Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları: -



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə167/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   163   164   165   166   167   168   169   170   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: - 
Stavropol yem hibridi.
Növbəli əkində yeri
. Eyni sahədə bir neçə il becərildikdə sorqo bakterioz xəstəliyinə tutulur. 
Ona görə də onu payızlıqlar, dənli-paxlalı bitkilər, qarğıdalı, pambıq, tütün, kartof və çuğundur 
bitkiləri ilə növbələşdirirlər. Sorqo torpaqdan çoxlu azot elementi apardığına görə ondan sonra 
tarlaya dənli paxlalı-bitkilər əkmək faydalıdır. Sorqonu eyni tarlada uzun müddət becərmək 
mümkündür, ancaq torpağın əkinaltı qatını hədsiz qurudur.
Torpağın becərilməsi
. Torpağın becərilməsinə sələf bitkisi yığılan kimi başlanılmalıdır. 
Sələf bitkiləri yığılan kimi sahə üzdən yumşaldılmalı (6-8sm), sonra dondurma şumu edilməlidir. 
Şum altına 10 ton yarımçürümüş peyin və 2 sentner superfosfat verilərək 25-30 sm dərinlikdə 
dondurma şumu aparılır. Erkən yazda alaqaları məhv etmək üçün tarlaya kultivasiya çəkilərək 
malalanır. Suvarılan bölgələrdə səpindən 10-15 gün əvvəl arat aparılır. Respublikamızın nisbətən 
şoranlaşmış, qranulometrik tərkibi ağır olan torpaqlarında aratın əhəmiyyəti daha böyükdür. Sahəni 
səpinqabağı becərdikdə axırıncı kultivasiya toxum basdırılan dərinlikdə aparılmalıdır.
Gübrələnməsi
. Dən və yaxud silos məqsədi ilə becərilməsindən asılı olmayaraq sorqo bitkisi 
gübrələməyə yaxşı reaksiya göstərir. Gübrələmə sistemi torpağın münbitliyindən, sələfdən, nəzərdə 
tutulmuş məhsuldan və s. asılıdır. Üzvi və mineral gübrələrin birgə verilməsi məhsuldarlığı 35-45% 
artırır. Səpinqabağı və səpinlə birlikdə cərgələrə 80-100 kq ammonium şorası, 2-4 yarpaq və 
gövdələmə fazalarında hektara 2 sentner superfosfat və 1 sentner ammonium şorası verilir. Suvarma 
şəraitində yemləmələr vegetasiya suvarmalarından əvvəl aparılmalıdır. Suvarma şəraitində azot 
gübrələrinin 30-40%-i, fosforun 50-60%-i, kaliumun 40-60%-i səpindən 1-2 ay əvvəl əsas şum 
altına qalan hissəsi isə yemləmə şəklində verilir. 2-3 yarpaq fazasında 1-ci yemləmə, gövdələmə 
fazasında 2-ci yemləmə aparılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin