və xırdadır. 1000 ədəd dənin
kütləsi 3-10 qramdır. Nüvəsi sarımtıl və
sarı rənglidir.
Adi darı süpürgəsinin formasına,
sıxlığına və yan budaqların əsas oxdan
ayrılma dərəcəsinə görə beş yarımnövə
bölünür
Dostları ilə paylaş: